müəllim haqqında inşa,müəllim haqqında esse,mənim sevimli müəllim inşa,muellim haqqinda esse,muellimler haqqinda insa,muellim haqqinda insa,mənim əziz müəllimim inşa
3.7
(35)

Bu məqalə “Müəllim haqqında inşa  mövzusunda inşa yazmağınıza yardım edəcək.Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın

Müəllimlik müqəddəs və ən əziz peşədir, sənətdir. Müəllimsə ən gözəl sənətkar.  Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir…Ulu öndər Heydər Əliyev demişkən:

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.”

Məhz müəllimin sayəsində bizlər yazmağı, oxumağı  öyrəndik.  O bizə yalnız bilik öyrətmir, həm də  həyatı öyrədir. Yeri gəldikdə Ana kimi sevgi və qayğısı bəsləyir, öz doğma balaları kimi əzizləyir. Yeri gəldikdə  də  dost olur, dərdimizi dinləyir və bizə yol göstərir.

Mən müəllimi bir bağbana bənzədirəm.  Bir bağban öz güllərinə necə həssaslıq yanaşır, qulluq edir, böyüyüb inkişaf etməsi üçün bəsəyir və gecə-gündüz  çalışır.Müəllim də öz şagirdlərinə eynən, bir bağbanın güllərə yanaşdığı kimi diqqət və qayğı göstərir, zəhmətlə çalışır. Həqiqətən də ən gözəl bağbandır müəllim.

Müəllimlər Gününə aid şeirlər

5 Oktyabr Müəllimlər Günü Haqqında Məlumat

 Onlar, şagirlərinə ürəkdən bağlıdırlar. Əsl müəllimlər öz şagirdləri ilə empati qurmağı, özünü onların yerinə qoymağı çox yaxşı bacarır.  Onlar şagirlərini hər kəsdən yaxşı başa düşür, təhqir və tənqid yerinə, yol göstərirlər. Bu müəlimlər şagirdlərində dərsə qarşı qorxu və nifrət deyil, maraq və sevgi yaradır, özlərini sevdirməyi bacarırlar. Bİr şagird müəllimini sevərsə, fənnini də sevər və dərsə böyük maraq göstərər, həvəslə yanaşar. Əsl müəllimlər şagirdlərimə təkcə yeni bilikləri deyil, həm də düşünməyi, xəyal etməyi və özünü inkişaf etdirmənin yollarını öyrədirlər.  

Müəllim üçün məktəb ikinci evdir. Sinif isə onun geniş bir ailəsi. Şagirdlər arasında çox çalışqan və zəkalı olanlar da olur, dəcəl və tənbəl olanlar da. Ancaq müəllimlər hər birinə qarşı xüsusi diqqət və sevgi ilə yanaşır, onların özlərini tanımasına, kəşf etməsinə yardım edir.  

Dünyamızı, mədəniyyət və tariximiz müəllim bizə öyrədir, onun sayəsində həyatı və özümüzü daha yaxşı tanımış oluruq. Gələcəyin mühəndislərini, həkimlərini,  alimlərini, nazir və dövlət adamlarını məhz müəllim yetişdirir.

Müəllim yolumuza işıq tutur, aydınladır.  Onun sayəsində yanlışı doğrudan, pisi yaxşıdan ayıra bilirik.   Atatürkün də dediyi kimi:

“ Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər.”

Müəllim haqqında inşa

 O bizə öyrətdi ki, vətənə xidmət təkcə səngərdə  olmur. Təkcə əsgərlər deyil, müəllimlər, həkimlər, dövlat  adamları gecə-gündüz vətənə xidmət edilər. Vətənimizin çiçəkənməsi, böyüyüb inkişaf etməsi üçün hər bir azərbaycanlı çalışmalı, əlindən gələnin ən yaxşısını etməlidir.

Hər bir müəllimin neçə illik zəhməti və əməyi var üzərimizdə. Ana və Atalara borcu olduğumuz kimi, müəllimlərə də borcuyuq.  Hər əsərdə sizin imzanız var. Hər kəs sizə borcludur və minnətdardır!

Məncə bir müəllimin ən böyük uğuru budur: Parlaq gələcəcəyə sahib uğurlu və vətənpərvər gənclər yetişdirmək. Bu onun üçün ən böyük qürur mənbəyidir.  
Vətənə layiq savadlı, bacarıqlı və uğurlu bir şəxsiyyət olmaq da bizə borc olsun.

Bənzər mövzular:

Axtarış sözləri: müəllim haqqında inşa,müəllim haqqında esse,mənim sevimli müəllim inşa,muellim haqqinda esse,muellimler haqqinda insa,muellim haqqinda insa,mənim əziz müəllimim inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.7 / 5. Səs sayı: 35

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir