Hakimiyyətin 48 Qanunu kitabından mənal sitatlar və sözlər

hakimiyyetin 48 qanunu kitab sozleri robert qrin
5
(2)

Sizin nə etdiyinizin əhəmiyyəti, sizin bunu necə etdiyinizdən az vacibdir

Hakimiyyətin 48 qanunu , Robert Qrin

Xırda şeyi problem kimi qəbul etməklə siz ona mövcud olmaq hüququ verir və onu qüvvə ilə təmin edirsiniz.

Bəzilərini uzaqdan nəsə hesab edərsən,  yaxınlaşanda heçnə olduqları aşkara çıxar.
– Jan de Lafonten

“Pul, ona malik olanda yox, ondan istifadə edəndə  dəyər qazanır”.

İnsanlar hәmişә güclü şәxsiyyәtin әtrafında, günәşin әtrafında fırlanan planetlәr kimi cәmlәşәcәk.

” Müdrik öz düşmənlərindən daha çox fayda alar, nəinki axmaq öz dostlarından “
– Baltazar G.

 Susuzluq yanğısını söndürən insan ən birinci su quyusuna arxasını çevirir.

” Heç bir qisas unudulmaqla müqayisə edilə bilməz, zira unudulmaq layiqli olmayanın öz şəxsi miskinliyi tozunda basdırılmasından başqa bir şey deyil .”

Sürüdən yunun rəngi ilə yox, fikirlərinizlə seçilin.

Kölgən heç vaxt  hökmdarın üstünə düşməsin: Rəislərinizi əslində olduqlarından daha parlaq görünməyə məcbur edin və siz hakimiyyətin zirvələrinə çatacaqsız.

“Heç vaxt mübahisələrə qoşulmayın. Cəmiyyətdə heç nəyi müzakirə etmək lazım deyil, əvəzində, yalnız nəticələr verin.”
-Bencamin Dizraeli

Reputasiyan üzərində işlə və onu qazan.Bu xüsusi diqqətlə toplanmalı qorunub saxlanmalıdır. Reputasiyadan çox şey asılıdır.Onu həyatın bahasına qoru.


Hakimiyyətin 48 Qanunu kitabından mənal sitatlar və sözlər

Axmaqlar deyir ki,öz təcrübələri üzərində öyrənirlər.Mən başqalarının təcrübəsindən istifadə etməyə üstünlük verirəm.
– Otto fon Bismark

Hakimiyyətin 48 Qanunu, Robert Greene

İnsanın könüllü olaraq və fərdi seçimi ilə öz üstünə tökdüyü istənilən əzab-əziyyət, başqalarının onun üstünə tökdüklərindən daha az ağrılıdır

Başqalarının sizin üçün edə biləcəkləri şeyi heç vaxt özünüz etməyin.Başqa adamın ağıl bilik və qovhaqovunu öz işlərinizin irəliləməsi üçün istifadə edin.Hakimiyyət dünyasında cəngəlliklərin qanunu hökm sürür.

Qala ən etibarlı sığınacaq təsiri bağışlayır, lakin təcridolunma sizi müdafiə etmir.Qalalar bizi vacib informasiyadan məhrum edir, nəzərəçarpan və zəif yerləri olan hədəfə çevirir.Adamların arasında olmaq və müttəfiqlər tapmaq daha yaxşıdır.Düşmənlərdən özünüzü kütlə ilə,sanki qalxanla olduğutək qoruyun.

İnsanlar o qədər sözəbaxandırlar və özlərinin tələbatlarından qultək elə asılıdırlar ki, yalançı adam, yalana aldanmağa hazır olan çox sayda adamı həmişə tapacaq. Nikkolo Makiavelli

Qələbəyə dəlillərlə yox hərəkətlərinlə nail ol.İzah etmək əvəzinə göstərin.Başa düşmək lazımdır: mübahisədə sözlərin qiyməti heçnədir.Həqiqəti çox vaxt görmək olar onu eşidə bilmək nisbətən çətindir.Sizin ideyanızın əyani nümayişinin gücü opponentlərinizin özlərini müdafiə etməyə ehtiyaclarının olmamasıdır bu isə opponentlərin inandırmaq üçün daha açıq olduqları deməkdir.Nəzərdə nə tutduğunuzu onlara hərfi mənada fiziki olaraq duymağa imkan verin bu isə istənilən sözdən qat qat güclü arqumentlərdir.

Dost rolunu oyna,xəfiyyə kimi fəaliyyət göstər.Rəqibi tanımaq çox vacibdir.Qiymətli informasiya toplamaq üçün xəfiyyələrdən istifadə edin daha yaxşısı xəfiyyə özünüz olun.Birbaşa olmayan elə suallar verin ki bunlar insanların zəifliklərinin və niyyətlərinin üstünü açsın.

İnsanlar şərin haqqını ödəməyə daha çox hazırdırlar, nəinki minnətdarlığın,axı:Minnətdarlıq – yük,Qisas isə – həzzdir.(Tasit)

Kömək xahiş edəndə insanların şəxsi təmənnasına çağırış et və heç vaxt mərhəmətə ya genişqəlbliliyə çağırış etmə.Elə edin ki sizin xahiş yaxud təklif etdiyiniz müqavilədə o məhz özünə faydalı olacaq nə isə görsün və bunu hər vəchlə üzə vurun.Hakimiyyətə doğru hərəkət etdikdə siz dəfələrlə nisbətən hakimiyyəti çox olan adamlardan kömək xahiş etməli olacağınız vəziyyətə düşəcəksiz.Kömək xahiş etmək özü bir sənətdir və burda uğur iş görəcəyiniz adamı başa düşmək və öz ehtiyaclarınız ilə onun ehtiyaclarını qarışıq salmaqdan asılıdır.Eqozim təmənmalı maraq -insanların əksəriyyətinə təsir etmək rıçaqıdır. A.Şopenhauer -İnsanların əksər hissəsi o qədər eqosentriklərdir ki özlərindən başqa heçnə ilə maraqlanmırlar.

Möhkəm bilmək lazımdır ki,tamamilə əhəmiyyət kəsb etməyən və diqqətə layiq olmayan adamlar olmur.Əgər bircə dəfə onlara münasibətdə saymamazlıq göstərilərsə:
Səhvləri çox vaxt bağışlayırlar,Saymamazlığı isə heç vaxt!İnsan qüruru beləsini həmişəlik yadda saxlayır.
(Lord Çesterfild)

Nəyin bahasına olursa olsun diqqət qazan.Heç vaxt özünüzə kütlə arasında it bat olmağa və ya tarixə qovuşmağa imkan verməyin.Seçilin.Nəyin bahasına olsa da gözə dəyin.İnsanlar kimin hərəkətlərini öncədən deyə bilirsə həmin insanlara nəzərən üstün olduqıarı hissi onlara hakim kəsilir.Əgər siz belələrinin gözləntilərinin əskini oynamaqla onlara yüksəkdə kimin olduğunu göstərərsizsə bir dəfəyə hörmət qazanacaq və daha ciddi obyekti olacaqsınız.O şeyi ki görmürlər o elə bil mövcud deyil. Pyetro Aretino demiş Hətta söyüşlərə məruz qalaraq da mən şöhrətdən özümə düşən payı almışam

sponsor 3

” İnsanlardan heç biri sirr saxlamağa qadir deyil. Əgər onun dodaqları susursa, barmaqucları danışır; xəyanət onun hər bir məsaməsindən sızıb kənara çıxır “-Sigmund Freud

Cəmiyyət arasında həddən artıq fəal hərlənməyiniz qiymətinizi aşağı salır. Siz nə qədər çox görünürsünüz və eşidilirsinizsə, bir o qədər bayağı təəssürat yaradırsınız. Defisit yaradaq,  dəyər yaradın.

Uğursuzluqlar bizə çox vacib şeyləri öyrədir – dözüm, məqamı düzgün seçmək bacarığı, ən pis olana hazırlaşmaq zərurəti. Kor bəxt – nəyin ki sayəsində sizdə hər şey alınıb – parıltı və talantla bağlı fikri təlqin etməklə, yuxarıda haqqında danışılana əks olan dərsi verir. Bəxt tez və ya gec sizdən mütləq üz çevirəcək və bu baş verəndə, sizin buna hazırlıqsız olacağınız riski var.  

“Çox şey var ki, onları bilmək lazımdır, ömür qısadır, biliksiz həyat isə – həyat deyil. Bilikləri hasil etmək üçün çox gözəl vasitə var – başqalarının təcrübəsi və işi..”
– Baltazar Qrasiani

Öz yoxluğunu şərəf və hörmətini artırmaq üçün istifadə et.Cəmiyyət arasında həddən artıq fəal hərlənməyiniz sizi qiymətdən aşağı salır.Siz nə qədər çox görünür və eşidilirsinizsə bir o qədər bayağı təəssürat yaradırsız.Əgər müəyyən mövqeyə nail olmusuzsa bu qaydaya riayət etmək lazımdır.Nə vaxt getmək lazım olduğunu müəyyən etməyi öyrənin.Defisit qanunu işinizə bərqərar edin.Kim gözdən itə bilirsə xüsusi xeyranlıq doğurur.Səhnədən vaxtlna getmək -incəsənətdir.Əgər hansısa məhsul yox olursa bazarda qiyməti ani olaraq qalxır.İnsanlara qayıdışınızın həsrətini çəkməyə məcbur edin.Onların hörmətinə sizi həmişəlik itirə bilmək imkanı ilə qorxudaraq nail olun.N.Bonapart – Əgər mən teatra tez tez getsəm onda insanların gözü məni görməyəcək.Yoxluğunu istifadə et özünə hörmət və qiymət verilməsinə nail ol.Əgər göz önündə olmaq məşhurluğu azaldırsa,olmamaq onu çoxaldır


Kainatı dəyişən adamlar heç vaxt buna başçılara xidmət etməklə çatmayıblar, əvəzində kütləni öz arxalarınca aparmaqla nail olublar. Başçılara xidmət edən adamlar intriqalara əl atırlar və yalnız ikinci dərəcəli nəticələr əldə edirlər. Arxasınca kütlələri aparanlar isə dünyanın görkəmini dəyişən, mahiyyət etibarilə, dahidirlər.

Hakimiyyətin 48 qanunu , Robert Qrin

Kitab haqqında ( Wikipedia)

Bənzər Mövzular:

Dedektiv Kitablar | Maraq və macəra dolu
Dostoyevskinin Cinayət və Cəza əsərindən mənalı sitatlar

Axtarış sözləri: hakimiyyətin 48 qanunu pdf yüklə,hakimiyyetin 48 qanunu pdf yukle

YAZIYA QİYMƏT VER!😉

Ortalama 5 / 5. Səs sayı: 2

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir