Azərbaycanın ilk Milli Qəhrəmanı Məhərrəm Seyidov haqqında

Azərbaycanın ilk Milli Qəhrəmanı Məhərrəm Seyidov haqqında məlumat ilk qehremani kimdir

Sponsor

0
(0)

İnsan doğar beşikdə, məzarda yatmaq üçün,
Qəhrəmanlar can verər, yurdu yaşatmaq üçün.

Türk şairi Hüseyn Nihal Atsızın bu iki misrasını oxuduqca bizi yaşatmaq üçün canından keçən, həyatını Vətən yolunda qurban verən qəhrəmanlarımız yada düşür.  Xalqımızın tarixi unudulmaz qəhramanlıq səhifələri ilə zəngindir. Hər zaman deyildiyi kimi, əgər bu gün biz firavanlıq şəraitində yaşayırıqsa, deməli bunun bədəlini  vaxtilə kimsə ödəmiş və elə indi də ödəyən kimsə var. Vətənimizin qəhrəmanları saysız-hesabsızdır. İstər birinci Qarabağ, istərsə də ikinci Qarabağ müharibəsində rəşadət göstərərək canından keçmiş  yüzlərlə şəhidimiz milli qəhrəman adını almışdır. Bəs bizim ilk milli qəhrəmanımız kim olmuşdur? Bu dəfə  əksər insanların tanımadığı bu qəhrəmanımızdan bəhs edəcəyik.

O, Seyidov Məhərrəm Mübariz oğludur. Seyidov Məhərrəm Mübariz oğlu 7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1969-cu ildə elə Şərurda N.Nərimanov adına orta məktəbi bitirir.

Azərbaycanın ilk Milli Qəhrəmanı Məhərrəm Seyidov haqqında
Azərbaycanın ilk Milli Qəhrəmanı Məhərrəm Seyidov haqqında

Hərbi xidmətini Xerson şəhərində vurur. Hərbi xidmətini başa vurduqdan sonra Daxili İşlər Orqanlarında əmək fəaliyyətinə başlayır.

Məhərrəm Seyidov 1980-ci ildə Moskva Olimpiadası zamanı asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılır.

Bakı Xüsusi Orta Milis məktəbini (indiki Polis Akademiyası) bitirdikdən sonra Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor kimi çalışır. O, milis kapitanı da olmuşdur.

1990-cı illərdə başqa rayonlarda olduğu kimi Azərbaycanın Ermənistanla həmsərhəd olan Sədərək  rayonu da ermənilər tərəfindən atəşə tutulmağa başlanır.

Elə 1990-cı ilin 16 yanvarında erməni silahlı birləşmələri Kərkini işğal etmək üçün yenə fəaliyyətə başlayır. Erməni quldurları Kərkini atəşə tutaraq soydaşlarımızı öz doğma torpaqlarından didərgin salırlar.

sponsor 3

Arazdəyənlə Sədərək arasında yerləşən milis postunda növbədə olan milis kapitanı Vidadi Qafarov yanvarın 17 – də telefonla İliç rayon Daxili İşlər Şöbəsinə bildirir ki, ermənilərin bir qrupu Sədərək mebel sexinin tuşundan dəmir yoluna tərəf enərək sərhədlərimizə yaxınlaşırlar. Bu xəbərin ardından milis rəisi Allahverdi Həsənov xidməti maşını ilə hadisə yerinə gələrək əməliyyata rəhbərlik etməyə başlayır. Şərab zavodu yaxınlığındakı posta milis əməkdaşları Azər Seyidov, Vidadi Qafarov, Bayram Rzayev, Əli Əliyev, Samil Rəhimov, mebel sexi yaxınlığındakı posta isə kapitan Məhərrəm Seyidov, milis əməkdaşları Saleh Əzizov, Səfər Məmmədov göndərilir. Yanvarın 18-i Sədərəyə yaxın postlarda qanlı döyüşlər gedirdi. Düşmən böyük itki verməsinə baxmayaraq, geri çəkilmək istəmirdi. 1990-cı il yanvarın 19-da Sədərəyin müdafiəsi təmin olunsa da, xeyli ölən və yaralanan var idi. Kapitan Azər Seyidov mühasirəyə düşmüşdü. Onu azad etmək üçün Məhərrəm yenidən döyüşə atılır. O, güllə yağışı altında özünü Azərə yetirir. Həmin an onun özü də düşmən əhatəsində qalır. Çətinliklə də olsa, öz döyüş yoldaşını mühasirədən çıxarır, lakin özü qəhrəmancasına həlak olur.

Məhərrəm Seyidov ailəli idi, 4 övladı var. Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdur. Şərur rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir. Şərur şəhərində bir küçəyə onun  adı verilmişdir, tuncdan büstü qoyulmuşdur. 2 saylı Şərur şəhər orta məktəbi də onun adını daşıyır.


Bənzər mövzular:

Azərbaycanın ilk Milli Qəhrəmanı Məhərrəm Seyidov haqqında

Axtarış sözləri: Azerbaycanin ilk milli qehremani kimdir,Azərbaycanın ilk milli qəhrəmanı kimdir,Azerbaycan’ın ilk milli kahramanı kimdir,ilk milli qəhrəman kim olub,Azərbaycanın ilk milli qəhrəmanı kimdi,Azerbaycanin ilk milli qehremani kim olub,Milli qəhrəman Məhərrəm Seyidov haqqında məlumat

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir