15 iyun Qurtuluş Günü haqqında şeirlər toplusunu sizlər üçün ərsəyə gətirdik.
Şeirlər:
- “Azərbaycan” şeiri
- “Ulu Öndər” şeiri
- “Azərbaycan” şeiri
- “Heydər Əliyev” şeiri
- 1 İyun uşaqlara aid şeirlər
- “Sən həmişə bizimləsən” şeiri
- “Azadlıq” şeiri
- “Ulu Öndər” şeiri
- “Azərbaycan yaşayır” şeiri
“Azərbaycan” şeiri
(Müxtəsər)
Müəllif: S. Vurğun
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı somtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Sponsor Linklər
“Ulu Öndər” şeiri
Müəllif: Rafiq Yusifoğlu
Heykəlinə baxıram,
Rəhbər xəyala dalıb.
Çiçəklənən ölkəmiz
Ondan yadigar qalıb.
Səsini dinləyəndə
Güc gəlib qolumuza.
Zəkası günəş kimi
Nur səpib yolumuza.
Doğma Azərbaycanı
Gülüstana döndərib.
Hamımızın qəlbində
Heykəli var öndərin
“Azərbaycan” şeiri
Müəllif: Sədaqət Əhmədova.
Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Neçə gizli sərvət yatır qucağında ,
Neçə ölkə od aparır ocağından .
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban , Azərbaycan !
Hər uğurun gələcəyə bir yol açır ,
Hər dost elə xoş niyyətin işıq saçır .
Hər millətə , hər məzhəbə isti , açıq
Qucağına canım qurban , Azərbaycan !
Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban , Azərbaycan !
Ruhuma büt , cismim üçün vətən olan
Torpağına canım qurban , Azərbaycan !
“Heydər Əliyev” şeiri
Müəllif: Elvin Elxanoğlu
Vətəninin ən çətin,ən ağır günlərində,
Xalqının xilaskarı oldu Heydər Əliyev.
Müdrik siyasətiylə,xilas etdi ölkəni,
Güclü bir Azərbaycan,qurdu Heydər Əliyev.
Vətəninə həsr etdi ömrünün hər anını,
Bir şam kimi yandırdı bu yolda öz canını.
O xalqını sevirdi, xalq da xilaskarını,
Xalqının arxasında durdu Heydər Əliyev.
Ölkədə hər sahədə islahatlar apardı,
Hər addımda,hər işdə xalqa arxalanardı,
Bütün siyasətçilər onu örnək alardı.
Siyasətdə möhürün vurdu Heydər Əliyev.
Vətənin hər qarışı ona doğma diyardı,
İllər idi qəlbində Şuşa həsrəti vardı.
Kaş Ulu Öndərimiz bugün də sağ olardı.
Zəfərin bünövrəsin qoydu Heydər Əliyev.
Onu hər an hörmətlə, rəhmət ilə anırıq,
İlham Əliyevə də onun tək inanırıq,
Ali baş komandanı davamçısı sanırıq,
Gələcəyə işıqlı yoldur Heydər Əliyev.
1 İyun uşaqlara aid şeirlər
“Sən həmişə bizimləsən” şeiri
Müəllif: Qafar Süleyman
Heydər baba!
Sən gələndə yurdumuza
Günəş doğdu,
Ulduzlara çatdı soraq.
Sən gələndə ayrılmışdı
bir-birindən çəkic-oraq.
Könlü-gözü götürməyən
hər addımda
təkcə səni izləyirdi.
Milyonlarla qəlbi açıq,
üzü gülər
xalq rəhbərin gözləyirdi.
Gəlişinlə nail oldun
Hər bir evdə sakitliyə,
gəlişinlə nail oldun
ölkəmizdə sabitliyə.
Unudulmaz 15 iyun,
bu həmən gün –
bir qurtuluş günü kimi
daxil oldu
Azərbaycan tarixinə.
Alqış dedi xalqın sənə!
Heç bircə il ötüşmədi
Nail oldun atəşkəsə.
Hər sözünü dedin kəsə;
Səsin gəldi BMT-dən,
Səsin gəldi hər ölkədən.
Xalqın baxıb fəxr elədi,
Tribunaya çıxanda sən.
Danışanda coşqun Araz,
aşıb-daşan Kür oldun sən.
Böyük-böyük dövlətlərin
qarşısında şir oldun sən.
Həqiqəti üzə dedin.
Qəlbindəki ən müqəddəs
Duyğuları bizə dedin.
Sevdin xalqı,
Sevdin eli.
Axı, harda görünübdür?!
Bağbansız da
bağça-bağın açsın gülü.
“Əsrin müqaviləsi”ni
İmzalayan əl sənindir.
Konstitusiyamızı
Qəbul edən el sənindir.
Bu gün doğma Azərbaycan,
Dünya birliyinin üzvü.
ATƏT-in, həm Avropanın,
Bütün bu Yer kürəsinin
Dikilibdir bizə gözü.
Ancaq bizim qəlbimizdə,
Qarabağın yarası var.
Bilirik ki, gün gələcək,
Onun da bir çarəsi var.
Bu torpağın övladları,
Babək, Nəbi, qoç Koroğlu,-
İgidliyi on qat olub
Erməninin dığasısa
Satqın Səhli Sunbat olub.
Hər görüşdə,
hər çıxışda
-Çəkil, – dedin qəsbkara.
-Çəkil, – dedin, – keçər candan,
Verən deyil Azərbaycan,
Bircə qarış torpağından.
Heydər baba!
Sən gələndə güldü üzlər,
Ay sevindi, il sevindi.
Sən gələndə milyon-milyon
Bu xalq, millət, el sevindi.
Kim deyir ki, bu gün yoxsan?
İnanmıram!
Bu fərəhli günümüzdə,
Bu İlhamlı günümüzdə,
Dünən də sən,
bu gün də sən,
sabah da sən,
Bizimləsən,
bizimləsən,
bizimləsən!
“Azadlıq” şeiri
Müəllif: Xəlil Rza Ulutürk.
Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.
“Ulu Öndər” şeiri
Müəllif: Rüfət Axundlu.
İlahinin bəxş etdiyi nur olmusan bu millətə,
Lazım olan bir məqamda sarılmısan bu millətə.
Bu milləti sevə-sevə vurulmusan bu millətə,
Əsl eşqin, məhəbbətin izahısan Ulu Öndər!
Tarix yazan, tarix olan şir əsgərin, nər əsgərin!
Düşməninə kabus kimi, dönməz, igid, ər əsgərin!
Gecə-gündüz ayıq-sayıq keşik çəkən hər əsgərin,
Öpüb, sonra tuşladığı silahısan Ulu Öndər!
Müzəffərdir, “dəmir yumruq” sahibidir əmanətin.
Bütün dünya gördü onun iradəsin, cəsarətin.
Çox uğurla davam edir uzaqgörən siyasətin.
Sən bu xalqın xoş anısan, rifahısan Ulu Öndər!
Anam deyib, vətənini oxşayan hər vətəndaşın,
Vətən dərdi, vətən yükü daşıyan hər vətəndaşın.
Dünyanın dörd tərəfində yaşayan hər vətandaşın,
Dünənisən, bu günüsən, sabahısan Ulu Öndər!
“Azərbaycan yaşayır” şeiri
Müəllif: Rafiq Yusifoğlu.
Hərəmiz bu Vətənin,
Parçası, zərrəsiyik.
Yağılara yurdumun,
Parçası, zərrəsi yük.
Bu vətənin yolunda,
Birləşsin əllərimiz.
Sevinsin dağlarımız,
Sevinsin çöllərimiz.
Necə ki, ruhumuz var,
Necə ki, dilimiz var.
Azərbaycan yaşayır,
Yurdumuz-elimiz var.
Nə zaman ki, birləşib,
Hissim, ruhum, bədənim.
Dünyanın özü boyda,
Bir dünyadır Vətənim.
Bənzər mövzular:
Axtarış sözləri: qurtuluş günü şeir,qurtuluş gününə aid şeirlər,15 iyun milli qurtuluş günü haqqında şeir,15 iyun qurtuluş günü şeir,qurtulus gunu seirleri