Bu məqalə “Şuşa“ haqqında esse yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
GİRİŞ
Şuşa Qafqaz dağlarınının təbii gözəlliklərin qoynunda yerləşir. Təbiətin öz möcüzələrini əsirgəmədiyi bu şəhərin yetişdirdiyi şairlər, rəssamlar, memarlar, musiqiçilər ölkənin tarixi-mədəni irsinə öz töhfələrini vermişdirlər. Bu səbəbdən də Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.
ƏSAS HİSSƏ
Şuşa doğma Qarabağımızın göz bəbəyi və incisi. O, Qarabağın döyünən ürəyi və nəbzidir. Əsası 18-ci əsrin ortalarında Pənahəli xan tərəfindən qoyulan şəhər-qala ilk illərdə Pənahabad, sonradan isə bu yerin qədim adı ilə Şuşa adlandırılıb. Şuşa şəhərinin qədim izləri bu gün də öz əzəmətini qoruyub saxlayır. Onların arasında şəhərin tarixi mərkəzini əhatə edən qala divarlarının qalıqları xüsusilə seçilir. Tarixə nəzər saldıqda görərik ki, Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir.
Sponsor Linklər
“Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün,
Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir,
əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”
Heydər Əliyev
Şuşa haqqında esse
Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin (e.ə ikinci minilliyin II yarısı – birinci minilliyin əvvəlləri) əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.
Şuşa Qarabağ xanlığının süqutuna, yəni 1822-ci ilə qədər xanlığın paytaxtı olmuşdur.
Azərbaycanın əsas tarixi mədəniyyət mərkəzlərdən biri kimi strateji əhəmiyyətə malik qədim şəhərdir.
Şuşa qalası şəhərin simvollarından biridir. Qala Pənahəli xan tərəfindən müdafiə məqsədi ilə tikilmişdir. O, Şuşa ovalığında əlçatmaz, hətta mühasirədə olan yerdə yerləşir. Qala hər tərəfdən sıx meşələrlə əhatə olunmuş və bəzi hissələrdə yarğanlarla bitmişdir ki, bu da düşmən tərəfindən keçilməz sədd hesab olunurdu.
Şuşa xarıbülbül adlanan qeyri-adi bir gülün vətənidir. Gülə bu ad bülbülə bənzədiyinə görə verilib. “Xar” sözü isə tikan mənasını verir, yəni “tikanlı bülbül”. Xarıbülbül 44 günlük Qarabağ zəfərinin əsas simvoluna çevirdi.
Cıdır düzü
Şuşanı seyrə çıxarkən hər tərəfdə bir təbiət möcüzəsinə rast gəlmək mümkündür. Şəhərin cənub tərəfində yerləşən Cıdır düzünün gözəlliyini isə sözlə təsvir etmək mümkün deyil. Cıdır düzündən 200 metr aşağıda axan Daşaltı çayı dərəsinə və Kiçik Qafqaz dağlarına açılan möhtəşəm mənzərəni seyr etmək olar. Qədim dövrlərdən bu düzənlik cıdır yarışlarının, çövkən oyununun, Novruz bayramı şənliklərinin keçirildiyi məkan olmuşdur. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra 2021-ci ilin may ayında Cıdır düzündə uzun illərdən sonra yenidən “Xarıbülbül” musiqi festivalı təşkil edilmişdir.
Məşhur şuşalılar
Gözəl Şuşa həm də görkəmli şəxsiyyətlərin, məşhur incəsənət və mədəniyyət xadimlərinin yetişdiyi qədim mədəniyyət beşiyidir. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan təkcə gözəl şair və rəssam kimi deyil, həm də xeyriyyəçilik fəaliyyəti ilə tanınırdı. Natəvan Şuşaya su kəməri çəkdirmiş və bu bulaq “Xan qızı bulağı” kimi tanınmışdır. Şuşa buranın səfalı havası və bulaqlarının suyu ilə böyümüş məlahətli səs sahibləri və dahi musiqiçilərin vətəni olduğu üçün onu “Qafqazın konservatoriyası” da adlandırırlar. Azərbaycan peşəkar musiqisi sənətinin banisi və Şərqin ilk operasının müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəyli, musiqi mədəniyyətimizdə silinməz izlər buraxmış Xan Şuşinksi, Seyid Şuşinski, Bülbül, Niyazi Şuşanın yetişdirdiyi görkəmli musiqiçilər sırasındadırlar. Məşhur şuşalılar Azərbaycanın ədəbi, mədəni və ictimai həyatında xüsusi iz qoymuş, yeni sənətkarlara ilham mənbəyi olmuşdur.
Şuşa təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtıdır. 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin təşəbbüsü ilə Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. “
NƏTİCƏ
Bu gün Şuşa 30 illik əsarətdən sonra öz azadlığına qovuşdu. O, artıq öz ruhuna qovuşmuşdur. Ümid edirəm və inanıram ki, Şuşamız yenidən Niyazi, Xan Şuşinksi, Bülbül və Üzeyir Hacıbəylinin layiqli davamçıları olan gənc dahi sənətkarlar yetişdirəcək. Və onlar böyük sənət inciləri yaradaraq Azərbaycan mədəniyyətini daha da dirçəldəcək və dünyada tanıdacaqlar.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Əziz Şuşa, sən azadsan!
İlham Əliyev
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!”
Bənzər mövzular:
Axtarış sözləri: şuşa haqqında məlumat azərbaycanca,susa haqqinda melumat,şuşa haqqında esse,doğma şuşa haqqında inşa 2022,susa haqqinda insa yazmaq,şuşa haqqinda,şuşaya aid inşa,şuşa şəhəri haqqında məlumat
Əla