sərhədimi qoruyuram haqqında esse yazmaq,serhedimi qoruyuram haqqinda esse,serhedimi qoruyuram esse,serhedimi qoruyuram haqqinda esse,sərhədimi qoruyuram adli esse,sərhədimi qoruyuram esse yazmaq,serhedimi qoruyuram movzusunda insa,
4.6
(66)

Bu məqalə Sərhədimi qoruyuram haqqında esse yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın esseyə öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq düşüncələrinizi bizimlə paylaşın.

GİRİŞ

Sərhəddimiz  müstəqilliyimizin və ərazi bütövlüyümüzün ayrılmaz parçasıdır. O, toxunulmazdır və bölünməzdir.Dövlət sərhəddimiz  rəşadətli Azərbaycan əsgəri tərəfindən qətiyyətlə mühafizə olunur.


ƏSAS HİSSƏ

Milyonlarla azərbaycanlının  rahat və firavan öz evində yaşayırsa, bu soyuq şaxta demədən vətən torpağını  göz bəbəyi kimi qoruyan əsgərləriimizin sayəsindədir. Sərhədlərimiz hər gün, hər an qəhrəman əsgərlərimiz tərəfindən gecə-gündüz qorunur.  Vətən borcunu layiqincə yerinə yetirən sərhədçi əsgərlərimizə hər birimiz dərindən minnətdarıq. Onlar vətənin keşiyində hər zaman ayıq-sayıq duracaqlarına dair verdikləri sözü şərəflicə yerinə yetirirlər.  Bu torpaqlar bizim üçün şərəf, namus deməkdir.  Vətənimizi öz canımız kimi qorumaq, onun keşiyində durmaq hər birimizin vətən borcudur. Bir gün mən də əsgər olub bu şərəfli Vətən borcunu yerinə yetirəcək, Ana vətənimizi layiqincə qoruyacam. Vətən torpaqlarının sərhəddi olsa da, vətənə olan sevgimizin sərhəddi yoxdur!

Vətənimin hər qarışı, hər torpağı bizim üçün əzizdir, müqəddəsdir. Onun uğruna əsrlər boyu minlərlə igid son nəfəsinə qədər savaşmış, şəhadətə qovuşmuşdur. Unutma ki, bu torpağın  hər addımında minlərlə kəfənsiz şəhid uyuyur. Torpağı əziz və müqəddəs edən də budur.  Onlardan bizə əmanət olan bu torpaqları Azərbaycan əsgəri canla, başla qorxmadan qoruyur.

Ali baş komandanın rəhbərliyi ilə rəşadətli ordumuz doğma Qarabağımızı azadlığa etdi və bununla da dövlət sərhədlərimiz  bərpa olundu.  Keçmişdə olduğu kimi bu gün də Qarabağımız Azərbaycan sərhədçiləri tərəfində qorunmaqdadır. Bu tarixi uğurda imzası olan bütün əsgərlərimizə, başda şəhid və qazilərimiz olmaq sonsuz minnətdarıq!


NƏTİCƏ

Torpaqlarımız bizə keçmiş atalarımızın ən böyük əmanətidir. Bu əmanəti qorumaq, ona sahib çıxmaq və gələcək nəsillərə ötürməksə hər birimizin vətən borcudur. Biz həmişə bu torpaqları canımız kimi qoruyub mühafizə etsək, onda şəhidlərimizin ruhu da şad olar. Əmanətinin dəyərini bil, onu qoru və sahib çıx!

Sərhədimi qoruyuram haqqında esse

Bənzər mövzular:

Axtarış sözləri: sərhədimi qoruyuram haqqında esse yazmaq,serhedimi qoruyuram haqqinda esse,serhedimi qoruyuram esse,serhedimi qoruyuram haqqinda esse,sərhədimi qoruyuram adli esse,sərhədimi qoruyuram esse yazmaq,serhedimi qoruyuram movzusunda insa,sərhədimi qoruyuram haqqında melumat,sərhədimi qoruyuram haqqında mətne

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.6 / 5. Səs sayı: 66

İlk səs verən sən ol!

4 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir