Qobustan nədir?
Bakı şəhəri yaxınlığında 15 min ildən çox yaşı olan tarixi bir məkan var. Bu məkanın adı Qobustandır.
Qobustan qədim daş dövrünə aid qayalar üzərinə həkk olunmuş 6000-dən çox rəsmin olduğu tarixi məkandır. Bu səbədən, ona “Tarixin daş səhifələri”, “Tarixin Daş Yaddaşı” da deyilir.
Qobustan həm də Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur.
Qobustan harada yerləşir?
Qobustan Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 65 km məsafədə yerləşir.
Qobustan Qoruğu
1966-cı ildə yaradılan Qobustan dövlət tarixi-bədii qoruğu 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qoruq Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. Burada eləcə də muzey fəaliyyət göstərir.
Sponsor Linklər
Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Açıq səma altında yerləşən qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur.
Qobustan qoruğunda mühafizə edilən insan və heyvan təsvirləri ov, döyüş və rəqs səhnələri ən qədim insanların hansı heyvanları necə və hansı üsullarla ovladığını öyrənməyə imkan verir. Yallı səhnələri Qobustan qoruğunun ən maraqlı rəsmlərindəndir.
Qədim rəsmlərdən başqa Qobustanda, Böyükdaş dağının ətəyində latınca yazılmış sözlər aşkar edilmişdir. B.E.Ə I əsrə aid olan bu sözlər Bakı yaxınlığında Roma qoşunlarının olmasından bəhs edir.
Qobustan qoruğunun əsas fəaliyyətlərindən biri də qayaüstü yazıların, rəsmlərin, kurqanların, yaşayış məntəqələrinin qorunması, öyrənilməsi və təbliğini təşkil etməkdir.
Qobustan sözünün mənası
Qobustan qobular və yarğanlar diyarı sayılır. Qobustan sözünün mənası da qobu və stan (yer), yəni qobuluq, qobular olan yer deməkdir. Qobustanın adı türk mənşəli söz olub, “Qobu” sözündən yaranmışdır. “Qobu” sözü yarğan(çuxur), dərə mənalarını verir.
Qobustan adının mənşəyi və anlamı barədə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləsə də, onlardan bir çoxunun fikri birdir.
Qobustanda aparılan tədqiqatlar və kəşflər
Qobustanın bilinən ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir. İshaq Cəfərzadə Qobustanda 3500-dən artıq qayaüstu rəsm aşkar etmişdi. Sonrakı dövrlərdə isə, Cəfərqulu Rüstəmov və Firuzə Muradova tərəfindən aparılan 30 illik tədqiqatlar nəticəsində, 2500 yeni təsvir aşkar olunmuşdur.
1972–ci ildə Qobustanda aparılan arxeoloji qazıntılar nəticəsində on iki insan skeleti aşkar olunmuşdur. Firuz düşərgəsində açılmış son mezolit dövrü qəbrindəki insanların kəllə sümüklərinin antropoloji quruluşu, onların elmi tədqiqi zamanı müəyyən olunmuşdur ki, onlar müasir azərbaycanlıların əcdadlarıdır.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Qobustanda ən yeni texnologiyalarla son dövrlərdə aparılan elmi tədqiqatlar nəticəsində yeni tarixi nümunələr aşkar edilmişdir.
Bu yeni kəşflərə daxildir: 14 təsvirli yeni daş, 520 yeni qayaüstü təsvir, həmçinin Cingirdağda təxminən 30 qayadan ibarət kompleks abidə.
Son sözlər
Tarixi Qobustan rəsmləri həm də ulu əcdadlarımızın gələcək nəsillərə göndərdiyi yazılı mesajlardır, hansı ki bənzərsizliyi ilə tarixdə öz silinməz izini qoyub.
Hər bir daşı bir tarix olan bu min illik diyar özü də hər cür tarixi hadisəyə şahidlik etdi.
Sirlərlə dolu Qobustan qayaları keçmişdən bu günə içindəki bir həqiqəti pıçıldayır bəlkə də..Kim bilir?
Çox gözel melumatlardir
Gözeldir