[quads id=7]

Xocalı faciəsi haqqında söylənmiş fikirlər

Xocalı faciəsi haqqında söylənmiş fikirlər
0
(0)

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist–millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

–Heydər Əliyev 

Hocalı insanlığın faciasıdır. –Derya Yıldız Özkaraman 

Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX–XX əsrlərdə mərhələ–mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi–siyasi qiymətini almalıdır. –İlham Əliyev 

Xocalıdakı vəhşilikllərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz. –R. Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur) 

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri–insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. –Heydər Əliyev 

Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür. –Heydər Əliyev 

Xocalı faciəsi haqqında söylənmiş fikirlər

O katliamın açtığı yaralar var. Tabii o katliamı yaşayanlar için de bizler için de Hocalı Katliamı unutulmaz. Hocalı katliamının şu anda Ermenistan bedelini ödüyor ve ödeyecek. Çünkü 1 milyon Azeri Hocalı’dan ve diğer şehirlerden adeta hicret etti. Nereye? Azerbaycan’a. Şimdi ondan 10 yıllar sonra Azerbaycan bu katliamın hesabını sordu. Çok çok farklı bir şekilde sordu ve topraklarını geri aldı. –Recep Tayyip Erdoğan 

Bu da bir faciadır: çocuklukları öldü, yakınlarının hepsi mahvedildi, kendileri ise yaşıyorlar. Bu daha dehşetli bir facia değil mi? Hocalı çocukları ile görüştükten sonra o kanaate vardım ki, bu çocukların öz geçmişlerindeki “çocukluk” sayfası hep boş kalacak. Şimdi boylu poslu bu delikanlılar “ölmüş olan çocukluğu hatırlamaya zorlanıyorlar”.– Zİya Şahin 

Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Bu ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır. –İlham Əliyev 

Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinlərinin – qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5–6–yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər. –Jan İv Yunet.(Xocalı qırğınının şahidi olan fransız jurnalist ) 


Bu qəddar və amansız soyqırım aktı insanlıq tarixinə ən dəhşətli terror aktlarından biri kimi daxil oldu… Bu gün Azərbaycan xalqı və hakimiyyəti qarşısında dünya dövlətlərinə, parlamentlərinə və ictimaiyyətinə Xocalı soyqırımı və ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında bütün həqiqəti çatdırmaq vəzifəsi durur. Bu bizim Xocalı soyqırımının qurbanları qarşısında vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, bu faciənin beynəlxalq səviyyədə siyasi–hüquqi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının cəzalandırılması ümumilikdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların bir daha təkrar olunmamasının vacib şərtidir.

–Heydər Əliyev 

Bənzər mövzular:


Axtarış sözləri: Xocalı faciəsi haqqında söylənmiş fikirlər, xocaliya aid sozler xocalı haqda fikirlər, xocalı faciəsi haqqında aforizmlər və sözlər, xocalıyla bağlı deyilmiş sözlər,

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir