9 May qələbə gününə aid şeirlər

9 May qələbə gününə aid şeirlər
4
(78)

9 May qələbə gününə aid şeirləri şərhlərdə paylaşaraq bizə dəstək ola bilərsiz.

ZƏFƏR BAYRAMI ŞEİRİ

Qoy çalıb-oynasın Vətən torpağı,
Göylər səcdə qılsın bu ülviyyətə.
Ölümün, zülmətin qara bayrağı
Bu gün təslim oldu bizim qüdrətə!

Yazılsın tarixə bir qızıl xətlə
45-ci ilin doqquz may günü.
Başlansın şeirlə, sazla, söhbətlə
Bu ellər bayramı, ellər düyünü.

Mən də haqq eşqinə, insan eşqinə
Günəşi qaldırdım piyalə kimi.
Şəhidlər ömrünün saf türbəsinə
Şeirim ətir saçır bir lalə kimi…

Ey qoca kainat! Hər kamını al!
Al geyin, sevgilim! Fəsli-bahardır,
Gəlsin məclisimə bu gün istiqbal
Görsün ki, qəlbimdə nə büsat vardır!..

Ey ilham pərisi! Ey azad səhər!
Nə qədər bəxtiyar görürəm sizi!
Ey bu gün cahana gələn körpələr,
Günəş salamlayır taleyinizi!

Sən ey mərd oğula süd verən ana!
Qoy öpsün əlini illər həsrəti.
Xeyir-dua versin Azərbaycana
O ana qəlbinin saf məhəbbəti!

Gül, ey nazlı Vətən! – Odlar torpağı!
Düz-çörək hazırla qəhrəmanlara.
Böyük bir ordunun zəfər bayrağı
Günəştək yayılır asimanlara.

Müəllif: Səməd Vurğun


9 May qələbə gününə aid şeirlər

AZAD VƏTƏN ŞEİRİ

Yollarında tikan olsa
Yenə yolum, ünüm sənə/
Can vətənim, ana yurdum
Qurban olsun canım sənə.

Gözəl yurdum gözəl elim
Can könüldən ayrılarmı
Mənim könlüm canım sənsən
Səndən özgə canım varmı?

Həsrət oldu nifaq düşdü
Sağa sola səpələndik
Xarıbülbül nəfəsilə
Budur yenə bərabərik!

İllər aylar ötdü keçdi
Nələr yaşadı xalqımız?!
Qanlar axdı canlar getdi
Azad oldu torpağımız.

Azərbaycan Azərbaycan
Hər canda sən vuran ürək.
Azad torpaq, azad vətən
Azadlığın çox mübarək!

Müəllif: Leyla Mətin


SƏN QALİBSƏN, AZƏRBAYCAN
(Zəfər gününə aid şeir)

Sənə zəfər yaraşır
Bu gün hislərim yarışır
Sevinclə qəhər qarışır
Sən qalibsən Azərbaycan

Səmanda quşlar sevinir
Günəşin ayın sevinir
Qışında yayın sevinir
Sən qalibsən Azərbaycan

Sevincdən nəfəs kəsilir
Göydən sanki nur ələnir
Hər yan üç rəngə bələnir
Sən qalibsən Azərbaycan

Vətənin yolu açıldı
Bağlanmış qolu açıldı
Dünyaya zəfər saçıldı
Sən qalibsən Azərbaycan.

Müəllif: Şəlalə Ağayeva


9 May Faşizm Üzərində Qələbə Günü Haqqında İnşa
Azərbaycana Aid Şeirlər
Zəfər gününə aid şeirlər

sponsor 3

Axtarış sözəri: 9 may qelebe gunune aid seirler,9 may haqqinda seirler,qələbəyə aid şeirlər,9 maya aid şeirlər,9 may qələbə gününə aid şeirlər,9 may seirleri,9 may qələbə günü haqqında seir,9 may haqqinda seir,9 may qelebe gunu haqqinda seir,9 may qelebe gunu seir,9 may qelebe gunu haqqinda seirler,9 may qələbə gününə aid şeir,9 maya aid seirler

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 78

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir