1 iyun Uşaqların Müdafiəsi Günü haqqında

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar günü
3.5
(8)

Beynəlxalq Uşaqlar Gününün tarixi

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixi 1925-ci ilə təsadüf edir. Belə ki, 1925-ci ildə Cenevrədə keçirilən “Uşaqların rifahı üçün Dünya Konfransı”nda Uşaqların Müdafiəsinə dair Cenevrə Bəyannaməsi qəbul edilir və bu məqsədlə yoxsulluq, uşaqların inkişafı və təhsili, onların rifahı ilə bağlı mövzuların daim gündəmdə qalması problemi müzakirə olunur.

Həmçinin bunlarla yanaşı həmin gün il ərzində xüsusi bir günün Beynəlxalq Uşaqlar Günü kimi qeyd olunması fikri qəbul edilir. 1950-ci ildən etibarən əksər kommunist və post-kommunist ölkələrində 1 iyun Beynəlxalq Uşaqlar Günü kimi qeyd olunmağa başladı. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə yanaşı hal-hazırda bəzi dünya ölkələrində uşaqların hüquqları ilə bağlı və ya sırf “Uşaqlar Günü” kimi qeyd olunan milli bayramlar da mövcuddur.

Uşaqların müdafiəsi niyə əhəmiyyətlidir?

Uşaqlar bugünün sabahı, Sabahın ümididir.

Dünya ölkələri müəyyən bir səviyyədə inkişaf edənədək əhalinin ən həssas qruplarından sayılan uşaqlar və qadınlar daim təhlükə altında olmuşdur. İllər keçdikcə beynəlxalq səviyyəli hüquq normaları qəbul olunması, ölkələrin qarşısına sosial rifah tələbinin qoyulması, insanların təhsil səviyyəsinin inkişaf etməsi – ümumiyyətlə, iqtisadi və sosial inkişaf keçmiş dövrlərdən qalmış və insan ləyaqətini alçaldan bir çox davranışdan imtina edilməsinə gətirib çıxardı.

Çox təəssüf ki, indiki dövrdə belə hələ də uşaqları qorumaq tam mənada mümkün deyil. Beynəlxalq aləmdə, eyni zamanda dövlət səviyyəsində sosial müdafiə siyasətinin, uşaqların sağlamlığı və təhsili üçün nəzərdə tutulan xidmətlərin, bu istiqamətdə qəbul olunmuş mürəkkəb əhatəli bir qanunvericiliyin olmasına baxmayaraq hələ də uşaqların müdafiəsini tam şəffaf şəkildə həyata keçirə bilmirik. Əlbəttə ki, bu problemin müxtəlif səbəbləri var.

Uşaqların müdafiəsi təkcə qanunvericilik zəminində və xüsusi qurumların nəzarəti altında deyil, həm də fərdi şəkildə insanların üzərindən – cəmiyyət vasitəsilə həyata keçirilməlidir. Uşaqların ən erkən yaşlarından etibarən göstərdiyimiz hər davranış nümunəsi onların həm fiziki, həm psixoloji, həm də sosial inkişafında silinməz izlər qoyur. Hər birimiz şüurlu şəkildə bunu dərk edərək  və son dərəcə həssaslıqla uşaqlarla ünsiyyət qurmağa çalışmalıyıq. Bu günün sağlam bədənlə və sağlam psixologiya ilə böyüyən uşaqları gələcəyin peşəkar mütəxəssisləri və uğurlu şəxsiyyətləridir.

Gələcək illərdə də heç bir uşağın ziyan görməməsi və xoşbəxt şəkildə böyüməsi üçün elə indi uşaqlara zərər verməyi heç bir zaman istəməyəcək şəxsiyyətlər yetişdirməliyik!

Uşaqlar günü – tarixi günlər və bayramlar

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bərabər bir neçə istiqamətdə uşaqların müdafiəsinin zəruriliyini vurğulayan digər tarixi günlər də mövcuddur. Bu bayramların bəziləri beynəlxalq səviyyədə qeyd olunsa da, bəziləri müxtəlif ölkələrə məxsus milli və ya tarixi günlər kimi qəbul olunmuşdur.

Onlardan bəzilərini aşağıda sizin üçün qeyd etmişik:

Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Təhsili Günü – 2 dekabr

Dünya Yetimlər Günü – 13 noyabr

Uşaq Hüquqları Günü – 20 noyabr

Uşaq Əsgərlərin İstifadəsinə Qarşı Beynəlxalq Mübarizə Günü – 12 fevral

Uşaqlıq çağı Xərçəngi Günü – 15 fevral

Beynəlxalq Küçə Uşaqları Günü – 15 mart

Beynəlxalq Uşaq Kitabları Günü – 2 aprel

Beynəlxalq Küçə Uşaqları Günü – 12 aprel

Dünya Ailə Günü – 15 may

Uşaq Əməyi Günü – 12 iyul

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun xüsusi bir bayram kimi qeyd olunsa da, bu gün uşaqlara xüsusi qayğı və sevginizi əsirgəməsiniz də, bilin ki, onlar üçün nəinki günlər, hətta illər ərzində sevgi və qayğı ən başlıca ehtiyac olaraq qalır. Bir uşağa hədiyyə verilə biləcək ən dəyərli şey zamandır. Onlara sevməyi, paylaşmağı, öyrənməyi, ədalət duyğusunu ən gözəl şəkildə öyrətmək bizim borcumuzdur.

Müəllif: Zərin Hüseyn

Biz doğrudan da bütün dünyada sülh istəyiriksə, uşaqlardan başlamalıyıq.

Mahatma Qandi
1 iyun, usaqlar gunu, uşaqlar günü, uşaqlar günü haqqında, usaqlarin beynelxalq mudafiesi gunu
1 iyun Uşaqların Müdafiəsi Günü haqqında

Bənzər mövzular:

sponsor 3

1 İyun uşaqlara aid şeirlər 👧👦
Uşaqlar haqqında aforizmlər
Uşaq Şeirləri, Uşaqlar Üçün Şeirlər
Uşaqlar üçün maraqlı tapmacalar
Vətənə aid uşaq şeirləri

Axtarış sözləri:1 iyun, usaqlar gunu, uşaqlar günü, uşaqlar günü haqqında, usaqlarin beynelxalq mudafiesi gunu, 1 iyun Uşaqların Müdafiəsi Günü haqqında,

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.5 / 5. Səs sayı: 8

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir