Qışda kəndimiz haqqında esse

qisda kendimiz haqqinda melumat,qisda seherimiz kendimiz haqqinda insa,qışda kəndimiz esse,qışda kəndimiz haqqında inşa,qisda kendimiz adli esse,qisda kendimiz insa
4.4
(34)

 Qışda kəndimiz haqqında esse yazmağınıza yardım etmək üçün bu məqaləni hazırladıq. Olduğu kimi köçürməyin və çalışın ki, ona öz fikirlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaş və yazını ulduzla dəyərləndir.


Giriş

İlin ən soyuq fəsli olan qış öz bəyaz qarı ilə kəndimizin həyat tərzini başdan-ayağa dəyişir. Qış fəslini kəndimizdə yaşamaq  tamam fərqli bir hissdir. Bu bir qədər çətin, bir o qədər də  əyləncəli və maraqlıdır.


Əsas hissə

Fəslin  ilk günlərindəcə   qış öz soyuq üzünü sərt bir şəkildə  göstərir. Kəndə  yağan qar hər tərəfi bəyaz örpəyə bürüyür.  Yollar, evin damları, meşələr  – hər yer  ağ qarla örtülür. Bütün kənd  ağappaq olur. Çaylar və bulaqlar donur, heyvanlar öz isti yuvalarına çəkilir.  Sanki həyatın axarı donur.

Kəndimizdə qış fəslinin ab-havası bir başqa olur. Əyləncəli qış oyunları, ,təmiz havası, ləziz qış yeməkləri, qarla örtülü bəmbəyaz gözəlliyi. Bizim evdə qış gələn kimi əriştə, şorba, xaş kimi ləziz  isti xörəklər bişirilir. Onların arasında ən çox sevdiyim  toyuq şorbasıdır. Bütün bunlar qışın soyuğunu və sərtliyini insana bir anlıq da olsa unutdurur.

Qışın gəlişi ilə kəndə günlər qısalır, gecələr isə daha da  uzanır. Qaranlıq artıq daha tez düşür, gündüzlər isə gec açılır.  İnsanlar gün çıxmadan səhərin  alatoran vaxtında öz işlərini görmək üçün yola düşür və qaranlıq olmadan evlərinə dönməyə çalışırlar.  

Qışda kəndimizə yağan qar biz uşaqlar üçün sevinc və əyləncə mənbəyidir.  Uşaqlarla birgə köməkləşib  qardan adam düzəldirik. Adama bənzəməsi üçün düymələrdən göz və burun edir, budaqlardan qollar qoyuruq.  Yaz gəlişinə qədər qardan adam kəndimizin yeni sakini olur.  Şübhəsiz qışın ən maraqlı tərəflərindən  biri də qartopu oyunudur. Bəzən  böyüklər də bizə qoşulub bu oyunu oynayır. Bəlkə də böyüklər bu yolla keçmiş uşaqlıqlarını, xatirələrini xatırlayırlar.

Qışda kənd həyatı şəhərlə müqayisədə daha çətin keçir.  Bəzən elektrik kəsintisi baş verir, su xətləri donur. Yağan qar insanlar üçün bir sıra problemlər də yarada bilir. Nəticədə kənd yollarında gediş-gəlişi çətinləşir. Gediş-gəlişin bərpası üçün traktorlar və digər texnika vasitələri yolları qardan təmizləyib yolu açırlar.  Daha sonra isə yollara  duz səpilir.  Hər kəs öv evinin qarşısını qardan təmizləyir.

Yeni ilin gəlişi kəndə ayrı bir ab-hava gətirir.  Adətən kənd əhalisi yeni ili öz evində ailəsi ilə birgə keçirir. Evlər, həyətlər bəzədilir, işıqlandırılır. Yolka ağacını qurmaq məqsədilə meşələrdə şam və küknar  ağacları kəsilir. Sonra evlərə gətirilib bəzədilir.  Təbii yolkanın özünəməxsus gözəl ətri olur.

Bir neçə il əvvəl kəndimizdə qaz olmadığı üçün soyuq qışın öhdəsində odunla gəlməyə çalışırdıq. Demək olar ki, hər evin bacasından qışda tüstü yüksəlirdi. Odun üçün ağaclar kəsilirdi ki, bu da meşələrin qırılmasına və kiçilməsinə səbəb olurdu. Nəhayət kədimizə qaz xətti çəkildikdən sonra həm əhalinin işi yüngülləşdi, həm də ağaclarımız xilas oldu.

Qışda kəndimizdəki heyvanlar daha da kökəlir, üzərlərindək tük örtüyü sıxlaşır. Onların qışda xəstələnməməsi üçün peyvənd vurulur. Mən  isə dostlarımla evsiz heyvanlar üçün taxtadan yuva düzəldirik ki, soyuqdan üşüməsinlər və donmasınlar.

Qış turizmi məqsədilə kəndimizə bir sıra turislər də gəlir. Onlar kəndin gəzməli- görməli yerlərinə təşrif buyurur, xizək sürür, kənd həyatı ilə yaxından tanış olur və ləziz kənd yeməklərini dadırlar.


Nəticə

Qışı kəndimiz yaşamaq bütün çətinliklərə rəğmən gözəldir. Nə qədər soyuq və sərt olsa da, kəndin qışı bir başqa olur. Hələ qışda kənd əhalisi ilə birgə yeni ilə qeyd etmək ayrıca gözəldir.


Qışda kəndimiz haqqında esse

Bənzər mövzular:

Axtarış sözləri: qisda kendimiz haqqinda melumat,qisda seherimiz kendimiz haqqinda insa,qışda kəndimiz esse,qışda kəndimiz haqqında inşa,qisda kendimiz adli esse,qisda kendimiz insa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.4 / 5. Səs sayı: 34

İlk səs verən sən ol!

sponsor 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir