Hər il avqustun 13 bütün dünyada Solaxaylar Günü kimi qeyd olunur. Ümumdünya Solaxaylar Günü, ilk dəfə 1976-cı ildə Lefthanders International, Inc.’in qurucusu olan Dean R. Campbell tərəfindən tərtib edilmişdir.13 avqustda “ Left Handers Day” adı ilə qeyd olunan bu gündə dünyanın müxtəlif yerlərində tədbir və yığıncaqlar təşkil olunur və dünyaca məşhur solaxaylar burda iştirak edir. Bəs niyə insanlar solaxay olur? Solaxay olmaq özəl bir xüsusiyyətmidir? Dünyaca məşhur solaxaylar kimlərdir?
Bir çox insanlar anadangəlmə solaxay olduğu kimi, bəziləri şüurlu bir şəkildə öz seçimləri ilə solaxay olur. Solaxaylıq genlərə və beyinə görə yaranan bir xüsusiyyətidir. Əslində bu, insana xas olmayan, bəzi heyvan növlərində də özünü göstərən bir bioloji xüsusiyyətdir. Şimpanze, qorilla, şir kimi vəhşi heyvanlarda, həmçinin it-pişik kimi ev heyvanlarında da solaxaylıq müşahidə olunur.
Solaxay və sağ əlli adamların zehinləri də fərqli çalışır. İddia elilir ki, solaxaylar daha xəyalpərəst və yaradıcı olurlar. Bəziləri tarixin mühüm şəxsiyyətlərinə nəzər salaraq solaxaylığın Tanrının verdiyi “fövqəl güc” olduğuna inanırlar… Doğrudan da, solaxaylar insanların təxminən 10%-ni təşkil etdiyi halda, öz bacarıq və zəkaları ilə cəmiyyətdə böyük paya və təsir gücünə sahibdirlər.
Bu məlum bir faktdır ki, solaxay insanlar “ağıllarını pula çevirməkdə” sağ əllilərdən daha uğurludurlar. Məsələn, “Microsoft”un sahibi Bill Qeyts, “Apple” şirkətinin qurucularından Stiv Cobs və dünyaca məşhur televiziya siması Opra Uinfri də solaxaydır.
SOLAXAYLAR IDMANDA ÇOX UĞUR QAZANIRLAR
Solaxayların idmanda daha uğurlu olması artıq idman dünyasında qəbul edilmiş bir faktdır. Məsələn, məşhur qılıncoynatma çempionu Race İmboden 198 sağ əllidən üstün gələrəkOlimpiadanın qalibi oldu. Dünya futbolunun ən istedadlı və məşhur ulduzlarından Pele, Maradona, Messinin solaxay olduğunu bilməyən yoxdur. Tennisdən tutmuş boksa qədər fərdi idman növlərində solaxaylar bacarıqları və ‘rəqib əleyhdarı’ üslubları ilə seçilir…
Sponsor Linklər
MUSİQİDƏ DAHİDİRLƏR
Aparılan araşdırmalar nəticəsində solaxay insanların musiqi duyumunun yüksək olduğu iddia edilir.Solaxaylar üçün xüsusi alətlər hazırlanır və onlar bu musiqi alətləri ilə sözün əsl mənasında sənət əsəri yaradırlar.
Musiqi dünyasından tanınıb seçilən məşhur solaxaylar:
Eminem, Jimi Hendrix, Kurt Cobain, Paul McCartney, Castin Bieber, Ricky Martin, Sting saysız-hesabsızdır…
SOLAXAYLAR GÖZƏL VƏ YARAŞIQLIDIR!
Məşhurlar cəbhəsində solaxay olmağın başqa bir gözəlliyi var. Son illərdə “Oskar”da öz izini saxlayan və həqiqətən də qızıl dövrünü yaşayan Cennifer Lourens solaxaydır. Dünyanın ən gözəl qadınlarından biri olan Scarlett Johansonn həm də solaxaylar üçün cazibə simvoludur. Hollivudun məşhur kişiləri arasında solaxaylar öndədir. Cim Kerri, Tom Kruz, Çarli Çaplin, Robert De Niro, Morqan Friman ilk ağıla gələnlərdir…
DÜNYANI İDARƏ EDƏN SOLAXAYLAR
Solaxayların fərqli zəkaları, yaradıcı xüsusiyyətləri siyasət sahəsində də özünü göstərir. ABŞ tarixinin ən uğurlu prezidentləri solaxay olublar. Bu prezidentləri arasında solaxayların nisbəti 23 faizdən çoxdur. Son beş prezidentdən üçü solaxay idi. Barak Obama, Bill Klinton, Corc Buş… Həmçinin Böyük Britaniyada iki dönəm baş nazir olmuş Devid Kemeron da solaxaydır.
TARİXDƏ UĞUR QAZANMIŞ MƏŞHUR SOLAXAYLAR
Albert Eynşteyn, Motsart, Bethoven, Napoleon Bonapart, Leonardo da Vinçi, Sezar, Coş Hollouey, Fidel Kastro, Mikelancelo, İsaak Nyuton, Pikasso, Merilin Monro, Məhəmməd Əli Kley, Mark Tven, Ronald Reyqan, Bob Dilan, Con Fenca .Kennedi…
Əlbəttə hər insan özəldir. Ancaq solaxaylar bir başqa özəldir. Qədrinizi bilin : )
Axtarış sözləri: 13 avqust – Ümumdünya Solaxaylar Günüdür solaxaylar haqqinda maraqli melumatlar,dunya solaxaylar gunu,solaxaylar, haqqında,solaxaylar haqqinda maraqli faktlar,13 avqust ne gunudur
Məşhurlardan maraqlı fikirlər
Maraqlı faktlar
Riyaziyyat haqqında maraqlı məlumatlar və faktlar
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!