[quads id=7]

“Mələklər və İblislər” kitabından maraqlı sitatlar | Dan Brown

"Mələklər və İblislər" kitabından maraqlı sitatlar | Dan Brown
0
(0)

Əsl elm açdığı hər qapının arxasında Tanrını tapır.

Mələklər və İblislər, Dan Brown

Bizi əhatə edən təbiətin quruluşunun hər yerində Tanrının əli görünür.

Təmkin maskasının arxasında, öz iblisləri ruhunu parça-parça edən insan gizlənirdi.

Qürurla addımla, geniş və şən gülümsə, qoy onlar sənin nəyə belə sevindiyindən çaşbaş qalsınlar.

İnsan mənəviyyatının kamilləşməsi elmin inkişaf sürətindən geri qalır.

Və bizə vur-tut öz zəkamızı açmaq lazımdır ki, elə öz müdrikliyimizin səsini eşidə bilək.

Bu iki nəfər qəlblərinin dərinliklərində bir-birinə susqun, lakin çox böyük hörmətlə yanaşırdılar. Bir dəfə kimsə ona demişdi ki, dahi şəxsiyyət başqa dahini həmişə qeyd-şərtsiz etiraf edir.

Təbiət özündə hələ üstü açılmayan çox sirr gizlədir…

“Nəzərlərini göylərə tut! Biz göyə baxmağı tez-tez  unuduruq!”

Bəzən, həqiqəti qazıb üzə çıxarmaq üçün dağları yerindən tərpətmək lazım gəlir.

Dinlər təkamül edir! Ağıllar cavablar tapır, yeni həqiqətlər kök salır.

İmkanlar həmişə var, onları yalnız görmək lazımdır.

Son nəticədə hamımız, bizim özümüzdən qat-qat əzəmətli olan həqiqətin axtarışındayıq.

Qorxu istənilən silahdan güclü şikəst edir.

Sizin atanızın tədqiqatları göstərdi ki, insanın ağlı onun ruhundan qat-qat sürətlə inkişaf edir.

Terrorçuluq hiddətin təzahürü deyil. Terrorçuluq – siyasi silahdır.

Din daşıdığı dil və yaxud, geyim tərzi kimi bir şeydir. Biz nə ilə böyümüşüksə, həmişə ona meyil edirik. Lakin son nəticədə biz hamımız eyni şeyi bəyan edirik. Deyirik ki, həyatın gizli mənası var və biz, bizi yaratmış qüvvəyə minnətdarıq.

“Yağış damlaları mələklərin göz yaşlarıdır və onlar bunu bizim günahlarımızı yumaq üçün tökürlər”


“Mələklər və İblislər” kitabından maraqlı sitatlar | Dan Brown

Elm mənə deyir ki, Tanrı mövcud olmalıdır. Ancaq zəkam mənə deyir ki, Tanrını heç vaxt başa düşə bilməyəcəm. Ürək isə bu arada pıçıldayır – bu heç sənin təyinatın da deyil.

Mələklər və İblislər, Den Braun

Elm və din arasında amansız mübarizə davam edir, Mister Lenqdon. Bu mübarizə vur – tut döyüş meydanlarından iclas zallarına keçmiş, amma əsla ara verməmişdir.

Möcüzəli təsiri olan dərman qəbul etdiklərinə inanan adamlarda adi aspirin xərçəng xəstəliyini müalicə edə bilirdi. Tanrıya inam məgər elə bu rolu oynamırmı?

Razılaşın ki, ən   rəqib, heç kəsin təhlükə gözləmədiyi rəqibdir.

Yatmaq – bədəni və ruhu zəif olanlar üçündür.

sponsor 3

İnsanlar öz hökümətlərinin aciz olduğunu görəndə, liderlərinə inamı itirirlər.

– Terrorizm həmişə qarşısına yalnız bircə məqsəd qoyur.  Bu nədən ibarətdir?
– Günahsız insanları öldürməkdən.
– Düz deyil. Ölüm terrorçuluğun yalnız fəsad təzahürlü məhsuludur.
– Gücü nümayiş etdirmək üçün.
– Yox, zəifliyin terrordan da parlaq təzahürü dünyada mövcud deyildir.
– Qorxu meydana çıxarmaq üçün.
– Məhz elədir.

– Ümid edirəm ki, sən ölümdən sonrakı həyata inanırsan?
– Ümumiyyətlə baxanda, bizim bu günah dünyamızın hüdudlarından kənarda buna oxşar nəyinsə mövcud olduğunu təsəvvür etməkdə mən həmişə çətinlik çəkmişəm.

Onun vətənində qadınlar mülkiyyətdir. Zəif məxluqdur. Həzz alətidir. Heyvanla dəyişdirilən əmtəədir. Və orada onlar öz yerlərini bilirlər. Burada, Avropada isə qadınlar özlərinin güclü və müstəqil olduqlarını göstərmək istəyirlər.

İllüminatlar satanist idilər. Ancaq bu sözün indiki mənasında yox. Lenqdon qısaca izah etdi ki, adi insanların əksəriyyəti satanist kultunun davamçılarını mərdimazar hesab etsə də, satanistlər tarixən kilsəyə qarşı çıxış edən çox savadlı adamlar olublar. Şaytanlar” idilər. Heyvanların qurban verilməsi və pentaqramlar, qara magiya və satanistlərin dəhşətli ayinləri haqqında nağıllar və s. kilsəçilərin öz düşmənlərinə qara yaxmaq üçün cidd-cəhdlə yaydıqları yalandan başqa bir şey deyil. Zaman keçdikcə kilsənin düşmənləri – qardaşlıqla rəqabət aparan və onu yalnız təqlid etməyə deyil, həm də ondan üstün olmağa və onu sıxışdırmağa can atan düşmənləri, bu uydurmalara inanmağa və bunları praktikada həyata keçirməyə başladılar. Beləcə, müasir satanizm yarandı.


Ətrafınıza baxın – və siz ətrafınızda möcüzələr görəcəksiniz! Hər bir dəqiqə Tanrı sizin içinizdə yaşayır!.

Mələklər və İblislər, Dan Brown

Kitab haqqında (1000 kitap)

Bənzər Mövzular:

Tale, Azadlıq və Ruh kitabından mənalı sözlər | Oşo Kitab
Dostoyevskinin Cinayət və Cəza əsərindən mənalı sitatlar

Axtarış sözləri: melekler ve seytanlar pdf,dan brown melekler ve iblisler kitabi,iblisler ve melekler,dan brown melekler ve iblisler,mələklər və şeytanlar pdf,mələklər və iblislər “Mələklər və İblislər” kitabından maraqlı sitatlar | Dan Brown,

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir