[quads id=7]
kəlbəcər şeiri,kəlbəcərə aid şeirlər,kelbecer aid seirler,kelbecer haqqinda seir
5
(1)

“Qoşa Gedək Kəlbəcərə” şeiri

Müəllif: Qəzənfər Məsimoğlu.

Bu ün bir sevincli ündü,
Otuz ildən sonra döndü.
Kəlbəcər qayıdan gündü,
Qoşa gedək Kəlbəcərə.


İlham alsın özü bizdən,
Qısqanmasın üzdən- üzdən.
Get izin al yeznəmizdən,
Qoşa gedək Kəlbəcərə.


Nə qarın, nə qışın olsun,
Nə düzəlməz işin olsun.
Öz əlin, öz başın olsun,
Qoşa gedək Kəlbəcərə.


Qəmdən bezdik, sevinc yeyək,
Şanlı ordumuzu öyək.
Yol uzunu şeir deyək,
Qoşa gedək Kəlbəcərə.


Mən saz çalım, sən də oxu,
Nəfəsinlə ətir qoxu.
Demə- bu nə şirin yuxu?
Qoşa gedək Kəlbəcərə.


Vüsal adlı bir ov gözlər,
Nə şaxta, nə qırov gözlər.
Orda bizi Murov gözlər,
Qoşa gedək Kəlbəcərə.


Neçə eşqi bolları var,
Bizi qucan qolları var,
Təki sevməz yolları var
Qoşa gedək Kəlbəcərə.


Deyib gülən şən Güllüsən,
Saza, sözə dən Güllüsən.
Mən Qəzənfər, sən Güllüsən,
Qoşa gedək Kəlbəcərə.


“Kəlbəcər” şeiri

Müəllif: Emil Xanlarov

Dədə Şəmşirimin, sazlı oylağı,
Dəlidağ, İstisu, Zarı, Çırağı…
Sücaət, Bəhməndən gələr sorağı.
İgidlər suyunu, bulaqdan içər,
“Çay üstündə qala”, azad Kəlbəcər!


Toxunum mən sənə, öpüm torpağı,
Sərkərdən gətirib, müjdə sorağı.
Mağara diyarı, qılınc – orağı…
İgidlər suyunu, bulaqdan içər,
“Çay üstündə qala”, azad Kəlbəcər!


Tərtərçay ətrafı, Salamlar səni.
Türk tayfalarımın, qədim məskəni.
Tərk edib gedərmi, sevən sevəni?
İgidlər suyunu, bulaqdan içər,
“Çay üstündə qala”, azad Kəlbəcər!


Bitdi kədərimiz. Gözümüz aydın!
Türkün qüdrətini, dünyaya yaydın!
İlham vədəsində, günləri saydın…
İgidlər suyunu, bulaqdan içər,
“Çay üstündə qala”, azad Kəlbəcər!


Emiləm həsrətim, bitdi nəhayət,
Göstərdi ordumuz, mətin – şücaət.
Ruhum gedib – gəlib, etdi səyahət…
İgidlər suyunu,bulaqdan içər,
“Çay üstündə qala”, azad Kəlbəcər!


“Kəlbəcər” şeiri

Müəllif: Mətləb Kamil

Kəlbəcər- deyəndə ürəyim yanır
Ürəyim həmişə oranı anır
Hey fikirləşirəm bir şey çıxmayır
Heç çıxarmı fikrimdən Kəlbəcər?

Yaşıl meşələri, sərin bulağı
Yastı təpələri, dik yamacları
Gəzib şənlənməyə gözəl yaylağı
Nə gözəl yerlərin varmış Kəlbəcər!

(Şeirin son 2 misrası işğalla bağlı olduğu üçün paylaşılmayıb)


Kəlbəcərə aid şeirlər

Könlüm Kəlbəcərə köçüb yuxuda…” şeiri

Müəllif: Ələmdar Cabbarlı

Vətən həsrətiylə, yurd həsrətiylə
Gözümdən tökülən yaşım göynəyir.
O eli, obanı xatırladıqca
Yaddaşım od tutur, huşum göynəyir.

sponsor 3


Qalmışam dünyanın dar qəfəsində
Gedib yetişəydim son nəfəsimdə
Bahar həvəsində, yaz həvəsində
İçimdə köç salan qışım göynəyir.


Könlüm Kəlbəcərə köçüb yuxuda
Özünə yurd-yuva seçib yuxuda.
Dağların suyundan içib yuxuda
Səhər dururam ki…
dişim göynəyir…


1 İyun uşaqlara aid şeirlər

“Kəlbəcər” şeiri

Müəllif: Məmməd Aslan

Ağ saraylar virana
Yüz il təslim bir ana
Məlhəm qoymaz yarana
Dünya, bumbuz Kəlbəcər


Dikəl qəfil qarşımda
Ağna, tökül başıma
Daş vermə başdaşıma
Qalmasın iz, Kəlbəcər


Çilikləndi büllur saz
Getdi ruhunda avaz
O Kəlbəcər qayıtmaz
Qayıtsa yüz Kəlbəcər…


“Salam, Kəlbəcər” şeiri

Müəllif: Musa Urud (Quliyev)

Gözün aydın Vətən, salam, Kəlbəcər,

Gözləri yollarda qalan Kəlbəcər.

Qayıdır övladın, balan, Kəlbəcər.

Torpaq sevinəcək, dağ sevinəcək,

Çiçək sevinəcək, gül sevinəcək.

Bulaq çağlayacaq , arx sevinəcək

Elat yeriyəcək, yol sevinəcək.

Ruhu şad olacaq Dədə Şəmşirin,

Şəhid qəbirləri rahat olacaq.

Yenə çağlayacaq gözəl “İsti su”,

Yenə Dəli dağda el yığışacaq,

Yenə də çal- çağır, büsat olacaq!

Yenə qalanacaq ocağın- odun!


“Azad oldu Kəlbəcər” şeiri

Müəllif: Nəcməddin Mürvətov

Bu gün ruhu sevinclidir Şəmşirin,
Azad oldu yağılardan Kəlbəcər.
Qalibiyyət, uğurumuz çox şirin,
Tarixlərə həkk olundu bu zəfər.

Neçə ağır faciələr yaşadı,
Kardı dünya, eşitmədi “dad”ını.
Uzun illər ağrılarla daşıdı,
Övladları qaçqın, köçkün adını.

Çox həsrətli nakam köçdü dünyadan,
Havasına, torpağına, suyuna.
Ümidini itirmədi bircə an,
Baxa-baxa min fitnəli oyuna.

Bayrağımız sancılanda Murova,
Qandı düşmən:”Həna başqa hənadır”.
Dovşan təki çevrilmişdi o ova,
Qaçdı, bildi halı yaman fənadır.

Sərhədində keşik qurdu ordumuz,
Qartalların qıy vurduğu zirvədə.
Nəfəs aldı köks dolusu yurdumuz,
Bizimkidir düzən, dağ da, zirvə də.

Bu gün ruhu sevinclidir Şəmşirin,
Azad oldu yağılardan Kəlbəcər.
Qalibiyyət, uğurumuz çox şirin,
Tarixlərə həkk olundu bu zəfər.



Bənzər mövzular:

Axtarış sözləri: kəlbəcər şeiri,kəlbəcərə aid şeirlər,kelbecer aid seirler,kelbecer haqqinda seir

YAZIYA QİYMƏT VER!😉

Ortalama 5 / 5. Səs sayı: 1

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir