17 Noyabr Milli Dirçəliş Gününə Aid Şeirlər

17 Noyabra Milli Dirçəliş Günü, 17 Noyabra Milli Dirçəliş Günü haqqında şeirlər, 17 Noyabra Milli Dirçəliş Gününə aid,

Sponsor

4.2
(12)

Milli Dirçəliş Günü — 17 noyabr 1992-ci ildə elan olunmuş rəsmi bayramdır.
Milli Dirçəliş Günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet hökümətinin Qarabağ məsələsi ətrafında apardığı anti-azərbaycan siyasəti nəticəsində 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.

1️⃣ AZADLIQ ŞEİRİ
Müəllif: Xəlil Rza Ulutürk.


Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.


2️⃣ AYAĞA DUR AZƏRBAYCAN ŞEİRİ
Müəllif: Məmməd Araz

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!!
Gözünü sil, Vətən oğlu, ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Dur, içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!
Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmüş dinməz dinər!
Oddan bitər, qandan bitər əyilməzlər!
Mərd oğullar-mərdliyilə öyünməzlər!
Torpaq altda ölümlüyə gömülməzlər.
Varım, yoxum, səninləyəm,
Azım, çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yıxın məni söz atından,
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni xilas edim.
Neçə “səni”, neçə “məni” xilas edim.
Səninləyəm,
Sözü qəmli, özü dəmli rəhbər adam!
1918-də vuruşurdu,
Danışmırdı rəncbər atan, rəncbər atam!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!

3️⃣ MILLI DIRÇƏLIŞ ŞEİRİ
Müəllif: Naməlum


Heç də asan deyil haqqa yürümək,
Güc verdiyi qədər dağlar güc alır.
Ədalət uğrunda can verən insan,
Torpağa düşməmiş göyə ucalır.
Yenə bir sərt qaya, yenə sıldırım.
Yenə yolumuzu kəsən məğrur dağ.
Onun da zirvəsini bəzəyər bir gün.
Şəhid qanlarıyla yoğrulmuş bayraq.

4️⃣“BIR, HƏMRƏY OL, AZƏRBAYCAN! ŞEİRİ
Müəllif: Əlizamin Həsənli

Milyonların ürəyisən,
Hər arzusu diləyisən,
Qürur yeri gərəyisən,
Bir, həmrəy ol, Azərbaycan!

Yaşa,var ol Azərbaycan!
Bir tarixdir yurdun, daşın
Vardır sənin qan yaddaşın,
Çox istəyir vətəndaşın,
Bir, həmrəy ol, Azərbaycan!

Yaşa, var ol Azərbaycan!
Dost sanmışdın sən düşməni,
Parçaladı tam vətəni,
Şimal, cənub, qərbə səni
Bir, həmrəy ol, Azərbaycan!
Yaşa, var ol Azərbaycan!

Təbrizdən sən aralısan,
İrəvandan yaralısan,
Qarabağdan paralısan,
Bir, həmrəy ol, Azərbaycan!
Yaşa, var ol Azərbaycan!

sponsor 3

Düşmən bilir, olubdur xar,
Keçmişin var, tarixin var,
Yolun buzlu olsada qar
Bir, həmrəy ol, Azərbaycan!
Yaşa, var ol Azərbaycan!

Bir yumruq ol birləş daha,
Batma qəmə, batma aha,
Dua edib o Allaha
Bir, həmrəy ol, Azərbaycan!
Yaşa, var ol Azərbaycan!

17 Noyabra Milli Dirçəliş Gününə Aid Şeirlər

5️⃣ İSTIQLAL MARŞI ŞEİRİ
Müəllif: Nəbi Xəzri

Göz açdığım qədim torpaq,
Dayağımsan sən dünyada.
Doğma anam, ey mehriban,
Ey qəhrəman, Azərbaycan!
Addım-addım qucağından
Odlu sellər çağlasa da,
Həsrət qaldın sən işığa,
Zaman-zaman, Azərbaycan!
Yadellilər damla-damla
Al qanını sordu sənin,
Kimlər sənin göz dikmədi
Torpağına, Azərbaycan!
Bayrağını endirdilər,
Ancaq özün əyilmədin,
Alqış bu gün o ucalan
Bayrağına, Azərbaycan!
Səhər kimi cavan sənsən,
Tarix kimi qoca sənsən.
Fatehləri diz çökdürən
Vüqarımsan, Azərbaycan!
Öz müqəddəs dağlarından
Günəş kimi uca sənsən,
Yer üzündə mənim Odlar
Diyarımsan, Azərbaycan.
Səhərlərin qoy açılsın,
Təzə nurlu bahar ilə,
Gələcəyə mərd addımla,
Uğurla get, Azərbaycan!
Şəhidlərin al qanından,
Lalə açmış yollar ilə,
İstiqlalın sabahına
Qürurla get, Azərbaycan!

6️⃣ VƏTƏN MARŞI ŞEİRİ
Müəllif: Bəxtiyar Vahabzadə.


Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
Mənim öz ulduzumu bağrına basmış hilalım,
Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”.
Sən bu gül bayrağın altında məramınca yaşa,
Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
Sənin öz bayrağının kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.
Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni.
Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
Tapmar haqqa və insanlığa haqqdan doğulan.
Bəşərin dərdini öz dərdi bilib millətimiz.
Bizim öz niyyətimizdən doğub hürriyyətimiz.
Gecələr yatmadan əvvəl sor özündən ki:
“Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”


Axtarış sözləri: 17 Noyabra Milli Dirçəliş Günü, 17 Noyabra Milli Dirçəliş Günü haqqında şeirlər, 17 Noyabra Milli Dirçəliş Gününə aid, 17 noyabr şeirlər

Vətənə Aid Şeirlər
Bayraq haqqında şeirlər
Bayraq haqqında şeirlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 12

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir