müstəqillik günü haqqında şeirlər,müstəqillik gününə aid şeirlər,respublika gunune aid seirler,28 maya aid şeirlər,28 may respublika gününə aid şeirlər,28 may aid şeirlər, 28 may şeiri
4
(137)

28 May Respublika Gününə Aid Şeirlər toplusu

“MÜSTƏQİLLİK BAYRAMI” ŞEİRİ

Müəllif: Solmaz Şirin

Müstəqillik bayramındır
Bu gün sənin, Azərbaycan!
Xoşbəxt, gülər məqamındır,
Yoxdur tənin, Azərbaycan!

Bu gün sərbəst bir ölkəsən,
Qonşulardan sən öndəsən.
Uğuruna böyük əhsən!
Safdır şənin, Azərbaycan!

Dünyaya səs salıb adın,
Şərəf ilə sən ucaldın.
Dirəyindir hər övladın,
Ucal, mətin Azərbaycan!

Neftin, qazın bir məlhəmdir,
Düşmənlərə min ələmdir.
Dostlarına çox kərəmdir
Sədaqətin, Azərbaycan!

Günü-gündən ucalırsan,
Ucalıqdan öc alırsan.
Solmaz demir, qocalırsan,
Yeni, dərin Azərbaycan!


“28 MAY” ŞEİRİ

Müəllif: Anonim

Yurdumun adı yazılıb,
Ölkələr sırasında.
Aylar, günlər arasında
Əziz günüm, ayım mənim.
28 Mayım mənim.


“RESPUBLIKA GÜNÜ-28 MAY” ŞEİRİ

Müəllif: Rafiq Yusifoğlu.

İyirmi səkkiz Maya
Çox yaraşır toy-düyün.
Əbədi bahar gəlib
Yurdumuza həmin gün.

Həmin gün qəlbimizdə
Neçə arzu dil açıb.
Təkcə dağda, düzdə yox,
Qəlbimizdə gül açıb.

Doğma diyarı xoşbəxt
Görmək necə də xoşdur!
Azadlıq çiçəyini
Dərmək necə də xoşdur!

İgid oğullarımız
Olub elə havadar.
Üçrəngli Bayrağımız
Dalğalanır havada.

Səslənən Himnimizdə
Sanki sel gücü vardır.
Çiçəklənən yurdumuz
O gündən yadigardır.


AZƏRBAYCAN YAŞAYIR

Müəllif: Rafiq Yusifoğlu.

Hərəmiz bu Vətənin,
Parçası, zərrəsiyik.
Yağılara yurdumun,
Parçası, zərrəsi yük.

Bu vətənin yolunda,
Birləşsin əllərimiz.
Sevinsin dağlarımız,
Sevinsin çöllərimiz.

Necə ki, ruhumuz var,
Necə ki, dilimiz var.
Azərbaycan yaşayır,
Yurdumuz-elimiz var.

Nə zaman ki, birləşib,
Hissim, ruhum, bədənim.
Dünyanın özü boyda,
Bir dünyadır Vətənim.


“MAYIS DUYĞULARI” ŞEİRİ

Müəllif: Məhəmməd Əmin Rəsulzadə

İlk çağındaydı gözəl mövsümün,
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi mayısın,
Azərbaycan istiqlala girmişdi.

Erkən qopdu bir qasırğa quzeydən,
Baharımız heyhat döndü qış oldu,
Azərbaycan moskovların əlində,
Əsarətin zəhrini dadmış oldu.

Azərlər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir kərə dadmış millət,
“Hürriyyət” fikrinə candan vuruldu.

sponsor 3

Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən sabahkı bir baharda,
Əlbət bitər bir yeni Azərbaycan.

Şiddətliysə əgər mövsümün qışı,
Yeni bahar demək partlaq olacaq,
verdiyimiz qurbanların bahası
bizə yalnız hürriyyətlə dolacaq.

Tarixin yenə gözəl bir çağında,
Qaranlıq qış keçib, bahar gələcək.
Hər hansı bir ilin aydın günündə,
Azərbaycan istiqlala girəcək.


“AZƏRBAYCAN DÜNYAM MƏNIM” ŞEİRİ

Müəllif: Məmməd Araz

Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir.

İllər olub – kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə, buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası.

Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.


28 May Respublika Gününə Aid Şeirlər

“ODLAR YURDUM, AZƏRBAYCAN!” ŞEİRİ

Müəllif: Nazim Zakir oğlu Zeynalov

Dünya birdi, sən də birsən,
Ən müqəddəs ocaq, pirsən,
Möcüzəsən, qədim sirsən,
Tarixinə qurban bu can,
Odlar yurdum, Azərbaycan!
Xəzərin bir sonsuz ümman,
Havan, suyun cana dərman,
Nəbzinlə birgə vuran,
Bu ürəyim sənə qurban,
Odlar yurdum, Azərbaycan!
Xanımların tər çiçəkdi,
Igidlərin nər biləkdi,
Anaların bir mələkdi,
Ataların dağdı inan,
Odlar yurdum, Azərbaycan!

Müdriklərin ünvanısan,
Haqqın əzəl divanısan,
Sən ruhumun yuvasısan,
Qoy başına dönsün bu can,
Odlar yurdum, Azərbaycan!


“VƏTƏN MARŞI”

Müəllif: Bəxtiyar Vahabzadə.

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
Mənim öz ulduzumu bağrına basmış hilalım,
Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”.
Sən bu gül bayrağın altında məramınca yaşa,
Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
Sənin öz bayrağının kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.
Bizim iqbalımızı yazdı qılıncın kəsəri,

Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni.
Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
Tapmar haqqa və insanlığa haqqdan doğulan.
Bəşərin dərdini öz dərdi bilib millətimiz.
Bizim öz niyyətimizdən doğub hürriyyətimiz.
Gecələr yatmadan əvvəl sor özündən ki:
“Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”


Axtarış sözləri: müstəqillik günü haqqinda şeir,müstəqillik haqqında şeir,müstəqillik şeirləri,müstəqillik günü şeir,müstəqillik günü haqqında şeirlər,müstəqillik gününə aid şeirlər,respublika gunune aid seirler,28 maya aid şeirlər,28 may respublika gününə aid şeirlər,28 may aid şeirlər, 28 may şeiri

Oxşar Mövzular:
Vətənə Aid Şeirlər
Azərbaycana Aid Şeirlər
Vətənə aid uşaq şeirləri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 137

İlk səs verən sən ol!

3 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir