Bu məqalə Diqqətin möcüzəsi haqqında esse yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
GİRİŞ
Diqqət maraqdan doğar və insan maraq göstərdiklərini diqqət yetirər. O, insanın hər anına təsir edə biləcək gücdədir. Diqqət, istək və iradə ilə birləşincə dünyada mümkünsüz görünən çox şey mümkün olur.
ƏSAS HİSSƏ
İnsan bir işə bütün diqqətini verib yönəldikdə möcüzələr yaratmaq qüdrətinə sahibdir. Məhz bu zaman o, öz qabiliyyətini və yaradıcılığını kəşf edə bilir.
Sponsor Linklər
Ən məşhur və gözəl əsərlər təkcə istedadın deyil, həm də böyük maraq və diqqətin nəticəsidir. Tanınmış rəssam Da Vinçi Mona Liza əsərini diqqətlə çəkməsəydi, belə böyük əsər ortaya çıxmazdı. Məşhur yazar Viktor Hüqo əsas diqqətini Səfillər əsərini yazmağa yönəltməsəydi ədəbiyyatın bu şah əsəri ərsəyə gəlməzdi. Diqqət və maraq hər peşənin, hər sənətin əsas bünövrəsidir. Əsər sənətkar olub böyük əsərlər yaratmağın sirrlərindən biridir diqqət. O, maraq və istəklə birləşincə möcüzələr yaradır.
Birini diqqətlə dinləməsən anlaya bilmərsən. Bir kitabı diqqətlə oxumasan başa düşmərsən. Bir işi diqqətlə görməsən istədiyin nəticəni əld etmərsən. Bütün diqqətini işə verdikdə onu tez və rahat şəkildəcə görmüş olursan. Nəticədə həm vaxtna həm də enerjinə qənaət etmiş olursan. Təbiətdə sadəcə ən güclü canlılar deyil, həm də ən diqqətli və cəld olanlar sağ qalır və yaşayır. Bunlara sahib olmayanlar isə digərlərinə yem olurlar.
Bir işə uzun müddət diqqətini verə bilmək özü də bir bacarıqdır. Bu həm də uğur üçün gərəkli olan əsas bacarıqlardan biridir. Bir insan marağında olmadığı və dəyər vermədiyi şeylərə diqqət etməz. Diqqətsizlik kiçik işlərdə belə insanın səhv etməsinə və uğursuz olmasına səbəb ola bilər. Diqqlətli olduqda isə böyük işləri də zamanla etməyi bacararsan.
Müasir dövrdə insan diqqətyayındırıcı bir çox şeylə əhatə olunmuşdur. Xüusilə də sosial şəbəkələrin təsiri nəticəsində bir çox insanın diqqəti tez yayınır. Onlar işə və ya dərsə fokuslanmaqda çətinlik çəkirlər. Bu da həmin insanları məqsəd və arzularından uzaqlaşdırır.
İnsanı uğurlu və ya uğursuz olması həm də onun diqqət bacarığından asılıdır. Bu səbəbdən insanlar daha uğurlu bir həyata sahib olmaq üçün fokuslanmaq bacarıqlarını inkişaf etdirirlər. Bunun ən yaxşı yollarından biri də meditasiyadır. O, möcüzələr yaradan möcüzədir. Meditasiya sayəsində insan fokuslanmaq bacarıqlarını xeyli artırır kİ, bu da ona həyatın hər sahəsində üstünlük qazandırır.
NƏTİCƏ
Diqqət çox dəyərlidir. Gələcək həyatımız bu gün diqqətimizi nələrə yönəltdiyimizdən asılıdır. O, doğru istiqamətə yönəldilərsə möcüzələr yarada bilər. Bizlər həyatda uğurlu və xoşbəxt olmaq istəyiriksə, əsas diqqətimizi mənalı və dəyəri işlərə yönəltməliyik.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Diqqətin möcüzəsi esse
Bənzər mövzular:
- Hər bir insan öz uğurunun memarıdır haqqında esse
- Uğur haqqında aforizmlər və mənalı sözlər
- Mən böyüyəndə kim olmaq istəyirəm esse
Axtarış sözləri: diqqət haqqında esse,diqqətin möcüzəsi esse,diqqet haqqinda insa,diqqət haqqında inşa