Tapmacalar ən gözəl beyin məşqlərindən biridir. Onlar bizi düşündürür və beynimizi inkişaf etdirir. Xüsusən də uşaq zəkasını gücləndirir və fərqli düşünməyi öyrədir.
O nədi ki, dayanıbdı dayaqsız,
O nədi ki, boyanıbdı boyaqsız.
Cavab: Göy, Yer
Zəng zəng içində,
Zəng firəng içində,
On iki ay firəng içində.
Cavab: Saat
Yuvası var dərədə,
Qanadları təpədə,
Gecə-gündüz yol gedir,
Dərədədi, dərədə.
Cavab: Dəniz, çaylar
Sarıdı, zəfəran deyil,
Girdədir, girdəkan deyil,
Yazılıdır, Quran deyil.
Cavab: İmperial, qızıl pul
Uzun-uzun dərvişlər,
Gecə bizə gəlmişlər.
O qədər oynamışlır,
Xurd-xəşıl olmuşlar.
Cavab: Əriştə
Sponsor Linklər
O yanı qac, bu yanı qac,
İçində odlu ağac.
Cavab: Təndir
Səkidə gəzər, yumurta tökər.
Cavab: Cəhrə
O nədi ki, əlsiz-ayaqsız,
Dırmanır nərdivansız.
Cavab: İlbiz
O nədi ki, saqqalı yerdə,
Ayaqları göydə.
Cavab: Sarımsaq
Suda gəzər canı yox,
Boğazlasan qanı yox.
Suya atsan o batmaz,
Quruda yatsa qalxmaz.
Cavab: Qayıq
Püstədi, ha püstədi,
Taxtı rəvan üstədi,
Camış kimi ot otlar,
Su içməyə xəstədi.
Cavab: Baramaqurdu
Uçan bir quş kənəkdir,
İşi tamam kələkdir,
Dəyirmana can verər,
Xırmana da gərəkdir.
Cavab: Külək
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Özü əyri, yolu düz.
Cavab: Kotan
Ot yeyər inək deyil,
Yumurtlar, toyuq deyil.
Cavab: Tısbağa
Uzaqdan gördüm çalı-çəpər,
Yaxına getdim, məni çəkər,
Əlimə alsam qanı damar,
Ağzıma qoysam, qənd-şəkər.
Cavab: Böyürtkən
Tut ağacı, üzü pərdə,
Barmaq gəzər pərdə-pərdə.
Gah dərində, gah zərində,
Ağlar ahu-zar dilində.
Cavab: Tar
O nədir ki, hara gedər,
Oğlu qarnında fəryad edər.
Cavab: Zınqırov
Cetin tapmacalar ve cavablari
Torpaq deyil, daş deyil,
Quru deyil, yaş deyil,
Buynuzu var, qoç deyil,
Qanadlıdır, quş deyil.
Cavab: Kəpənək
Dona bürünməz,
Gözə görünməz,
Dildən üzülməz.
Cavab: Səs
Bostanda var gombul kosa,
Üstü bozdu, içi xasa,
Əzsən dolar qanla kasa.
Cavab: Çuğundur
O nədi ki, yaşı çoxdu qocalmaz,
O nədi ki, gəzər, məkanı olmaz,
O nədi ki, nə əskilməz, nə dolmaz.
Cavab: Dünya, yel və dərya
O necə ağacdır ki, gündə bir yarpaq salır.
Cavab: Təqvim
. Mavi atlas,
Ortasında
Bir qızıl tas.
Cavab: Günəşli göy
Nə əli var, nə ayağı,
Nə başı var, nə qulağı,
Gah ağladar, gah güldürər.
Cavab: Söz
Üstü qırmızı, içi ağ,
Çiyi acı, bişmişi yağ.
Cavab: Soğan
Səməndin ayaqları,
Əlindədir ayaqları,
Üç başı var, altı gözü,
Səkkiz onun ayaqları.
Cavab: Atın üstündə bir nəfər, onun da əlində quş
Yağış yağsa düzülər,
Gün çıxanda büzülər.
Altı var, üzü yoxdur,
Çəksəm bağı üzülər.
Cavab: Çarıq
O nədir, dərya kimi bulanmaz,
O olmasa, bütün dünya dolanmaz.
Cavab: Məhəbbət, yaxşılıq
Bənzər mövzular:
Axtarış sözləri: tapmaca və cavabları,tapmaca ve cavablari azerbaycan,tapmacalar ve cavablari,tapmacalar və cavabları,tapmacalar cavablar,tapmacalar ve acmasi,azerbaycanca tapmacalar,ən çətin tapmacalar,maraqlı tapmacalar,məntiqi tapmacalar,cətin tapmacalar,cetin tapmaca,cetin tapmacalar

