Bu məqalə “Mən deputat olsaydım“ mövzusunda inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
GİRİŞ
Deputat Milli Məclisdə səs vermə hüququna malik olan millət vəkilidir. Onların xalqın adından danışmaq və müraciət etmək hüquqları vardır. Deputatlar müəyyən qanun və qərarların qəbul edilməsində təsir imkanına sahibdir.
ƏSAS HİSSƏ
Deputat olsaydım, dövlətin inkişafı və güclənməsi üçün nə gərəkdirsə edərdim. Dövlətimlə bərabər xalqımı da düşünər, onların problem və çətinliklərinə işıq tutardım. Məncə əsl deputat xalqının səsi olmalıdır. Onun sözləri xalqının problemlərini, narazılıqlarını əks etdirməlidir. Mən deputat olsam, ölkəmdəki inkişafla bərabər problemlərini də dilə gətirər, soydaşlarımın yaşadıqları çətinliklərdən bəhs edərdim. Bununla kifayətlənməyib, həll yollarını da tapmağa və göstərməyə çalışar, millətimin haqqını müdafiə edərdim.
Sponsor Linklər
Deputat olsam, ilk öncə pensiyaları və uşaq pulunu artırılması üçün çalışardım. Çünki uşaqlar bizim gələcəyimiz, yaşlılar isə böyüklərimizdir. Onlar daha yaxşı yaşamağa layiqdirlər. Ətrafımda da yaşayıb görürəm ki, pensiyalar və uşaq pulları çox aşağıdır.
Deputat olsam, sadə vətəndaşlarla tez-tez görüşər, onların fikir və iradlarını dinləmək istərdim. Necə yaşayırlar, nədən narazıdırlar, hansı dəyişikləri görmək istəyirlər. Düzdür indiki deputatların çoxu bunu etmir ancaq mən etmək istərdim. Çünki, sosial problemlər öz həllini tapdıqda və yaşayış səviyyəsi bir qədər yaxşılaşdıqda bu ölkənin inkişafına da müsbət təsir edir.
Düşünürəm ki, tənqid olmasa inkişaf olmaz. Təriflə bərabər əsaslı və mənqid dövlətin inkişafı üçün gərəkdir. Əsl deputat doğrunu doğru vaxtda və doğru üslubda deməyi bacarmalıdır. Və bu doğrular dövlət və millətinin maraqlarını özündə əks etdiməlidir.
Deputat olsaydım, dövlətimin inkişafı üçün çalışmaqla bərabər, problemləri, qüsur və nöqsanları dilə gətriməkdən çəkinməzdim. Məncə bir deputat millətinin problemlərini düşünmürsə deməli o heç deputat deyil və millət vəkili olmağa layiq də deyil.
Hər bir ölkədə sözdə deputlar var ki, onlar xalqın mənafeyindən çox öz mənfəətlərini düşünürlər. Onlar vətənpərvər deyil, vəizəpərəstdirlər. Belələri xalqının sevgisini deyil, nifrət və qəzəbini qazanırlar. Mən deputat olsaydım belə olmaq istəməzdim.
Mən deputat olsaydım esse
NƏTİCƏ
Deputat olsam öz üzərimə düşən vəzifə və borcları tam yerinə yetirməyə çalışardım. Deputatlar öz öhdəliklərini layiqincə yerinə yetirsə, dövlət üçün doğru şəkildə çalışsa bu ölkəmiz daha da yaxşı olar, inkişaf edər.Məncə bir deputat üçün mal-mülk sahibi olmaqdan daha önəmlisi, daha dəyərlisi xalqının güvən və sevgisini qazanmaqdır. Mal-mülk, var-dövlət gəldi-gedərdir. Ancaq yaxşı əməl və yaxşı ad əbədidir.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Bənzər mövzular:
Axtarış sözləri: men deputat olsaydim,mən deputat olsaydım esse,mən deputat olsaydım mövzusunda esse millət vəkili olsaydım inşa