Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Heydər Əliyev
Bəşər Tarixi bir çox vəhşilik və soyqırıma şahidlik etmişdir. Ancaq Xocalı soyqırımı tarixdə bənzəri olmayan bir insanlıq dramıdır. Bu faciə tarixdə günahsızların qanları ilə yazılmış qara bir səhifə oldu.
Nifrət və qəzəbləri ucbatından öz insanlığını itirmiş erməni cəlladları günahsız insanların qanına susadı.
Qoca,uşaq, qadın demədən hər kəsi xüsusi amansızsıqla öldürdülər, sağ qalanlara ölümdən betər işkəncələr verdilər. Zülm və qəddarlığı qəhrəmanlıq sanan yağı düşməndə zərrə qədər də olsun mərhəmət hissi yox idi!
Nə anaların fəryadı, nə də körpələrin göz yaşları düşmənin ölmüş vicdanını dirildə bilmədi.
Bu soyqırımı daha yaxşı anlamaq üçün gəlin bu misralara birlikdə nəzər yetirək;
26 fevral, o qanlı gecə,
Böyük bir faciə gördü Xocalı.
Yer-göy də ağladı onun halına,
Viranə şəhərə döndü Xocalı.
İpi başqasında olan düşmənlər,
O gün Xocalıya hücum etdilər,
Nə qoca,nə qadın, uşaq demədən,
Yüzlərlə məsumu şəhid etdilər.
İşgəncə verdilər, əzab verdilər,
Bu cür vəhşiliyi tarix görmədi,
Nə qədər körpələr yetim qaldılar,
Çoxunun taleyi heç bilinmədi.
Sponsor Linklər
Bu dəhşətli faciə ilə bağlı sübutların toplanması və bütün dünyaya olduğu kimi çatdırılmasında Milli Qəhrəman Çingiz Abdullayevin çox böyük əməyi olmuşdur. O təkcə jurnalist kimi deyil, həm də böyük vətənpərvər kimi Xocalı həqiqətlərini dünyaya göstərmək üçün öz həyatını belə təhlükəyə ataraq döyüş meydanlarından çəkiliş edir. Məhz onun çəkdiyi görüntülər sayəsində ilk Xocalı filmi çəkildi, xarici mətbuatda Xocalı gerçəkləri işıqlandırıldı və hər kəs ermənilərin əsl üzünü tanımış oldu.
Xocalı soyqırımı Türkiyə, Pakistan, Sudan və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tam olaraq rəsmi şəkildə soyqırım kimi qəbul edilmişdir. Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina,Peru, Honduras,Cibuti, İordaniya ölkələri tərəfindən isə parlament səviyyəsində qətliam kimi tanınır. Bundan əlavə ABŞ-ın 21 ştatı Xocalı ilə bağlı sənəd qəbul etmiş və onu qətliam kimi tanıdığını bildirmişdir.
Uydurma “erməni soyqırımı”nı bütün dünyaya yaymağa çalışaraq özlərini məzlum kimi göstərən ermənilər əslində bir daha dünyaya sübut etdilər ki, əsl soyqırım törədənlər məhz özləridirlər.
İnsanlıq adına bir ləkə olan bu faciəni dünya heç vaxt unutmayacaq.və bir gün Xocalı cəlladları öz layiq olduğu cəzasını tapacaq!
Bu cür faciəni unutmaq olmaz,
Bu bir soyqırımdır, dünya sussa da.
Misli görünməmiş bu vəhşiliyi,
Bizlər unutmarıq kim unutsa da.
Xocalı soyqrımı, Elvin Elxanoğlu
Bənzər mövzular:
Axtarış sözləri: Xocalı soyqırımı inşa,xocalıya aid inşa,xocalı faciəsi inşa,xocalı haqqında esse,xocalı haqqında inşa,xocalı faciəsi haqqında inşa,xocalı inşa,xocali qan yaddasimizdir insa,26 fevral haqqinda insa,xocaliya aid insa,xocali faciesi haqqinda insa,xocali haqqinda insa,xocali faciesi haqqinda insa yazmaq,xocali faciesi insa