Başlıqlar
Bu məqalə “Yoxdan vara çevrilən hər bir şey yaradıcılıqdır“ mövzusunda inşa yazmağınıza yardım edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
GİRİŞ
Yaradıcılıq ilahi bir istedaddır. Yaradıcılığın və kreativliyin ucu-bucağı yoxdur, yəni sonsuzdur. O, Yaradanın insana bəxş etdiyi xüsusi lütf və hədiyyədir.
ƏSAS HİSSƏ
Bir şeyi yoxdan var etmək yalnız Tanrıya məxsusdur. İnsansa var olan cisimlər üzərində zəkası və xəyalgücü ilə öz ehtiyaclarına uyğun yaradıcı fəaliyyətlə məşğul olur. Yəni əsl yaradıcı, əsl sənətkar Allahdır. Ən kiçik daşından böyük dağına, balaca qarışqadan nəhəng filinə qədər bütün canlı və cansız varlıqlar onun əsəridir. İnansa onun yaratdıqlarına baxaraq, ona bənzədərək yaradır. Məsələn, təyyarələr qanadlı uçan quşları nümunə alaraq hazırlanır. Zəlzələyə dözümlü binalar arı pətəklərindəki quruluşa əsasən inşa edilir. Göründüyü kimi hər hansı bir yaradıcılıq nümunəsi, bir digərinə ilham mənbəyi olur. İnsan nəyisə yaratmaq istədikdə öncə onun xəyalını qurur, fikirləşir, sonra isə onun gerçəkləşdirir.
Ən yaradıcı sahələlər olan rəssamlıq, musiqi, yazarlıq, mühəndislik və s. kimi sahələr belə yoxdan yaratmır, yaradılmış olanlardan ilham alaraq, nümuna götürərək sənət əsəri yaradır. Böyük yazar Aleksandr Düma bu haqda belə deyib:
Sponsor Linklər
Bir-birinə heç bənzəməyən əsər yaratmaq mümkün deyil. Allah da insanı yaradanda onu uydurmayıb, öz timsalında yaradıb.

Elə bir nümunə yoxdur ki, insan onu məhz yoxdan yaratmış olsun. Bu qüdrət yalnız Yaradana məxsusdur. İnsanın yaratdıqları onun arzu və ehtiyaclarına xidmət edir. Tanrının yaratdıqlar isə hər şeyə və hər kəsə.
Yaradıcılıq dinamik bir xüsusiyyətdir. Yəni o yerində durmur, daim inkişaf edir, təkamül edərək daha yaxşı forma və nümunələri yaradır. Məsələn, ilk yaradılan mobil telefonlar ilə indiki müasir smartfonlar arasında yerlə-göy qədər fərq var.
Unutmayaq ki, var olan hər şey bir sənət əsəridir. Buna görə də təbiətdə gördüyümüz hər canlıya, hər şeyə hörmətlə yanaşmalıyıq. Gördüklərimiz nə qədər bəsit və sadə olsa da, hər birində bir məna və hikmət gizlidir.
Əslində isə Yaradan hər insana özəl bir yaradıcı istedad baxş edib. Kimisi musiqiçi, kimisi rəssam, kimisi də bir ixtiraçı olaraq dünyaya gəlir. Ancaq heç də hər insan özünü tanıyıb kəşf edə, öz yaradıcı qabiliyyətini üzə çıxarda bilmir. Bəzən valideynlərimiz, müəllimlərimiz və ya dostlarımız bizim qabiliyyət və istedadımızı kənardan daha yaxşı görürlər. Bu baş verdikdə biz özümüzü yenidən kəşf etmiş, yenidən tanımış oluruq. İçindəki o yaradıcı ruhu, parlaq istedadı kəşf et!
NƏTİCƏ
Yaradıcılıq sadəcə yoxdan vara çevrilmə deyil. Allah belə insanı yaradarkən öz ruhundan yaradıb. Yaradıcılıq həm də var olan bir şeydən ilham alaraq fərqli və kreativ sənət əsərləri yaratmaq vəya ixtiralar etməkdir, Yəni var olan bir şeyin , başqa bir şeyə çevrilməsi də yaradıcılıqdır. Son sözəri Səməd Vurğunun bu sözləri ilə bitirək: “Tarixdə qalacaq yalnız yaradan.“
Bənzər esselər:
- Hər bir insan öz uğurunun memarıdır haqqında esse
- Aktyorun ən böyük qazancı xalq məhəbbətidir haqda esse
Axtarış sözləri: yoxdan vara çevrilen her bir şey yaradiciliqdir esse,yoxdan vara çevrilən hər şey yaradıcılıqdır esse,yoxdan vara çevrilən hər bir şey yaradıcılıqdır haqqında esse,yoxdan vara cevrilen her bir sey yaradiciliqdir yoxdan var ola bilməz
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!