Pozan haqqında məlumat pozan haqqinda melumat
5
(1)

Səhv yazdığınız sözü pozanla silmək istəyərkən dəftərinizi daha da çirkləndirdiyiniz və ya cırdığınız an olubmu? Siz dəmi uşaqlıqda, qələmlə ucu ilə pozana adınızı həkk etməyi xoşlayırdız?

Müxtəlif forma və rənglərlə uşaqlığımızda iz qoyan bu kiçik, lakin faydalı əşyanın yaranma hekayəsinə yaxından nəzər salmağa nə deyirsiniz?

Pozan icad edilməzdən əvvəl…

Pozanın icad olunmadığı dövrlərdə insanlar perqament və papirus üzərində mürəkkəblə yazdıqları mətnlərdəki səhvləri düzəltmək üçün qumdaşı və ya pemza daşı kimi kobud daş parçalarından istifadə edirdilər. İslam mədəniyyətində xəttat əlyazmadakı xətaları aradan qaldırmaq üçün kiçik barmağını ağız suyu ilə isladıb səhv sözə tətbiq edərdi. Eyni proses bir neçə dəfə təkrar edildikdə, mürəkkəbin dilə keçməsi qaçılmaz idi. Deyilənə görə, bu gün savadlı, bilikli insanlar üçün işlədilən “mürəkkəb yaladı” ifadəsi də bu prosesdən qaynaqlanır.

Arı mumu kağız üzərindəki qurğuşun və kömür izlərini silmək üçün istifadə olunurdu. Bunun üçün istifadə edilən başqa bir üsul çörək doldurmaq idi. Bəli, düz eşitdiniz, 1700-cü illərə qədər dünyada qələm izlərini silmək üçün çörək içindən yaxşı heç nə yox idi! Çörəyin içi bu gün də qara qələm təsvirlərində fəqli rəng tonları əldə etmək üçün istifadə olunur. İndi keçmişə qayıdaq. Bəs nə oldu ki, yazılan mətnləri silmək üçün çörəyi içindən imtina etdilər? Səbəblərdən biri çörəyin kiflənməsi və tez xarab olması idi. Əsl səbəb səhnədə yeni maddənin: rezinin ixtirası idi.

Kauçuk Avropaya 1730-cu illərdə fransız alimləri Şarl Mari de la Kondamin və Fransua Freneau tərəfindən təqdim edilmişdir. Cənubi Amerikaya səfər etdikdən sonra tədqiqatçılar təbii kauçuk və rezindən hazırlanan məmulatlar haqqında danışdılar və fransızca caoutchouc adlandırdıqları bu maddəni elmi şəkildə təsvir etdilər. Kauçuk təbii və ya sintetik ola bilər. Təbii olan kauçuk ağacının (Hevea brasilienesis) istehsal etdiyi lateksdən əldə edilir.

Pozanni kim icad edib?

Pozan haqqında məlumat

Rezindən pozan kimi istifadə olunması üçün 1770-ci illərə qədər gözləmək lazım idi. İngilis mühəndisi Edvard Nairne çörək əvəzinə kauçukdan istifadə etdi və beləcə kauçukun karandaş izlərini silmək üçün yaxşı material olduğunu kəşf etdi. Bundan sonra Naire rezin pozanlaristehsal etməyə başladı və bu materialı baha qiymətə satdı.

Həmin illərdə ingilis kimyaçısı Cozef Pristli karandaş izlərini silmək qabiliyyətinə görə kauçuk sözünü rubber(pozan) olaraq dəyişdirməyi təklif etdi.

Pozan istehsalında istifadə edilən kauçukun ilkin forması ilə bağlı problem yaranmışdı. Rezin asanlıqla parçalanır, zamanla xarab olur və ətrafa pis qoxu yayırdı. Bu problem 1839-cu ildə ixtiraçı Çarlz Qudyer(Charles Goodyear) rezinin sərtləşdirmə üsulunu icad etdikdə həll olundu. Bir gün Qudyer uzun müddət üzərində işlədiyi kükürdlə qarışdırılmış kauçuk nümunəsini isti səthə atdı. Ancaq normal şəraitdə əriməsi gözlənilən kauçuk ərimədi. Bu qəza sayəsində Goodyear həyatı boyu əldə etmək istədiyi məqsədinə çatdı. Vulkonizasiya üsulu sayəsində kauçukun bərkiməsi və materialın dayanıqlığının artması Pozanlərin istifadəsinin zamanla geniş yayılmasına şərait yaratdı. Çarlz Qudyer tərəfindən kəşf edilən bu üsul həm də rezin avtomobil təkərlərinin ixtirasına yol açdı.

Müasir dövrümüzdə müxtəlif materiallardan istifadə etməklə hər cür rəng və formada bir çox Pozan istehsal olunur. İndi Pozan istehsalında təkcə sintetik kauçuk deyil, həm də davamlı və elastik plastik növü olan vinildən istifadə olunur.

Xülasə:

  • Keçmişdə pozan əvəzinə qumdaşı və ya pemza kimi kobud daş parçalarından, 1700-cü illərə qədər isə çörək içindən istifadə edirdilər.
  • 1770-ci illərdə rezin pozan istehsal edən və satan ilk şəxs ingilis mühəndisi Edvard Nairne olmuşdur.
  • 1839-cu ildə ixtiraçı Çarlz Qudyer qəza ilə sərt rezini icad etdi və rezinin qırılıb çürüməsi problemi həll olundu.

Bənzər mövzular:

Axtarış sözləri: pozan haqqinda melumat, pozanın kəşfi pozanı kim tapıb pozan haqqında məlumat,

YAZIYA QİYMƏT VER!😉

Ortalama 5 / 5. Səs sayı: 1

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir