Siqaret çəkənlərin ətrafında olan insanlara dəyən ziyan mövzusunda esse

siqaret cekenlerin etrafinda olan insanlara zereri esse,siqaret cekenlerin etrafinda olan insanlara zereri,siqaret cekenlerin etrafinda olan insanlara deyen ziyan haqqinda esse,siqaret çəkənlərin ətrafında olan insanlara dəyən ziyan haqqında esse siqaretin ziyanları
3
(4)

Bu məqalə “Siqaret çəkənlərin ətrafında olan insanlara dəyən ziyan  mövzusunda esse yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

GİRİŞ
Sağlamlıq bizim sərvətimizdir. Sağlamlığmız qorumalı və onun qeydinə qalmalıyıq. Bizlər pis vərdişlərdə uzaq olsaq da, bəzən ətfafımızda pis vərdşlərə sahib insanlar həm özlərinə həm də bizə ziyan vururlar. Bunlardan biri də siqaretdir. Bəs bu durumda nə edək?

ƏSAS HİSSƏ
Siqaretin zərərlərini bilməyən yoxdur. O, həm cana, həm də cibə ziyandır. Buna rəğmən bir çox insan bunu bilsə də tam dərk etmir və özünə həmçinin ətafındakı insanlara ziyan verir. Hansı ki, siqaret çəkməyən uşaqlar, qocalar və qadınlar var.Onları da bu zəhərli dumana məruz qoymaq, onların sağlamlıqlarına ziyan vurmaq özü də bir cinayətdir və cərimə olunmalıdır.
Xaricdə insanların sıx olduğu ictimai yerlərdə siqaret çəkmək qadağan edilib, qanunu pozanlarsa külli miqdarda cərimə olunurlar. Məqsəd ətrafdakı insanların siqaretin zərərlərindən qorumaqdır. Bizim ölkə də bəzi yerlərdə bu tətbiq olunsa da, bir çox yerdə yoxdur.

Gənclərə siqareti qadağan etməklə, ziyanlıdır deməklə iş bitmir. Böyüklər fəxrlə bunu onların yanında çəkməklə, bu zərərli vərdişə qarşı onlarda maraq yaradır və balaca yaşlarından siqaret aludəçisi olmalarına səbəb olurlar.
Siqaret çəkənlər təkcə özlərinə deyil, həm də ailə üzvlərinə, tanışlarına və digər insanlara da ziyan verdiklərini dərk etməlidirlər. Öz sağlamlıqlarına önəm verməyən bu adamlar ən azında ətrafındakı insanlara qarşı həssas və düşüncəli davranmalıdır.

Təəssüf ki, bu gün məktəb və universitetlərdə gənc oğlanların çox siqaret aludəçisidir. Bunda onların gənc yaşda siqaret dumanına məruz qalmasının da payı vardır. Onlar siqaretə xərclənən bu pullarla kitablar ala, kurslara gedərək özlərinə yatırım edə və inkişaf edə bilərdilər.

Siqaret çəkənlərin ətrafında olan insanlara dəyən ziyan

Bəs nə üçün gənc oğlanların çoxu siqaretçəkir?

  • Siqareti kişilik və güc simvolu hesab edirlər. Əslində isə bunun əksidir. Yəni bu iradəsizlik və gücsüzlük deməkdir.
  • Özlərini bu cəhətdən əksik hiss etmək istəmirlər. Çünki ətrafındaklı insanların çoxu siqaret çəkir.
  • Siqaretin insanı dərd və sıxıntıdan uzaq etdiyi inancı. Gənc nəsil problemlərindən bir anlıq qaçmaq üçün siqaretə əl atır. Ancaq bu sadəcə bir neçə dəqiqəlik baş qatmadan başqa bir şey deyil və həll yolu sayıla bilməz.
  • Siqaretə qarşı olan həddən artıq qadağa xüsusilə kişilərdə ona qarşı marağı artırır və onların bir çoxu siqaret aludəçisi olurlar.

Dövlət tərəfindən siqaretin zərərləri barədə bilgiləndirici layihələr hazırlanır, cərimələr tətbiq olunur, siqaretin qiymətləri yüksəldilir. Ancaq burda iş təkcə dövlətin deyil, əsas kiçik dövlət sayılan ailənin üzərinə düşür
Qəribədir ki,siqaret çəkən yaşda böyüklər uşaqlara bunun ziyanlı olduğunu desə də, balacaların yanında da siqaret çəkir və onlar bu zərərli dumana məruz qoyur. Nəticədə uşaqlar da siqaret çəkmiş kimi olurlar və onun zərərlərinə məruz qalırlar. Hətta bəzi uşaqlarda şübhə yaranır ki, əgər zərərlidirsə, niyə böyüklərin çoxu siqaret çəkir. . Uşaqlar bizi örnək olaraq tərbiyə olunurlar. Yaxşı örnək bəzən min nəsihətə dəyər.
Yəni ailədə “siqaret çəkmək olmaz, ziyandır” deyib öz çəkən varsa, o min nəsihət etsə çox faydası olmaz. Onlara yaxşı örnək olmalı, siqaretin zərəli olduğunu təkcə sözdə əməldə də göstərməliyik. Ki, gələcəkdəgənclərimiz də bu bataqlığa düşməsin

NƏTİCƏ:
Sağlam bədəndə sağlam ruh olar. Uşaqlar, gənclər bizim gələcəyimizdir. İctimai yerlərdə siqaret çəkməməli və çəkənləri qınamalıyıq. Özümüzü qorumaqla həm də ətrafımızdakı insanları qorumuş oluruq. Sağlam bir gələcək naminə onları bu zəhərli dumandan uzaq tutaq! Bu həm bir insan kimi, həm də bir vətəndaş kimi hər kəsin borcudur.

Bənzər mövzular:

Axtarış sözləri: siqaret cekenlerin etrafinda olan insanlara zereri esse,siqaret cekenlerin etrafinda olan insanlara zereri,siqaret cekenlerin etrafinda olan insanlara deyen ziyan haqqinda esse,siqaret çəkənlərin ətrafında olan insanlara dəyən ziyan haqqında esse,siqaret çekenlerin etrafında olan insanlara deyen ziyan,siqaret ceken insanlarin etrafinda olan insanlara deyen ziyan siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3 / 5. Səs sayı: 4

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir