ANA-ATA ŞEİRİ
Müəllif: Naməlum
Ata – evin dirəyi
Ana – evin mələyi
Ata – evin işığı
Ana – ev yaraşığı
Ata – qolum qüvvətim
Ana – ilk məhəbbətim
Ata – canım, qanımdı
Ana da Sol Yanımdı
QURANDI ATA ŞEİRİ
Müəllif: Qaraxan Əkbəroğlu
Qohum da yaxşıdır, dost da yaxşıdır,
Birinci arxanda durandı ata.
Hər acı günündə ağlayar ana,
Həyat yollarını qurandı ata.
Əlimizdən tutub cürət verəndə,
Nəsihət verən də, qeyrət verən də,
Bizə say öyrədib, elm öyrədən də,
Kitablar içində Qurandı ata.
Sponsor Linklər
Dünya yola salıb neçə şahını,
İnsanlar almadan ata adını,
Qaraxan, sən yenə sev Allahını,
Peyğəmbər yanında imamdı ata.
ATA-ANA SEVGISI
Müəllif: Naməlum
Anamın laylası gözümdə çətir,
Atamın qoxusu ən gözəl ətir.
Mənə onsuzluğu yaşatma Allah,
Onlarla birlikdə xoş günlər gətir.
Atam əzizləsin yenə hər zaman,
Anam qısqanaraq baxsın kənardan.
Sonra qucağına qaçım anamın,
Başqa nə istərəm axı həyatdan ?
Gecələr gözümə çöksün laylalar,
Gecələr gözümdən öpsün laylalar.
Anamın səsindən süzülüb bir-bir,
Yuxuma şirinlik töksün laylalar.
Gözümü açanda görüm atamı,
Həyata bağlayar hər bir adamı.
Alnından öpərək dillənib deyər:
“Gəl işə yola sal görüm atanı.”
Atası-anası insana qanad,
Atasız-anasız olmasın həyat.
Onların verdiyi bu məhəbbəti,
Yaşada bilməz ki, bizə heç bir yad.
ATA” | Ziya Fədai
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Düşündüm, yazım ki, hansı mövzudan?
Məndən razı qalsın, dünyanı quran.
Vəsvinə söz tapmaq çətin olsa da,
Ürəyim hökm etdi, yaz Atalardan.
Düzü, heç bilmirəm nələr yazım ki,
Hissimi sətirlər dilə gətirsin.
Qələm canlandırıb Ata obrazın,
Qayğıkeş bir Ata cildinə girsin.
Xəyalım gəzdikcə, söz sorağında,
Gah sevinc, gah hüzün tapıb, gətirdi.
Neçə uşaq gördüm, Atalı idi.
Neçəsi ağlayıb, Ata deyirdi.
Onda anladım ki, gülən üzləri,
Kədərdən qoruyan pərdədir, Ata.
Arxasız, dayaqsız, köməksiz kəsi,
Dağ kimi qoruyan qüvvədir, Ata.
Elə bir ocaqdır, hərarətindən,
Ata söyləyəndə, titrəməz səsin.
Gəl ki, əllərini isidə bilməz,
Heç zaman, yad insan, Atasız kəsin.
Nə olar Allahım, başqa dünya qur.
Heç kimin Atalı günü bitməsin.
Sarılıb məzara, darıxdım deyib,
Ata şeiri
İstər təmtəraqlı sarayda yaşa,
Divarlar bürünsün qızıla-qaşa.
İstər kef içində ömrü vur başa,
İnsana ən əziz ata evidir.
Dağ çəkər qəlblərə yadlara qalsa,
Bağımda güıl-çiçək saralsa-solsa.
Uçulan-dağılan daxma da olsa,
İnsana ən əziz ata evidir.
Hopub divarlara ata nəfəsi,
Ananın laylası, ananın səsi.
Bacı-qardaşların deyib-gülməsi,
İnsana ən əziz ata evidir.
Yaman darıxmışam səninçün ana,
Başımı dizinə qoymağım gəlir.
Körpə uşaq kimi sarılıb sənə,
Həsrətin gözünü oymağım gəlir.
Elə kövrəlmişəm bu axşam yenə,
İstərəm bir layla deyəsən mənə.
Astaca başımı qoyub dizinə,
Sinənə bulud tək dolmağım gəlir.
Elə həsrətəm ki, şirin sözünə,
Üzümü söykəyim nurlu üzünə.
Uşaqtək gözümü dikib gözünə,
Bax, elə beləcə qalmağım gəlir.
Məncə qısa şeirlər olsun amma çox olsun
Mencede
Mencede dəniz xanım duz deyir qısa şeirlər olsun
Yaxşı şeydir