Xocalı faciəsi haqqında inşa yazmağınıza yardım etmək üçün bu məqaləni hazırladıq. Olduğu kimi köçürməyin və çalışın inşaya öz fikirlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaş.
“Soyqırımı unutmayın. Çünki unudulan soyqırımı təkrarlanır”. Bosniya və Hersoqovinanın mərhum prezidenti Aliya İzzetbeqoviçə xas olan bu sözlər onun Avropanın gözü qarşısında vəhşicəsinə soyqırımına məruz qalmış xalqı ilə eyni taleyi yaşayan bütün xalqlara müraciətidir.
Təəssüf ki, belə dəhşətli soyqırımına məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır. Rusiyanın Cənubi Qafqaza nəzarət mexanizminin bir hissəsi olan münaqişələr yaradaraq tərəfləri özündən asılı salmaq siyasəti böyük faciələrə səbəb olmuşdur. Soyqırımına və torpaqlarımızın iyirmi faizinin işğal olunmasına gətirib çıxaran hadisələr ermənilərin ruslar tərəfindən buraya hələ Çar Rusiyasının dövründə köçürülməsi ilə başlamışdır.
Münaqişələrin əsas səbəblərindən biri isə ermənilərin buraya gəlmə olduqlarını heç vaxt qəbul etməməsi və bu torpaqlara əsassız iddiaları idi. Baxmayaraq ki, onlar 1978-ci ildə Ağdərə rayonunun Marağa kəndində İrandan ilk 200 erməni ailəsinin bura köçürülməsinin 150 illiyi ilə əlaqədar “Marağa-150” adlı abidə ucaltmışdılar, lakin 1988-ci ildə Azərbaycana qarşı ərazi iddiaları başlayanda bu abidəni dağıtmışlar. Hazırda bu abidədən geriyə kiçik qalıqlar qalmışdır və ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Bu müddət ərzində xalqımızın başına olmazın müsibətlər gəlmişdir. Xalqımıza qarşı 1918-ci ildə həyata keçirilən soyqırımından sonra daha dəhşətli faciə 1992-ci ilin 26 fevralında yaşanmışdır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının yardımı ilə Xocalı şəhərinə hücum edir. Şəhərin 2500 sakini canlarını ölümdən qurtarmaq üçün Ağdam istiqamətinə hərəkət edir. Qalan dinc sakinlər isə ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilir. Soyqırımı nəticəsində 613 nəfər həlak olmuşdur. Onların arasında 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 1275 nəfər dinc sakin əsir götürülmüşdür, lakin onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Daha sonra məlum olmuşdur ki, hadisədən 4 ay əvvəl, 1991-ci ilin oktyabrında Xocalıya gedən bütün avtomobil yolları bağlanmış və şəhər mühasirə vəziyyətinə alınmışdı. Həmçinin yanvardan etibarən şəhərə elektrik enerjisinin verilməsi də dayandırılmışdı. Xocalıya son dəfə vertolyot 1992-ci ilin 28 yanvarında gəlmişdi.
Martın 1-də yerli və xarici jurnalistlər hadisə yerində iştirak edərək dəhşətli vəziyyəti özləri müşahidə etmişlər. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları qeyd edilmişdir. Bu vəhşiliklər haqqında hətta xarici mətbuatda da xəbərlər yayılmışdır. Krua l’Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu.”
1994-cü ildə Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral-Xocalı soyqırımı haqqında” qərar qəbul etmişdir. Eyni zamanda Xətai rayonunda Soyqırım qurbanlarının xatirəsinə “Ana harayı” adlanan abidə ucaldılmışdır.
Sponsor Linklər
Ermənistanın təcavüzkar hərəkətlərinə cavab olaraq və eyni zamanda BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı yerinə yetirilməyən qətnamələrinin həyata keçirilməsi məqsədilə 2020-ci ilin 27 sentyabrında Azərbaycan Respublikasının Silahlı Qüvvələri antiterror əməliyyatlarına başladı.
Noyabr ayının 8-dək 5 şəhər, 3 qəsəbə və 215 kənd işğaldan azad edilib. İşğaldan azad olunan ərazilər arasında Xocalının da kəndləri var idi.
19 sentyabr 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatlarının nəticəsi olaraq Xocalı azad olunmuşdur. Yevlax danışıqlarının nəticəsində Xocalı şəhəri 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir. Oktyabrın 15-də isə Xocalıda Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır.
Xocalı faciəsi haqqında inşa
Bənzər mövzular:
Axtarış sözləri: 26 fevral xocalı faciəsi haqqında inşa,xocalı haqqında inşa, xocalı faciəsi inşa,xocalı soyqırımı haqqında inşa,xocalıya aid inşa,xocalı haqda inşa,xocalı inşa,xocali faciesi haqqinda insa yazmaq,xocali movzusunda insa

