10 Maya aid şeirlər, 10 May Heydər Əliyev şeir

10 Maya aid şeirlər, 10 May Heydər Əliyev şeir
0
(0)

Şeirlər

100 il Ulu Öndər Heydər Əliyev şeiri

Müəllif: Mürsəlova Ofelya

Ulu Öndər Heydər. Ey müdrik Dahi!
Bahar nəfəsiylə dünyaya gəldin.
Bu xalqa bəxş etdi Səni İlahi,
Düşmənin bağrını nəştərlə dəldin.

Xalqın dar gününün dayağı oldun
Ömrü fəda etdin xalqın yolunda.
Zülmət gecələrin mayağı oldun
Sənə həsəd etdi sağın, solun da.
Vətəni ucaltdın yer kürəsində
Şan-şöhrət yazıldı həyat yoluna.
Hikmət, öyüd vardı hər bir sözündə
Bu xalqı tapşırdın İlham oğluna.

Üç rəngli bayrağı Azərbaycanın
Xəzərin qoynunda göy zirvəsində.
Ali Baş Komandan, rəhbər İlhamın
Nəhəng şücaəti yer kürəsində.

İşğaldan azaddır artıq Qarabağ
Torpağı suvardı şəhid qanları.
Qəlblərdən silinməz heç zaman bu dağ
Qurban getdi igidlərin canları.

Dühanla ucaldı Vətən torpağı!
Hər zaman Sən xalqın arasındasan!
Əzminlə xalqının firavan çağı
100 illər ötsə də sırasındasan!


Heydər atamız şeiri

Müəllif: Zəminə Bayramova.

Azərbaycan adını,
Azərbaycan xalqını,
Dünyaya tanıtdıran,
Heydər atamız oldu.

         ***

Sinəndə köz də yansa,
Dilində söz də yansa,
Qarşında kim dayansa,
Yaşa, ey odlar yurdu.

         ***

Tanrı sənə yetirib,
Heydər kimi bir oğlu.
Keşiyində dayanıb
Basılmaz, igid ordu.

         ***

Damarında türk qanı
Axan Heydər özüdür.
Bütün türk dünyasında,
Atatürklə özüdür.


Ulu bir sərkərdə, ulu bir öndər şeiri

Müəllif: Qabil Ədalət

Gəlişinlə qurtulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə, ulu bir öndər.

Ucaltdı hər yerdə bayrağımızı,
Yazdı tarixlərə ad- sanımızı.
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə, ulu bir öndər.

Hara baxırsansa nişanələri,
Özündən sonrakı abidələri.
Bizləri tərk etmir xatirələri
Ulu bir sərkərdə, ulu bir öndər.

Heydər adı dastanlara çevrildi,
Onun qüdrətini yer üzü bildi.
Allah onu yurdumuza yetirdi,
Ulu bir sərkərdə,ulu bir öndər.

Zəhmətiylə dirçəltdi yurdunu,
Gücləndirdi yenilməyən ordunu.
Ödəyibdir min rəhbərin borcunu,
Ulu bir sərkədə,ulu bir öndər

Bu idi məqsədi vətən ucalsın,
Oğulları düşmənləri dağlasın.
Analar gözünü sevinc ağlatsın,
Ulu bir sərkərdə, ulu bir öndər.

Əlindən gələni xalqına etdi,
Ağ günə çıxarıb dünyadan getdi.
Qomadı desinlər yolunuz bitdi,
Ulu bir sərkərdə, ulu bir öndər.

Özündən sonra bir davamçı qoydu,
Onunda bu yolu heydər yoludu.
Haqqa qovuşsada xalqın düşünər,
Ulu bir sərkərdə, ulu bir öndər.


Ulu Öndər Şeiri

Müəllif: Rafiq Yusifoğlu

sponsor 3

Bəlkə min il yaşlı, on min il yaşlı
Sirli bir mahnının ardınca bu gün.
Dağlara gəlmişəm yalqız, kimsəsiz
Öz doğum günümü qutlamaq üçün!

Ürək oxuyanın işləri müşkül,
Gözlərdə göz alan dərinlik qalmır.
Onsuz da seyrəlir dost məclisləri,
Sözlərdə əvvəlki şirinlik qalmır.

Tənha zirvələrlə verim baş-başa,
Məni onlar atdı burdan həyata.
Görüm ucaların halı necədi,
Dözə bilirlərmi bu gedişata!..

Adımı köksünə həkk eləmişdim,
Bilmirəm ağrısı dərindədirmi?
Salam çinar qardaş, nəğməm darıxır,
Sənin mahnıların yerindədirmi?

Əgər yerindəsə bir ağız oxu
Ya da sağlıq söylə köklər eşqinə,
Sən də badəyə dön, ay əlçim bulud
Qaldırım başıma göylər eşqinə!

O göl qədəhini qaldır, qoca dağ,
Nuş elə, lap nəfəs kəsəsi olsun.
Mən ömrüm uzunu səni öymüşəm,
Sən də bir ağız de, əvəzi olsun!

Bu meşə, bu çəmən, bu bulaq, bu yol,
Köhnə dostlərımdı məclisimdə cəm.
Şəhərin səhəri ayıltdı məni
Şəkər bulaqlardan keflənəcəyəm!

Elə sehir var ki, bu ucalıqda
Ürəyi dəyişir, vaxtı çaşdırır.
Dağlar ad günümə hədiyyə kimi
Ruhumu yenidən cavanlaşdırır.


Bir işıq doğdu o Vətənə gələndə şeiri

Müəllif: Rüstəm Sadiqli

Bir işıq doğdu yurda
O vətənə gələndə
Səs verdi millətinə,
Söz verdi millətinə.
Yaratdı Azərbaycan.
Hüzür dolu bir məkan.
Öpdü ulu bayrağı,
Öpdü Quran kitabın.
Azərbaycan adını
Azərbaycan adına
Yaydı dünyalara
Millətlər sırasında,
Qəvmlər arasında,
Bu adı əks etdirdi
Qayalara daşlara,
Yüklədi yaddaşlara.
Elin qan yaddaşını
Unutmadı heç zaman,
Millətlərə göstərdi
Azərbaycan hünərin,
Koroğlu cəsarətin,
Bir Nizami hikmətin
Düşmənlərə sözü ilə
Böyük zərbələr vurdu
Elm verdi gəncliyə,
Yetirdi kamilliyə.
İndi də yaşayır o,
Minlərcə ürəklərdə
O , ürəklər Səninlə
Döyünür ulu öndər!
Neçə ürək səninlə
Öyünür Ulu öndər!


Ulu Öndər Şeiri

Müəllif: Rafiq Yusifoğlu

Heykəlinə baxıram,
Rəhbər xəyala dalıb.
Çiçəklənən ölkəmiz
Ondan yadigar qalıb.

Səsini dinləyəndə
Güc gəlib qolumuza.
Zəkası günəş kimi
Nur səpib yolumuza.

Doğma Azərbaycanı
Gülüstana döndərib.
Hamımızın qəlbində
Heykəli var öndərin


Vətən oğlu Şeiri

Müəllif: Fikrət Qoca

Vətən oğlu, ata oldun bizə sən,
Ata kimi qayğımızı çəkirdin.
Şair kimi həssas idin sözə sən,
Danışıqda sözdən sözü çəkirdin.

Ölkə olduq sən arzuna çatanda,
Bir əlin od, bir əlin su olurdu.
Millət rahat xumarlanıb yatanda,
Yuxun bir an quş yuxusu olurdu.

Yurdumuzda şan-şöhrətli hər nə var
Yatmadığn günlər, aylar, illərdi;
Ziyarətə gəlir səni bu yollar…
Göz yaşımız məzarında güllərdi.

Sənin rəmzin Azərbaycan bayrağı,
Baş qoymağa, can verməyə hazırıq.
Dan ulduzum – yurdumuzun mayakı,
Şer də bir təsəllidir, yazırıq.

Adın-sanın yenilməz bir ordudu,
İndi odlar diyarının özüsən…
Azərbaycan Heydərlərin yurdudu,
Gələcəyə baxanların gözüsən.


Ey Ulu Öndər şeiri

Müəllif: Həsən Şirinov

Nə müddətdir könlüm yaman darıxır,
Gözlərim hər yanda axtarır səni.
– Xəyalım dolanır göylərə qalxır,
Göylərin qatında axtarır səni!
Ey ulu öndər!

