Motivasiya məktubu nədir, necə yazılır? Nümunə ilə

Motivasiya məktubu nədir, necə yazılır? Nümunələr Motivasiya mektubu
0
(0)

Motivasiya məktubu nədir?

Motivasiya mektubu – məktubu yazan şəxsin hədəflərini, məqsədini, uğur və qabiliyyətlərini, məktubun təqdim ediləcəyi tərər (və ya tərəflərlə) bağlı istəklərini, bu və ya digər mövzuda motivasiyasını ifadə edir. Detallı şəkildə qurulmuş bir motivasiya məktubunda namizədin daxil olmaq istədiyi quruma, universitetə və ya hər hansı proqrama dair gözləntiləri, həmçinin şəxsi olaraq vəd etdiyi – qatacağı dəyərlər aydın şəkildə izah olunur.

Motivasiya məktubu necə yazılır?

Motivasiya mektubunu kim yazır? Motivasiya mektubu aşağıdakı əsasən məqsədlərlə yazılır:

  • İş yerinə müraciət edərkən
  • Bir neçə aylıq davam edən təcrübə proqramlarında iştirak və ya müxtəlif layihələri həyata keçirən proqramların bir üzvü olmaq üçün
  • Beynəlxalq lahiyələrdə iştirak
  • Təhsil ocağına yazılmaq üçün nəzərdə tutulan (bu, əsasən xaricdə təhsil almaq məqsədilə yazılan motivasiya məktublarıdır) və s.

Uğurlu motivasiya mektubu nece yazilmalıdır? Doğru yazılmış motivasiya məktubu əsla gerçək olmayan məlumatları əks etdirməməlidir. Burada mümkün qədər özünüz və fəaliyyətiniz haqqında real məlumatları əks etdirməyiniz lazımdır. Gözləntilərinizi isə dəqiq ifadə etməlisiniz. Motivasiya məktubu formasında müraciət etdiyiniz şəxs və ya qurumları (məsələn, həmin qurumlar işçilərindən hansı dəyərləri gözləyir və ya necə əməkdaş arzulayırlar – bu kimi detalları araşdırmağa çalışın) nəzərə alaraq lazımi informasiyanı qeyd etməlisiniz.


Motivasiya məktubu yazılarkən aşağıda yazılan məqamlara xüsusi diqqət edin:

  1. Sizi niyə seçməlidirlər? – sualın cavabını aydınlaşdırın.
  2. Orada niyə olmaq istədiyinizi – həvəsinizi xüsusi vurğulayın.
  3. Məktubu çox uzun yazmayın, ən əsas məqamları çatdırın, kifayətdir.
  4. Yazılan motivasiya mektubunda fərdi özəlliklərinizi qarşı tərəfə çatdırmağa çalışın, onlarda təəssürat yaradın.
  5. Qrammatik səhvlərə yol verməyin. Cümlələri aydın ifadə edin.

Motivasiya məktubu nümunə

Aşağıda uğurlu motivasiya məktubu nümunələrindən birini yerləşdirmişik. Bu motivasiya mektubunu oxuyaraq və yuxarıda yazdıqlarımızı diqqətdən keçirərək artıq öz motivasiya məktubunuzu yaza biləcəksiniz. İşə qəbul üçün motivasiya məktubu, xaricdə təhsil üçün motivasiya məktubu – demək olar ki, müxtəlif motivasiya mektubları yazmaq artıq sizin üçün çətin olmayacaq.

Uğurlu motivasiya məktubu yazmaq:

“ Hörmətli, … (… qurumun, müəssisənin və ya müraciət edilən şəxsin adı yazılır)

Universitetin yetişdirdiyi çox sayda mütəxəssisləri tanıyaraq və onların fəaliyyətini yüksək qiymətləndirərək mən də ən yaxşı şəkildə təhsil almış, ixtisaslaşmış bir mütəxəssis kimi formalaşmaq istədiyimdən bu universitetdə (və ya universitetin adını qeyd edirsiniz) magistr təhsili almaq istəyirəm.

Bakalavr təhsilimi … (… hansı universitetdə təhsil almısınızsa, ölkə və şəhər adı ilə birlikdə qeyd edrisiniz) … balla bitirmişəm. İxtisasım üzrə təkmilləşmək və daha çoxunu öyrənmək mənim ən əsas məqsədlərimdən biridir və bu universitetin mənə qazandıracağı çox şey olduğunu bilirəm. Sizin olduqca təcrübəli və peşəkar müəllim heyətiniz, əminəm ki, bu yolda dəstəyini heç bir tələbədən əsirgəmir.

….. (Bu hissədə əgər həmin universitetin digər tələblərini (imtahan, sertifikat, dil öyrənmək və s.) yerinə yetirmisinizsə, onları da vurğulayaraq doğru namizəd olduğunuzu çatdıra bilərsiniz)

Hər zaman ən yaxşıların olduğu yerə doğru irəliləyirəm və bu yolda təhsil istiqamətində sizin dəstəyinizi gözləyirəm. Nəticədə, siz universitetə bacarıqlarından düzgün istifadə edən və uğurlu bir tələbə daha qazandıracaqsınız, mən isə yaxşı mütəxəssis kimi faydalı olmağa çalışacağam.

Təşəkkürlər!                                                

Xaricdə təhsil üçün motivasiya nümunəsi şəkilli (ingiliscə)                                                                “


Nəzərə alın ki, bütün motivasiya mektubu nümuneleri belə yazılmır. Yuxarıda da qeyd etdiyimiz kimi, fərdi bacarıqlarınızı, fərqli yönlərinizi ortaya qoymalısınız. Bu mütləqdir. Onlar sizi niyə seçməli olduqlarını bilməlidirlər. Ən əsası isə siz onlardan nə tələb edirsiniz – bu da məktubun ən önəmli hissələrindən birini əhatə edir.


Bənzər mövzular:

Axtarış sözləri: iş üçün motivasiya məktubu bank,motivasiya məktubu iş üçün,hazır motivasiya məktubu nümunələr azərbaycanca,motivasiya məktubu nədir, motivasiya mektubu nece yazilir,motivasiya məktubu nümunəsi

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir