Quşlar haqqında atalar sözləri

Quşlar haqqında atalar sözləri
3.6
(28)

Bülbül gülü sevər, insan – Vətənini.

Atalar sözü

Hər quşa öz yuvası doğmadır.

Öz gözünə bayquşun balası tovuz quşundan da gözəldir.

Meyvəli ağaca quş qonar.

Qərib quşa yuvanı Allah yetirər.

Tək qanadlı quş uçmaz.

Quşa qızıl qəfəs zindandır.

Quş var ətin yeyərlər, quş var ət yedirdərlər.

Yaralı quşa daş atmazlar.

Hər quş öz tayı ilə uçar.

Yırtıcı quş dimdiyindən bəllidir.

Pullu evin bülbülü, kasıb evin bayquşu.

Sponsor reklam
Tövsiyə Mövzular

Erkək quş ötər, dişi quş yuva tikər.

Dostsuz insan – qanadsız quş.

Bala quşun ağzı böyük olar.

Zirək quş dimdiyindən tələyə düşər.

Zəhməti bülbül çəkər, gülü qucar xar.

İt hürsə, bülbül susar.

Sərçəni bülbül adına satır.

Keçdi gül, uçdu bülbül, istər ağla, istər gül.

Bülbülün çəkdiyi dil bəlasıdır.


Quşlar haqqında atalar sözləri

Bülbülə qızıl qəfəsdən kol dibi xoş olar.

Atalar sözü

Gül solanda bülbül ağlar.

sponsor 3

Zimistan çəkməyən bülbül baharın qədrini bilməz.

Qorxana qoç, qorxmaza quş görünür.

Erkək quş havanı, dişi quş yuvanı güdər.

Qara quşa ox, öz yələyindən dəyər.

Hamı getdi quş gətirdi, bizimki bayquş gətirdi.

Uçan quşa da borcu var.

Tutu quşu danışar, amma insan olmaz.

Tovuz quşunu tükünə görə kəsərlər.

Gilas bağın olsa, bilərsən sığırçın necə quşdur.

Dəryada balıq, göydəki quş, meşədəki ayının dərisi satılmaz.

Yırtıcı quşun ömrü az olar.

Yalqız quş yuva salmaz.

Könül quşu uçar, bir budaqdan o birinə qonar.

Heç kim adama müftə quş tutmaz.

Hər quşun əti yeyilməz.

Şahin ilə dəvə ovlamazlar.

Hər quş şahin olmaz.

Dəvəquşu yükə gələndə, qanadlarını göstərər.

El ağzı ilə quş tutulmaz.

Çayın daşı – çölün quşu.

Çay quşu ayağından tutular.

Çay quşu çay daşı ilə vurular.

Quş qanadsız olmaz, türk – atsız.

Bülbül viranədən ötməz, bayquş viranədən getməz.

Bayquşun ruzisi ayağında gedər.

Bayquşun da dar olmasın qəfəsi.

Bayquş xarabalığı gülüstana deyişməz.

Kəklik qaqqıldamasa qaraquş onu tapmaz.

Qarğadan gözəl quş istədilər balasını göstərdi.

Erkək quşun yuvası olmaz.

Dəryadakı balıq, göydəki quş satılmaz.

Abad yerin bülbülü,xarabanın bayquşu.

Göydəki durnadan, əlimdəki sərçə yaxşıdır.

Quş – dimdiyindən, adam isə dilindən ovlanar.

Gülün qədrini bülbül bilər, nə bilər hər divanə.

Can verirsən boz sərçəyə ver, qaranquş gəldi gedərdir.

Hər quşa – öz yuvası, hər kəsə – öz vətəni.


Bülbülü saldılar qəfəsə dedi:
“Ay vətən, ay vətən”,
buraxdılar, qondu tikan koluna, dedi:
“Can vətən, can vətən”

Atalar sözü

Bitkilər Haqqında Atalar Sözləri
Heyvanlara Aid Atalar Sözləri

Axtarış sözləri: quşlar haqqında atalar sözləri,quşlar haqqında atalar sözü, quş haqqında atalar sözü,quslara aid atalar sozleri,quslar haqqinda atalar sözləri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.6 / 5. Səs sayı: 28

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir