Heyvanlar aləmi çox zəngindir və rəngarəngdir. Onların hər birinin özünəməxsus xüsusiiyyəti var. Heyvanlara aid tapmacalar sayəsində biz həm əylənir, həm də heyvanlar aləmi haqqında yeni şeylər öyrənirik. Bu tapmacalar bizi düşündürür və beynimizi inkişaf etdirir.
İynəsi çox,
Tikəni yox.
Əti dərman,
Özü heyvan.
Cavab: Kirpi
Ovun alsan, mırıldar,
Sığallasan, xoruldar.
Cavab: Pişik
O nədi ki, daşdan köynək geyinər?
Cavab: Tısbağa
Suya girər millənər,
Sudan çıxar, dillənər.
Cavab: Qurbağa
Kolları gəzər pusa-pusa,
Qıçları uzun, qolu qısa.
Cavab: Dovşan
Sponsor Linklər
Bu quş necə quşdu,
Qanadı fırlanquşdu.
Ot otlar qoyun kimi,
Su içməz, necə quşdu?
Cavab:İpəkqurdu
Yük üstə qıllı yumaq.
Cavab: Pişik
Bir atım var minə bilmirəm,
Ağzın açsa, dinə bilmirəm.
Cavab: Şir
Adam döyül, əl-ayağı, dişi var,
Əcəb şeydi, qəravəlli işi var.
Cavab: Meymun
O nədi ki, evə ginnoz,
Sodaqəti eldə gəzər.
Cavab: İt
Dörd şaphaşap,
Bir daraq sap.
Cavab: At və quyruğu
Bat-bat ayaqlı,
Eymə dodaqlı,
Belində var dağ,
Ayağında yağ.
Cavab: Dəvə
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Yol üstə qazan qaynar.
Cavab: Qarışqa
Üstü pulcuq,
İçi qılcıq.
Cavab: Balıq
Bağda sürünər, gəzər,
Az-az görünər, gəzər,
Oxşuyar bir yumağa
Qorxuram əl vurmağa.
Cavab: Kirpi
Ağzın açar,
Zəhər saçar,
Hamı görüb,
Geri qaçar.
Cavab: İlan
Dişləri var, it deyil,
Ayağı var, bit deyil,
İlan kimi bərk çalar,
Yerində bir dərd qalar.
Cavab: Əqrəb
Yol üstə yoğun oxlov.
Cavab: Koramal
O hansı heyvandı, anadan saqqallı doğular?
Cavab: Keçi
Heyvanlara aid tapmacalar ve cavablari
Torpaq deyil, daş deyil,
Quru deyil, yaş deyil,
Buynuzu var, qoç deyil,
Qanadlıdır, quş deyil.
Cavab: Kəpənək
Ağa nəzər, ay nəzər,
Adı dağları bəzər,
Başında ağac gəzər.
Cavab: Maral
Aşıq eldən yuxarı
Şana teldən yuxarı
Aşıq bir şey görübdür
Dizi beldən yuxarı
Cavab: Çəyirtkə
Qanadı var, quş deyil,
Dişləyir, ilan deyil.
Cavab: Ağcaqanad
O necə quşdu ki,
İnsan kimi süd əmər.
Cavab: Yarasa balası
Qanadı var uça bilməz,
Quru yerdə qaça bilməz.
Cavab: Balıq
Altı qoyun, üstü keçi,
Başı şabalıd, quyruğu qayçı.
Cavab: Qaranquş
Sarıdı, zəfəran deyil,
Qanadlıdı, quş deyil.
Yediyi gül-çiçəkdi,
Nəcisi çox göyçəkdi.
Cavab: Arı
Yazda yığır yeməyini,
Çox sevir öz əməyini,
Yeyib yatar baharadək,
Nədir adı tapın görək.
Cavab: Qarışqa
Sularda batar,
Quruda yatar,
Hoppanar-düşər,
Ordları şişər.
Cavab: Qurbağa
Saqqalı uzun sallanar,
Dağa-daşa dırmanar.
Cavab: Keçi
Qızılgül pardaxlandı,
Qol atıb çardaxlandı,
Torpaqsız yerdə bitdi,
Yarpaqsız budaqlandı.
Cavab: Maral buynuzu
Püstədi, ha püstədi,
Taxtı rəvan üstədi,
Camış kimi ot otlar,
Su içməyə xəstədi.
Cavab: Baramaqurdu
.
Altı, taxta, üstü taxta,
Oturub bir ağ otaqda,
Qoyun deyil, ot otlayır,
Toyuq deyil, yumurtlayır.
Cavab: Tısbağa
Bənzər mövzular:
Axtarış sözləri: tapmaca ve cavablari azerbaycan,heyvanlara aid tapmacalar ve cavablar,tapmaca və cavabları,tapmacalar cavablar,uşaq tapmacaları və cavabları,heyvanlar haqqinda tapmaca,tapmacalar ve cavablari,tapmacalar və cavabları,azerbaycanca tapmacalar,tapmacalar ve acmasi,tapmacalar heyvanlara aid


Əla