Türkiyə haqqında maraqlı məlumatlar və faktlar

Turkiye haqqinda maraqli faktlar maraqli melumatlar turkiyeye aid
4.5
(4)

Türikyə – bizə candan əziz qardaş ölkə. O, qədim tarixi, gözəl təbiəti, ləziz mətbəxi və qonaqpərvərliyi ilə hər il milyonlarla turisti özünə cəlb etməyi bacarır. Qərblə şərqin qovuşduğu yerdə yerləşdiyindən, bu gözəl ölkə zəngin mədəniyyətə, bənzərsiz adət-ənələrə sahibdir.
Bəs bizlər qardaş ölkəni nə dərəcədə yaxşı tanıyırıq? Bu məqalənə oxuyaraq Türkiyəni daha yaxşı tanımış olacağıq.
Budur, Türkiyə haqqında bir-birindən maraqlı məlumatlar

1. Dünyanın 7 möcüzəsindən biri olan Artemida məbədi Türkiyədə yerləşir.
Məbəd e.ə. V əsrdə Kiçik Asiyadakı yunan şəhəri Efesdə memar Xersifronun layihəsi ilə inşa edilmişdir.

2. Türkiyənin ərazisinin 97%-i Asiyada, 3%-i isə Avropadadır.
Qardaş ölkə həm Avropada, həm də Asiyada torpaqları olan yeganə ölkədir.

3. Türkiyədə 82.000-dən çox məscid var.
Bunlardan ən bilinənləri Sultanahmet Camii, Eyüp Sultan Camii ve Türbesi,Selimiye Cami və Ulu Camidir.

4. Dünyanın ən çox çay içilən ölkəsidir.

Türkiyə haqqında maraqlı faktlar,Turkiye haqqinda melumat
Türkiyə haqqında maraqlı faktlar,Turkiye haqqinda melumat


Türkiyə 3,5 kiloqramla dünyada adambaşına ən çox çay istehlak edən ölkələr arasında birinci yerdədir. Qardaş ölkə, çay istehsalında isə dünyada beşinci yerdədir.

5. Türkiyədə qeydə alınan ən uzun soyad “Ayyıldızlı Kırmızı Bayrak Taşıyan Kahramanoğlu”dur.
Siyahıda 2-ci yerdə olan soyadla bunun arasında uzunluq baxımından böyük fərq var.

6. Lokum ən qədim desertlərdən biridir.
15-ci əsrdən bəri Kiçik Asiya da bilinməklə birlikdə, xüsusilə 17. əsrdə Osmanlı İmperiyası sərhədləri içində yayılan lokum, Avropada bir İngilis səyyah vasitəsiylə ‘Turkish Delight’ adıyla tanınmağa başlamışdır.

7. Türkiyə fındıq,heyva, ərik və əncirin istehsalı və satışı üzrə dünyada birinci yerdədir.
Türkiyə həmçinin kənd təsərrüfatı məhsulları istehsalına görə Türkiyə Avropada 1-ci, dünyada 7-ci yeri tutur.

8. Lalələr Avropaya ilk dəfə Türkiyədən gətirilib.
 Vətəni orta Asiya lalələr, 15-ci əsrin ikinci yarısında əvvəlcə Avstriyanın Vyana şəhərinə, daha sonra Hollandiyaya gətirilərək Avropaya təqdim edilmişdir.

9. TOGG -Türkiyənin ilk elektriklə işləyən avtomobilidir.

TOGG avtomobili -Türkiyə haqqında maraqlı məlumatlar və faktlar
TOGG avtomobili -Türkiyə haqqında maraqlı məlumatlar və faktlar

Avtomobilin enerjisi 30 dəqiqə ərzində 0%-dan 80%-ə qalxır. 400 at gücünə malik avtomobillər bu sürətə 4.8 saniyəyə çata bilir. Toggun ilk alıcılarından biri də Azərbaycan Prezidenti İlham Əliyev olmuşdur.
Onu da qeyd edək ki, Türkiyədə hazırlanan və istehsal edilən ilk avtomobil 1961-ci ildə Devrim olmuşdur.

10. Türkiyənin ən qədim şəhəri Hakkaridir.
Bu şəhər, məhz Çaldıran döyüşündən sonra Osmanlı torpaqlarına qatılmışdır.

 Türkiyə haqqında maraqlı məlumatlar və faktlar

11. Dünyanın ikinci ən uzun çimərliyi Hataydakı Samandağ çimərliyidir.
Samandağ sahili 14 km uzunluğu ilə dünyanın ən uzun çimərlikləri sırasındadır. Türkiyənin ən uzun çimərliyi olan Samandağ çimərliyi həm də xalq çimərliyidir.

12. Basketbolda Avropanın 1 nömrəli kuboku olan Avroliqa Kubokunu qazanan ilk və yeganə komanda Fənərbaxçadır. (2017)
İstanbulda baş tutan final matçında Türkiyə klubu Yunanıstanın “Olimpiakos” klubunu məğlub etmişdi.

13. Turistlər Türkiyənin paytaxtının Ankara olduğunu eşidəndə təəccüblənirlər.
Onların əksəriyyəti paytaxtın İstanbul olduğunu zənn edib. Sorğuda işitrark edənlərin çoxu “Türkiyənin paytaxtı hansı şəhərdir?” sualına İstanbul deyə cavab verib. İstanbul şəhərinin Ankaradan daha tanınmış olması burda böyük rol onyanır.

14. İstanbulun ümumi əhalisi 16 milyondur.

Istanbul -Türkiyə haqqında maraqlı məlumatlar və faktlar
Istanbul -Türkiyə haqqında maraqlı məlumatlar və faktlar


Şəhərin əhalisi sayına görə 130-dən çox ölkədən öndədir.

15. Şaxta Baba Əslən Türkiyədəndir
Müqəddəs Nikolay, yəni Santa Klaus Antalyanın qədim Patara şəhərində anadan olub. Qədim Efes şəhərində Məryəm Ananın evi də vardır.

16. Türkiyədə tapılan 13 əsər YUNESKO-ya daxil edilmişdir.
Ən bilinənləri Nəmrud dağı, Troya, Efes, Hierapolis və Pamukkale,Səlimiyyə məscidi və Kappadokiyadır.

17.Dünyanın ilk üstüörtülü bazar yeri İstanbuldakı Kapalıçarşı ticarət mərkəzidir.
İstanbulun ən məşhur bölgələrindən biri olan Kapalıçarşıda 4000-dən çox mağaza, 25 mindən çox işçi və 64 küçə var.

sponsor 3

18.Xarici ölkələrdə Türkiyə əsgərləri
Şimali Kipr, Azərbaycan, Somali, Qətər, Liviya, Mali, Mərkəzi Afrika Respublikası, Albaniya, Livan, Bosniya və Herseqovina və Kosovoda türk əsgərləri xidmət etməkdədir.

19. İlk xristian kilsəsi Türkiyənin Antakya şəhərində yerləşir.
“St. Pierre” adlanan bu kilsə, Antakya-Reyhanlı yolunun üzərində yerləşir.

20.Dünyada bilinən ən qədim istehkam məbəd kompleksi Türkiyənin Şanlıurfa şəhərindəki Göbekli Təpədir.
2003-cü ildə aparılmış geomaqnit tədqiqatlarına əsasən 12000 il yaşı olan bu kompleks, e.ə. IX minilliyə aiddir.

21.Türkiyə bir çox ölkələrdən əvvəl qadınlara seçmək və seçilmək hüququ verib.
Türkiyə 1935-ci ildə qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verilmişdir. Amerika1928-ci ildə, Fransa isə bu hüququ 1945-ci ildə qadınlara tanıdı..

22.Türkiyə dünyanın ən çox ziyarət edilən ölkələri arasında 6-cı yerdədir.
Türkiyə, son illərdə ən çox xarici qonağı Almaniya və Rusiyadan qəbul etmişdir. Azərbaycan isə bu siyahıda 1 milyona yaxın turist ilə 10-cu sırada yer almışdır.

23. Avropanın ən sürətli metro xəttini Türkiyədə yerləşir.
Sürəti saatda 120 km olan metro xətti İstanbulun hava limanına kimi uzanmaqla Avropanın ən sürətli metrosu xəttidir.. 34 km-lik xətt Türkiyənin və dünyanın ən böyük hava limanını İstanbula birləşdirən ilk dəmiryol xəttidir.

24. “TCG Anadolu” – Dünyanın ilk silahlı pilotsuz uçuş aparatları gəmisidir.
Eyni zamanda da Türkiyənin ən böyük hərbi gəmisidir.

25.Napolyonun 15 min adamla 20 gündə səhradan keçdiyi yeri, Yavuz Səlim Misirin fəthinə gedərkən 60 min adamla 10 gündə keçmişdir.
Misirin fəthi ilə Osmanlının sərhədləri 5.200.000 km2‘ə yüksəlmişdi.

Yavuz Səlim Misirin fəthi -Türkiyə haqqında maraqlı məlumatlar və faktlar
Yavuz Səlim Misirin fəthi -Türkiyə haqqında maraqlı məlumatlar və faktlar


Bənzər yazılar:


Axtarış sözləri:
Türkiyə haqqında maraqlı faktlar,Türkiyə haqqında qısa məlumat,türkiyə haqqinda melumat,türkiyə haqqında maraqlı məlumatlar,türkiyə haqqında məlumat,Türkiyə haqqında maraqlı məlumatlar

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.5 / 5. Səs sayı: 4

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir