8 noyabr zəfər günü haqqında məlumat,8 noyabr zəfər günü,44 günlük zəfər tariximiz haqqında ,zəfər gününə aid məlumat,8 noyabr zəfər günü şeir,zəfər yolu haqqında məlumat,zəfər tarixi haqqında məlumat
2
(3)

       8 Noyabr Zəfər günü.. Bu 2 kəlmənin altında 30 ildən çox yaşı olan ağrı-acı, işgəncə, vətən həsrəti, mübarizə, inam, iradə, səbr və ümid var. 2020-ci ilin sentyabr  ayında başlayan, 44  günlük Vətən müharibəsindən sonra doğma Qarabağımıza ilk böyük qayıdışın adıdır Zəfər günü. Bu zəfər illərlə doğma yurd-yuvasından ayrı düşmüş, zorla qovulmuş, işgəncə görmüş, əzizlərini itirmiş, lakin qəlbindəki o torpaqlara qayıdış arzusu, intiqam ümidini  itirməyənlərin qələbəsi idi.

       Əslində bu zəfərin tarixi 2020-ci ildən də tez, torpaqlarımız düşmən tərəfindən işğal olunan gündən, ilk öncə, düşüncələrdə, fikirlərdə, ürəklərdə başlamışdı.

       Bu qələbə 1918-ci ildə Bakıda, Naxçıvanda, Gəncədə, Zəngəzurda, Göyçədə, 1992-ci ildə isə Xocalıda insanlıq adına ləkə kimi yazılan dəhşətli soyqırımına məruz qalmış, haqqı əlindən alınmış xalqımızın tam haqqı idi.

      Xalqımız heç vaxt öz genetik kimliyinə qarşı törədilən soyqırımını, işgəncəni unutmadı, o səbəbdəndir ki, Bosniya və Hersoqovinanın mərhum prezidenti Aliya İzzetbeqoviçin sözləri ilə desək, “heç vaxt soyqırımı unutmayın, çünki unudulan soyqırım təkrarlanar”.

      19-cu əsr boyu ermənilər “Daşnakstyun”, “Hnçak” “Armenakan”  kimi müxtəlif millətçi partiyalar yaradaraq “Böyük Ermənistan” xülyalarını zorakı yollarla həyata keçirmək istəmişlər.   

    1992-cu ildən bəri Ermənistanın işğalçı siyasəti nəticəsində 20 faiz torpaqlarımız işğal olunmuş, minlərlə insan qaçqın və məcburi köçkün halına düşmüşdür.

     İşğal olunmuş rayonlarla bağlı BMT tərəfindən 4 qətnamə ( 822, 853, 874 və 884 saylı)  qəbul edilsə də, onlar formal olaraq qaldı və münaqişə həllini tapmadı. Eyni zamanda münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu bu 30 il ərzində sadəcə Ermənistana  dəstək olaraq status-kvonu qoruyub saxlamağa çalışırdı.

     Qarabağ zəfərinin kökləri Ümumilli Lider Heydər Əliyevin dövründə atılmışdı. Xüsusən onun neft strategiyası, “əsrin müqaviləsi” dövlətimizin qısa bir müddətdə bərpa olunmasına və neft sektorunun inkişafına geniş təkan verdi.

     Heydər Əliyev “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ideyası ilə bütün gücünü dövlətin iqtisadiyyatını gücləndirməyə yönəltdi. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev ötən illər ərzində Azərbaycanda müasir ordu quruculuğunu başa çatdırıb. Qabaqcıl ölkələrdən, xüsusilə İsrail və Türkiyədən alınan  müasir silahlar hərbi təhlükəsizliyimizin səviyyəsini artırmışdır. Bunun nəticəsidir ki, müasir dünya standartlarına cavab verən müasir texnika və silahlarımız qələbə üçün möhkəm zəmin hazırlamışdır.

     Sülhü qorumaq, ərazi bütövlüyünü dəstəkləmək, münaqişəni həll etmək pərdəsinə bürünmüş, lakin  mıqsədləri tamam başqa olan bu təşkilatların fəaliyyətsizliyi münaqişənin hərbi yolla- ordumuz tərəfindən qanuni torpaqlarımızı işğaldan azad etmək üçün əməliyyatlar başlatmasını labüd etdi.
Bu vətən müharibəsi tarixə həm də ikinci Qarabağ müharibəsi kimi daxil olub.

8 Noyabr Zəfər Günü Haqqında Məlumat

8 Noyabr Zəfər Günü Haqqında Məlumat
8 Noyabr Zəfər Günü Haqqında Məlumat

    Böyük qələbəyə gedən yol elə 2020-ci ilin 27 sentyabrda, Ermənistan silahlı qüvvələrinin cəbhəboyu istiqamətdə iriçaplı silahlardan istifadə edərək genişmiqyaslı təxribat törətməsi ilə başladı. Bunun nəticəsi olaraq, Azərbaycan ordusunun hərbi komandanlığına cəhbəboyu istiqamətdə Ermənistan Silahlı Qüvvələrinin qeyri-qanuni hərəkətlərinin qarşısını almaq məqsədilə anti-terror, başqa sözlə desək, əks-hücum əməliyyatları aparmaq əmri verildi.

     Ermənistan respublikası ilə 44 gün davam edən müharibə nəticəsində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayər 8 noyabrda Şuşa şəhəri, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları işğaldan azad edilmişdir. Böyük Zəfərə gedən yol şəhidlərsiz olmadı. Qələbəmiz sinəsini düşmənə sipər etmiş, adını qızıl hərflərlə tarixə yazdıran, ən yüksək mərtəbəyə yüksələn şəhidlərimizin sayəsində əldə edildi. Azərbaycan xalqı heç vaxt onları unutmur, hər zaman yad edir və heç vaxt unutmayacaq.

      Qələbəyə gedən yolda regional gücə çevrilən qardaş Türkiyə dövlətinin dəstəyi müharibənin ilk günlərində özünü göstərdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları konkret şəkildə Türkiyənin tərəfini bəlli etdi.

     44 günlük vətən müharibəsi həm də dünya hərb tarixinə yeni taktiki döyüş üsulu kimi daxil oldu. Ordumuzun istifadə etdiyi döyüş strategiya və taktikası hal-hazırda dünya dövlətləri tərəfindən araşdırılmaqdadır. Beləki, ordumuzun bu döyüş taktikası “21-ci əsr modelində müharibə” adlandırılır.

     Vətən müharibəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanata əsasən Azərbaycanın qələbəsi ilə sonlanmışdır.

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur.

Bənzər mövzular:

      Ən böyük zəfər isə 2023- cü ilin payız ayında əldə edildi. Ayağıyalın, başıaçıq şəkildə, işgəncə ilə insanlarımızın sürgün edildiyi torpaqlarımız Xocalı, Ağdərə və nəhahət, illərdir düşmən tapdağında qalan Xankəndi azadlığa qovuşdu və hazırda o torpaqlarda üçrəngli bayrağımız dalğalanır.

      Müharibədən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratdı. Həm Ermənistan, həm də digər dövlətlər başa düşdülər ki, artıq Azərbaycan reallıqları ilə hesablaşmalıdırlar, çünki o, bölgədə öz sözünü deyən dövlətə çevrilib.

8 Noyabr Zəfər Günün Mübarəkdi Azərbaycan!

Bənzər mövzular:

Axtarış sözləri: 8 noyabr zəfər günü haqqında məlumat,8 noyabr zəfər günü,44 günlük zəfər tariximiz haqqında ,zəfər gününə aid məlumat,8 noyabr zəfər günü şeir,zəfər yolu haqqında məlumat,zəfər tarixi haqqında məlumat,zəfər günü haqqında məqalə,zefer gunu haqqinda melumat,zefer gunune aid melumat,zefer tarixi haqqinda melumat,zefer yolu haqqinda melumat

YAZIYA QİYMƏT VER!😉

sponsor 3

Ortalama 2 / 5. Səs sayı: 3

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir