Heyvanlara Aid Atalar Sözləri heyvan haqqında
3.9
(60)
  • Heyvanın dişinə baxarlar, insanın – işinə. – Atalar sözü
  • Bal arını çəkər, şirin dil – insanı. – Tatar atalar sözü
  • Yaxşı at özünə qamçı vurdurmaz.
  • Ac ayı oynamaz.
  • Dəvənin quyruğu yerə dəyməz.
  • Yaxşı at yemini artırar, yaman at – qamçısını.
  • Cütə getməyən öküzü ətlik adına satarlar.
  • Eşşəyə min ata çatana qədər.
  • Şahin ilə dəvə ovlamazlar.
  • İlan öz əyrisin görməz.
  • Yavaş atın təpiyi bərk olar.
  • Usta meymun qamçısız oynar.
  • İlanın quyruğunu yox, başını əzərlər.
  • Hər heyvanın balası dalınca gedər, eşşəyin balası qabağınca.
  • Çobansız qoyunu qurd yeyər. – Atalar sözü
  • Bazar baqqalsız, meşə çaqqalsız olmaz.
  • Canavar tək qalanda başına çaqqallar yığışar.
  • Qurddan qorxan qoyun saxlamaz. – Atalar sözü
  • Şir öz dişini heç kəsə borc verməz.
  • Filin gücü xortumundadır, dəvənin gücü dizində.
  • Aslanın qorxusu qarışqadan olar.
  • Qorxudan çaqqal da pələngin üstünə atılar. – Əfqan atalar sözləri
  • Qoyunu qurda tapşırıb. – Atalar sözü
  • Bir aslanla qarışqa arasındakı döyüşdə qalib olmaz.
  • Eyni güldən ilan zəhər, arı bal çəkər.
  • Bir meşədə ki, əsir alanı tülkü ola, azad edəni çaqqal, orada şir, pələng dolana bilməz.
  • Pələng ölür – dərisi, fil ölür – sümüyü, insan ölür – adı qalır.
  • Sular yüksəldikcə balıqlar qarışqaları yeyər, sular çəkildikcə də qarışqalar balıqları yeyər. Heç kəs bugünkü üstünlüyünə və gücünə arxayın olmamalıdır… Çünki, kimin kimi yeyəcəyini suyun axışı qərar verər.

Quşlar haqqında atalar sözləri
Bitkilər Haqqında Atalar Sözləri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.9 / 5. Səs sayı: 60

İlk səs verən sən ol!

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir