Avtomobilin ixtira olunma tarixi haqqında inşa yazmağınıza yardım etmək üçün bu məqaləni hazırladıq. Olduğu kimi köçürməyin və çalışın inşaya öz fikirlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşa və inşanı ulduzla qiymətləndirə bilərsiz.
18-ci əsrin ən böyük ixtiralarından biri hesab olunan avtomobillər, uzun yolları rahat və qısa bir zamanda qət etməyimizə imkan vermiş, həyatımıza komfort və rahatlıq gətirmişdir. Ancaq bu üstünlük və faydaya rəğmən zərərli qazlar buraxaraq təbiətə və insan sağlamlığına zərər gətirmişdir.
Avtomobilin ixtira olunma tarixi haqqında
“İlk avtomobil nə vaxt icad edilib?” sualına cavab vermək üçün avtomobil hesab edilən ilk nəqliyyat vasitəsinin ixtirası 1700-cü illərə təsadüf edir. O dövrdə sənayenin inkişafı ilə bir çox sahələrdə yeniliklər və ixtiralar edildi və bu, nəqliyyat sahəsində də baş verdi. İlk buxarlı avtomobil modeli 1705-ci ildə ingilis əsilli Tomas Nyukomen tərəfindən təqdim edilmişdir. Daha sonra, 1760-cı illərdə məşhur maşinist Ceyms Vatt mədən işlərinə böyük töhfə verəcək buxar maşını ixtira etdi. Maşinistin ixtira etdiyi bu avtomobil əvvəlki maşınlara nisbətən istifadəyə daha hazır və təkmil idi. Bununla belə, ilk avtomobil kimi tarixə düşəcək avtomobili 1769-cu ildə fransız alimi Nikolas Cozef Cugnot icad etmişdir.
“Avtomobili kim icad edib?” Suala cavab olaraq, Nikolas Cozef Cugnot deyə bilərik. Fransız alimi o illərdə gördüyü işləri birləşdirərək və buxarın gücündən istifadə edərək, təxminən 15 dəqiqəyə saatda 3,6 km sürətlə hərəkət edə bilən bu avtomobili icad etdi.
Tarixdə ilk avtomobil sayılan bu buxar maşını Fransa ordusu üçün nəzərdə tutulmuşdu və orduda çox faydalı idi. Nicolas Joseph Cugnot, Fransız ordusu üçün hazırladığı bu avtomobildə buxar turbinini inkişaf etdirərək, avtomobili buxarla tam işlək hala gətirdi. Onun yaradıcılığının dörd ilə yaxın davam etdiyi məlumdur. Nicolas Joseph Cugnot tərəfindən ixtira edilən bu avtomobil müasir avtomobillərin ilk əcdadı hesab olunur. Magistral yolda hərəkət edə bilən buxar maşınının cəmi üç təkəri var idi. Daha sonra müxtəlif formalarda və fərqli tarixlərdə buxar avtomobilləri istehsal olunmağa davam etdi.
Sponsor Linklər
Avtomobil niyə icad edilmişdir?
İnsanlar uzaq məsafələri qısa və rahat bir şəkildə qət etmək arzusunda idilər. Ancaq fayton və digər ənənəvi nəqliyyat vasitələr bunun üçün yararsız idi. 1700-cü illərdə xüsusilə sənayenin inkişafı və hər sahəyə təsir göstərməsi ilə yeni ixtiralar edilməyə başlandı. Avtomobillərdən əvvəl insanların istifadə etdiyi nəqliyyat vasitələri olsa da, buxar gücünün kəşfi ilə yeni bir nəqliyyat vasitəsinin istəyi ortaya çıxdı. Alimlərin davamlı olaraq yeni ixtiralar üzərində işlədiyi bu dövrlərdə avtomobillərin ilki sayılacaq ilk buxar maşını da icad edilmişdir.
Bəs avtomobil niyə icad edildi? İnkişaf etməkdə olan cəmiyyətlərdə insanların artan ehtiyaclarına həll yolları təqdim etmək və bu ehtiyacları ödəmək kimi məqsədlər vardı. Avtomobilin ixtira edilməsinin səbəbi insanların daşınmasını asanlaşdırmaq idi. Daha sonra avtomobillər hərbi əməliyyatlarda da çox səmərəli istifadə olunmağa başladı. Avomobillərin ixtirası ilə bərabər, tikinti və turizm sahəsinə xas motorlu mühərriklər də yaradılıb.
Avtomobillərin inkişafı

XVIII əsrdə ixtira edildikdən bu günə qədər illər ərzində davamlı olaraq inkişaf etdirilmiş, problemləri və nöqsanları aradan qaldırılaraq ideal formaya gətirilmişdir. İnkişaf edən texnologiya və sənaye ilə nəqliyyat vasitələrində yeni inovasiyalar tətbiq edildi. Buxarla icad edilən avtomobillər daha sonra daxili yanma mühərrikinin ixtira edilməsi ilə yanacaqdan istifadə etməyə başladılar. Uzun illər yanacaqla istifadə edilən avtomobillərdə 19-cu əsrin ortalarında elektrik enerjisi ilə istehsal olunmağa başlandı. Ancaq elektrikli avtomobillər böyük neft-qaz sənayesi və ş irkətlərinin mənfəəti naminə dayandırıldı. Çünki, elektriklə işləyən avtomobillər nə qədər təbiət dostu olsa da, benzinlə işləyən avtomobillərin istehsalı və satışı üçün təhlükə yaradırdır.
Ehtiyaca görə avtomobil sinifləri
İstifadəçilərin ehtiyaclarını ödəmək üçün inkişaf etdirilən avtomobil sənayesi də eyni şəkildə böyüdü. İndiki avtomobilləri nəzərə alaraq və əsrlər əvvəl edilən və günümüzə qədər gəlib çatan bu ixtira insan həyatında çox mühüm yer qazanmışdır.
İstifadəsi illər keçdikcə genişləndikcə ehtiyaca uyğun olaraq müxtəlif avtomobil sinifləri (seqmentləri) yaranmışdır. Nəqliyyat vasitələrinin sinifləri sürücülərin istifadə sahələrindən asılı olaraq dəyişir. Bütün avtomobil sinifləri; A, B, C, D, E, F, S, M və J-yə bölünür.
Müasir dövrdə artıq təbiət dostu olan və ekologiyaya çox zərər vurmayan, elektriklə işləyən avtomobillərin istehsalı və istifadəsi ildən-ilə artmaqdadır.Hətta artıq uçan maşınlar ixira edilmişdir ki, yaxın gələcəkdə istehsalı və geniş istifadəsi planlaşdırılır.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Bənzər mövzular:
Axtarış sözləri: avtomobilin ixtira olunma tarixi haqqında inşa yazın,avtomobilin ixtira olunma tarixi haqqinda inşa,avtomobilin ixtirasi haqqinda melumat,avtomobilin ixtira olunma tarixi haqqinda melumat,avtomobilin ixtirası,avtomobilin ixtira olunma tarixi haqqında məlumat,avtomobilin yaranma tarixi,ilk avtomobili kim icad edib,avtomobili kim ixtira edib