Bu bir ayrılıqdır, sonu görünməz,
Sirli dünyamızdır, yolu bilinməz,
Ora gedən bir də geriyə dönməz,
Tanrı dərgahında axtarır səni!
Ey ulu öndər!

Xalqını çıxartdın ağ günə, demək,
Bəhərin dadmağa qoymadı fələk,
Dövlətə, xalqına İlhamdır gərək!
Onun timsalında axtarır səni!
Ey ulu öndər!

Ha qaçım, çalışım ta sənə yetməm,
Sənsiz bu həyatda mən bir yetiməm,
Çətin ki, bir daha ürəkdən güləm,
Həsən bu halına axtarır səni!
Ey ulu öndər!


Heydər ata, Heydər baba! Şeiri

Müəllif: N.Laçınov.

Xalqımızın fəxri, şanı,
Xatırlayım hansı anı?..
Dolanmısan bu dünyanı,
Heydər ata, Heydər baba!..

Vətənimi azad edən,
El qədrini daim bilən.
Torpağını qəlbən sevən
Heydər ata, Heydər baba!

Həm ümmansan, həm də Günəş,
Sübh çağının dan ulduzu.
Qəlbimizdə ən müqəddəs
Heydər ata, Heydər baba!

İlham təki oğlun vardır,
Ömür yolun bir bahardır,
Xalqın hər an bəxtiyardır,
Heydər ata, Heydər baba

Keçsə aylar, keçsə illər
Ürəklərdə qalacaqsan.
Arzuların çiçək açıb,
Yaşayacaq Azərbaycan!
Heydər ata, Heydər baba!


Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şeir

Müəllif: Rüfət Axundlu

İlahinin bəxş etdiyi nur olmusan bu millətə,
Lazım olan bir məqamda sarılmısan bu millətə.
Bu milləti sevə-sevə vurulmusan bu millətə,
Əsl eşqin, məhəbbətin izahısan Ulu Öndər!

Tarix yazan, tarix olan şir əsgərin, nər əsgərin!
Düşməninə kabus kimi, dönməz, igid, ər əsgərin!
Gecə-gündüz ayıq-sayıq keşik çəkən hər əsgərin,
Öpüb, sonra tuşladığı silahısan Ulu Öndər!

Müzəffərdir, “dəmir yumruq” sahibidir əmanətin.
Bütün dünya gördü onun iradəsin, cəsarətin.
Çox uğurla davam edir uzaqgörən siyasətin.
Sən bu xalqın xoş anısan, rifahısan Ulu Öndər!

Anam deyib, vətənini oxşayan hər vətəndaşın,
Vətən dərdi, vətən yükü daşıyan hər vətəndaşın.
Dünyanın dörd tərəfində yaşayan hər vətandaşın,
Dünənisən, bu günüsən, sabahısan Ulu Öndər!
https://oxubil.info/seirler/10-maya-aid-seirler-10-may-heyder-eliyev-seir/


Sən Elə Bir Zirvəsən Şeiri

Müəllif: Baba Vəziroğlu

Gözlərində açılır bu millətin səhəri,
Sənin adınla bağlı bu xalqın hər zəfəri.
Qədəmin dəyən yerdə səhralar da gül açır,
Gülüstana çevrilir yurdun kəndi, şəhəri.

Günəş doğur elə bil, harda çəkilir adın,
Dosta fəxarət gəlir, gözü kor olur yadın.
Azərbaycan deyəndə səni düşünürük biz,
Azadlığa inamı xalqa sən bağışladın.

Sən bu çətin zamanda gücümüz, qüvvətimiz,
Sən bizim bu dünyada ən böyük sərvətimiz.
Millətin imzası var imzaların içində,
Sənə halaldır, halal ülvi məhəbbətimiz.

Sən elə bir zirvəsən, küləklər neyləyəcək?
Dünənim, bu günümsən, səninlədir gələcək.
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər “Xalqım” deyəcək, Xalq “Heydər” söyləyəcək!

Bənzər mövzular:

10 Maya aid şeirlər, 10 May Heydər Əliyev şeir

Axtarış sozleri: 10 may Heydər Əliyev şeir,10 may aid seirler,10 may heyder eliyev haqqinda seir,10 maya aid şeirlər,10 maya aid şeir,10 maya aid seir,heydər əliyevin 100 illiyinə aid şeirlər,heydər əliyevin 100 illiyi haqqında şeir

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir