Table of Contents
Maraqlı sual necə olmalıdır?
Yəqin ki, sizin də ətrafınızda maraqlı sual adı altında qəribə suallar verən, cavabını heç tapa bilmədiyiniz və ya cavab verməyin o qədər də əhəmiyyətli olmadığını düşündüyünüz sualları yönləndirən insanlar vardır. Belə sualların cavabını adətən, çox az sayda insan bilir.
Maraqlı sual özündə bir çox fikri ifadə edir: Tarixi suallar, məntiqi suallar, düşündürücü maraqlı suallar, heyata aid maraqli suallar, məntiqi düşündürücü sual, maraqlı və gülməli suallar və s.
Növbəti sual-cavabda siz sualın cavabını tapa bilin deyə maraqli suallari və onların cavablarını bu yazıda topladıq.
Tarixə aid maraqlı suallar:
Dünyadakı ilk dövlət harada yaranmışdı? Dünyada mövcud olmuş ilk dövləti Şumerlərin yaratdığı iddia olunub. Şumerlər köçəri həyat tərzi sürürdü və onların Mesopotamiyada məskunlaşmış insanlar üzərində hakimiyyət qurması ilə ilk dövlət yaranmış oldu.
Tarixin ən güclü hökmdarları kimlər idi? Gəlin onlardan bir neçəsini tanıyaq. Çingiz xan, İsgəndər, Attila, Yi Sun Sin, Napolyon Bonapart, Nadir şah, Yuli Sezar, Əmir Teymur, Yavuz Sultan Səlim, Alp Arslan, Sultan Süleyman, Mahmud Qəznəvi və s.
Sponsor Linklər
I Dünya Müharibəsi niyə başladı? Birinci Dünya Müharibəsi (1914-1918) Avropada güclü imperiya və dövlətlər olan Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperatorluğu və Rusiya, Birləşmiş Krallıq, İtaliya krallığı və Fransanın imperialist xarici siyasəti nəticəsində alovlanmağa başladı. Müharibənin əsas başlama səbəblərindən biri isə Avstriya-Macarıstan taxtının varisi Ferdinandın bir serb milliyyətçisi tərəfindən öldürülməsi idi.
Maraqlı hobbiləri olan Osmanlı Sultanı? Sultan II Abdülhamid çiçək və mənzərə rəsmlərini sevər, portretlər çəkərmiş. Eyni zamanda Abdülhamidin silah və quş kolleksiyası olduğu da onun haqqındakı kitablarda qeyd olunub. Sultan II Abdülhamid teatr və konsertləri xüsusilə sevirmiş. Osmanlı tarixində yenilikçi baxışı ilə diqqət çəkən və Osmanlını müasir dünya inkişafına hazırlamaqdan çəkinməyən ən uğurlu idarəçilərdən biridir.
Çinin tək qadın idarəçisi kim olmuşdur? Wu Zetian bütün qaydalara qarşı gələrək imperiyanın tək qadın idarəçisi olmağı bacarmışdı. Deyilənə görə, yüksəlişi dayandırıla bilməyən bir imperator olmuşdur.
Cografiyaya aid maraqlı suallar:
Dünyanın ən balaca şəhəri hansı ölkədədir? Dünyanın ən kiçik şəhəri Durbuy Belçikada yerləşən bir şəhərdir. Bu qala 1880-ci ildə inşa edilmişdir və indiki dövrdə ən balaca şəhər olaraq bilinir.
Soyuq iqlimə sahib olan ölkələr hansılardır? Soyuq ölkə dedikdə bizlərin ağlına ilk olaraq Rusiya(Yakutsk) gəlir. Bizə qonşu dövlət olduğundan ən birinci soyuq ölkə kimi Rusiyanı xatırlamağımız normaldır. Amma tək soyuq ölkə bu deyil. Kanada, Finlandiya, Qazaxıstan və s. soyuq iqlimə sahib olan ölkələr kimi seçilirlər.
Çay suyu dəniz suyundan şirindir? Əslində, çay suları da dəniz suyu kimi duzludur, lakin çay suyunun duzluluğu okean suyundan 70 dəfə az duzlu hesab olunur. Çay sularını şirin su kimi tanımağımız əsas səbəbi bu suların qayalara dəyərək duzlarını yumasıdır.
Bu ölkələrdə narkotik maddələrin satışına icazə var. Onlar hansı ölkələrdir? Kanada və Uruqvay narkotik maddə alverini leqallaşdıran ölkələrdir. Amerikanın bəzi bölgə və ştatlarında da narkotik maddə alış-verişi qadağan olunmamışdır.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Hələ də dünyada qorxulu ada mövcuddurmu? “Dünyanın ən qorxulu adası” hesab olunan bu ada Hindistanda yerləşir və Sentinel adası adlanır. Bu adada min illərlə eyni şəraitdə və eyni qaydalarla yaşayan insanlar yaşayır. Onlar heç bir yad insanın adaya gəlməsinə icazə vermirlər. Onlar qapalı cəmiyyət şəklində həyat tərzi sürürlər.
Digər maraqlı suallar:
Dünyanın ilk digital muzeyi haradadır? Dünyanın ilk digital muzeyi Yaponiyadadır. Bu muzey Tokyoda yerləşir. Bu muzeydə sayı 520-ə çatan kompüter şəbəkəsi mövcuddur.
Beyin hüceyrələrinin bir hissəsini öldürən davranışın nə olduğunu bilirdinizmi? Deyilənə görə, asqırdığımız zaman beyin hüceyrələrinin bir hissəsi ölürlər.
Stendal sindromu nəyə deyilir? Stendal (Stendhal) sindromu hər hansı bir insanın gördüyü incəsənət əsərinin gözəlliyi və möhtəşəmliyinin təsiri ilə özünü itirməsi halıdır. Bu insanlar sənət əsərlərinin təsiri ilə çox həyəcanlanırlar, hətta onların bəzən ürəyi keçir.
Dünyanın ilk kitabxanası necə yarandı? İlk kitabxana Aşşur dövlətinin hökmdarı Aşşurbanipal tərəfindən qurulmuşdur. (e. ə. 625)
Hər rolun öhdəsindən qalibiyyətlə gələn və varlı aktyorlar? Tom Hanks bu sırada öz yerini layiqincə tutmuşdur. Rolunu çox səmimi oynamağı bacaran Amerikalı bu aktyor həm də ən varlı aktyorlar siyahısına öz adını yazdıra bilmişdi.
Hansı rəng insanlarda qıcıq yaradır? Sarı otaqlarda yatan uşaqların çox ağladığı müşahidə olunmuşdur. Həmçinin sarı otaqda çox oturan insanlar əsəbi olurlar.
İşləmək istəməyən insanların hamısı tənbəl deyil. Belə insanlarda hansı xəstəliklər mövcuddur? Belə insanlar erqofobiya adlandırılan fobiyadan əziyyət çəkirlər. Onlar işləməkdən qorxurlar. Onlar tez-tez ürəkdöyünmə hiss edən və titrəyən insanlardır.
Dünyanın ən qorxulu kitabları hansılardır? Dünyanın ən qorxulu kitabları siyahısına daxil olan kitablardan biri də Edqar Ponun yazdığı Qara pişik kitabıdır.
Çox su içməyin zərəri varmı? Çox su içmək beyindəki hüceyrələrin şişməsinə səbəb olur və su zəhərlənməsi adlanan narahatlığı yaradır.
Beyin gün ərzində nə qədər aktiv olur? Beynimizin ən aktiv işlədiyi saatlar səhər saatlarıdır, xüsusilə də 09:00-11:00 saatları.
Diqqət çəkmək üçün nə etmək lazımdır? Araşdırmalar göstərir ki, uzun-uzun danışan insanlar diqqət çəkmirlər. Nəticəsi maraqlı olan hekayələr danışanlar və nisbətən qısa müddətdə fikrini izah edənlər daha çox diqqət çəkirlər.
Hansı insanlar yemək yeməyi sevmir? Sibofobiyadan əziyyət çəkən insanlarda yemək qorxusu olduğundan onlar yemək yeməyi sevmir. Hətta kifayət qədər qidalanmadıqları üçün bir çox xəstəliklə qarşı-qarşıya olurlar.
Uzun müddət davam edən münasibətlərin sirri nədədir? Uzunmüddətli sevgi münasibətinin sirri partnyorla dost olmağı bacara bilməkdir. Müqayisə etməmək, ortaq maraqlara malik olmaq, problemləri həll etmək üçün bir-birini dinləmək ən vacib detallardandır.
Dünyadakı hansı ölkələr xoşbəxt ölkələr sayılır? 2022-ci ilin statistik nəticələrinə görə dünyanın ən xoşbəxt ölkələri arasında ilk sırada Finlandiya, Danimarka, Norveç, İsveçrə və s. ölkələr fərqlənirlər.
Google nə zaman qurulub? İndi axtarışlarımızı çox rahat şəkildə həyata keçirməyimizə səbəb olan Google-un 1998-ci ildə iki tələbə tərəfindən əsası qoyulmuşdu.
Çox yatsaq nə olar? Çox uzun müddət yuxulu qalmaq beyində və ürəkdə bir sıra narahatlıqların ortaya çıxmasına səbəb olur. Bədən süstləşir, hətta çox yatan insanlar nəfəs darlığı hiss edirlər.
Qadınlar arasında ən geniş yayılan xəstəlik? Təəssüf ki, qadınlar arasında ən geniş yayılan xəstəlik süd vəzi xərçəngidir. Demək olar ki, hər 8 qadından 1-də bu xəstəlik var.
Necə varlı olmaq olar? Sadəcə pul yığaraq və az pul xərcləyərək zəngin olmaq bir xəyaldan artığı deyil. Çox pul istəyirsinizsə, tənbəl olmamalısınız, bütün bacarıqlarınızı dəyərləndirməli və buna uyğun planlar quraraq çalışmalısınız.
Musiqi dinləməyin faydası varmı? Musiqi dinləmək insanı sakitləşdirir, ağrıları azaldır, diqqət dağınıqlığını aradan qaldırır.
Axtarış sözəri: maraqli məntiqi suallar,marağlı suallar,intellektual suallar ve cavablari,maragli suallar,intellektual suallar ve cavablar,maraqli suallar ve cavablar,menali suallar,maraqli suallar ve cavablari,dusundurucu suallar,intellektual suallar,intelektual suallar,maraqli suallar,mənalı suallar
Əladı