Kiçik işlərdə böyük olmaq lazımdır

Bu məqalə "Kiçik işlərdə böyük olmaq lazımdır"  mövzusunda esse yazmağınıza yardım edəcək. Esse sizlərə fikir vermək məqsədiylə yazılıb. Çalışın ona öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
4.3
(67)

Başlıqlar:

Bu məqalə “Kiçik işlərdə böyük olmaq lazımdır  mövzusunda esse yazmağınıza yardım edəcək. Esse sizlərə fikir vermək məqsədiylə yazılıb. Çalışın ona öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.


GİRİŞ

Kiçik işlərdə də böyük olmaq lazımdır. Bu insanın böyüklüyünün və peşəkarlığının əlamətidir.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan. (Nizami Gəncəvi)


ƏSAS HİSSƏ

Böyük şəxsiyyətlər bəsit kimi görünən kiçik işləri belə böyük ustalıqla, fərqli bir tərzdə və üslubda yerinə yetirirlər. Bu onların niyə böyük bir insan olduqlarının cavabıdır əslində. Məsələn böyük şəxsiyyət olan Heydər Əliyev, sıradan günlük işlərdə və görüşmələrdə, sadə durumlarda belə öz böyüklüyünü sözüylə, davranışıyla və ağlıyla ustaca ifadə etməyi bacarırdı Ulu Öndərimiz də çatdığı bu yüksək məqama kiçik işləri böyük görməklə başlayıb.

İnsanlar disiplinli və məsuliyyətli olmağı kiçik işlərdən başlayaraq öyrənir, inkişaf edərək pillə-pillə yüksəlirlər. Həyatda məhz bu cür adamlar uğur və müvəffəqiyyət qazanırlar.

İnsanlar bəzən bir sıra işlərə yuxarıdan aşağı baxır və onlar lazımsız,dəyərsiz bilirlər. Ancaq bu önyarqı böyük yanlışdır. Kiçik işlərdə böyük olan insanlar eqolu və lovğa olmurlar. Onlar nə qədər uğur qazansalar da bir o qədər təvazökar olurlar. Unutmayaq ki, kiçik işlərdə böyük olmayan, böyük işlərdə də böyük ola bilməz.

Martin Lüter Kİnq bu kəlamı hər şeyi gözəl izah edir:

“Əgər sizdən küçələri süpürmək istənsə, Bethoven musiqi bəstələyib və ya
Şekspirin şeir yazdığı kimi süpürün. Onu elə yaxşı süpürün ki, göydə və yerdə olan hər kəs dayanıb desin: “Burada dünyanın ən yaxşı süpürgəçisi yaşayır, öz işini çox yaxşı görür”.

Böyük olmaq sadəcə böyük işlərlə məşğul olmaq demək deyildir. İnsan ona kiçik vəzifə və öhdəlik verildikdə onun öhdəsindən layiqincə gəlməli, o kiçik işdə belə böyük məsuliyyət və diqqət sahibi olmalıdır. Kiçik işlərdə böyük olmaq üçün böyük zaman və zəhmət gərəkdir.

Bəs kiçik işlərdə necə böyük olurlar?
Bunun üçün insan daim özünü inkişaf etdirməlidir. Fərqi yoxdur istedadın var ya yox. Mütləq çalışmalı, araşdırıb öyrənməli, yeni hədəflər seçib məqsədinə doğru irəliləməlisən. Biliyin, ağıl gücün və özünə inamın artdıqca hər işdə digərlərindən fərqlənəcəksən.

İnsan bəsit varlıq deyil. Hər bir insan özəldir və bənzəri yoxdur. Kiçik işlərdə belə öz böyüklüyümüzü göstərməliyik. Çünki, Allah insana hər şeyi öyrənə bilən, daim inkişaf edən ağıl, qəlb və öz ruhundan bəxş edib. Ancaq bu o demək deyil ki, insan bütün ömrünü xırda işlərə sərf etməlidir. Bu böyük israfçılıq olardı. İnsan öz potensialına güvənərək böyük işlərdə də böyük olmağı öyrənməlidir.


NƏTİCƏ

Kiçik kimi görünən işlərin belə insanlara, dünyaya və həyata böyük təsir gücü var. Bu işlərdə belə öz fərqini, öz böyüklüyünü göstər. Heç kəsin düşünə bilmədiyini düşün, heç kəsin xəyal etmədiyin et. Daha kreativ, daha yaradıcı və produktiv ol. Bunu edə bilsən milyonların arasından yaxşı mənada seçilərsən.


Bənzər mövzular:

Axtarış sözləri: kiçik işlərdə də böyük olmaq lazımdır haqqında esse,kiçik işlərdədə böyük olmaq lazımdır adlı esse,kiçik işlərdə böyük olmaq lazımdır esse,kicik işlerde de boyuk olmaq lazimdir esse,kicik islerde de boyuk olmaq lazimdir haqqinda insa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.3 / 5. Səs sayı: 67

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir