Vəzifə böyük işlər görmək deyil lazım olanı etməkdir inşa

vəzifə böyük işlər görmək deyil lazım olanı etməkdir haqqında inşa,vəzifə böyük işlər görmək deyil inşa,vəzifə böyük işlər görmək deyil lazım olanı etməkdir haqqında məlumat,vezife boyuk isler gormek deyil lazim olani etmekdir haqqinda inşa
4.1
(68)

Vəzifə böyük işlər görmək deyil lazım olanı etməkdir  mövzusunda inşa yazmaq üçün bu məqalə sizlərə yardım edəcək. İnşa fikir vermək məqsədiylə yazılıb. Çalışın öz inşaya sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq bizə dəstək ola bilərsiz.


Hər bir Azərbaycan vətəndaşının xalqı və dövləti qarşısında müəyyən vəzifələri  vardır.Hansı ki, onları etmək hər kəs üçün məcburidir. İnsan böyük işlər görə bilər və  bu onun istedad və bacarıqlarından asılıdır. Bir də önəmli vəzifələrimiz var ki, bu məsuliyyət və vicdan tələb edir. Bu vəzifələr həm də bizim mənəvi borcumuzdur.

Vəzifələrimiz ölkə qanunvericiliyinə və konstitusiyasına əsasən müəyyən edilir.
Hər birimizin etməli olduğu əsas vəzifələrdən biri ölkənin qayda və qanunlarına əməl etməkdir.

Hər peşənin özünə görə öz vəzifə və borcları vardır, ki onları etmək labüddür.
Polisin əsas vəzifəsi asayişi və təhlükəsizliyi qorumaq, cinayət və qanun pozuntularını aşkar edib cəzalandırmaqdır.
Əsgərin əsas vəzifəsi vətəninə xidmət etmək, onu qorumaq və keşiyində durmaqdır.
Həkimin əsas vəzifəsi xəsətələri düzgün mülicə edib sağaltmaqdır.
Müəlimin əsas vəzifəsi şagird və tələbələrə  doğru bir şəkildə təhsil vermək, onlara yeni biliklər öyrətməkdir.

Peşəsindən asılı olmayaraq hər bir insan öz vəzifəsini layiqincə yerinə yetirməli, işini düzgün və tam görməlidir. Bu həm də onun insanlıq borcudur. Öz öhdəliyinin dərk etmək və bunun məsuliyyətini hiss etmək gərəkdir.  

İnsanların vətən qarışında olduğu kimi, ailələri qarşısında da vəzifə və borcları vardır. İşləyib ailənin maddi-mənəvi ehiyaclarını ödəmək, onların qayğısına qalmaq və s.  Mənim də ailəm, vətənim və Allah qarşısında vəzifələrim var. Valideynlərimin sözünə baxmaq , dərslərinə çalışmaq, vətənini öyrənmək, sevmək və ona hörmət etmək. Yaxşılıq etmək, doğrunu demək, haqqın tərəfində olmaqs isə bizim Yaradan qarşısındakı əsas vəzifələrimizdir.

Lazım olanın edilməməsi məsuliyyətsizlik və özbaşınalıq sayılır. Əgər insanlar öz vəzifə və borclarını yerinə yetirməsəydi, o zaman ölkədə xaos, münaqişə və qarmaqarışıqlıq yaranardı. Bu da böhranın yaranmasına və tənəzzülə səbə b olardı. Bu belə vəzifələrimizi yerinə yetirməyin nə qədər önəmli olduğunu bariz şəkildə göstərir.

 Vəzifələrimiz hər cür mənfəətdən üstündür. Öz vəzifəsini mənfəətdən üstün tutanlar isə vicdan satqınlar və xainlərdir. Məsuliyyət hissi olmayan, acgöz, yalançı və qorxaq insanlar öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırarlar.

Öz vəzifə və borclarını layiqincə yerinə yetirən insan əsl vətənpərvər kimi digərləri üçün də gözəl örnək olur. Unutmayaq ki, yaxşı bir insan olmaq, öz üzərnə düşən vəzifələri doğru bir şəkildəcə yerinə yetirmək hər birimizin əsas mənəvi borcudur.Hər kəs öz vəzifəsini  düzgün və layiqincə yerinə yetirərsə, o zaman ölkəmiz daha inkişaf edib irəli gedər.


Vəzifə böyük işlər görmək deyil lazım olanı etməkdir inşa

Bənzər mövzular:

Axtarış sözləri: vəzifə böyük işlər görmək deyil lazım olanı etməkdir haqqında inşa,vəzifə böyük işlər görmək deyil inşa,vəzifə böyük işlər görmək deyil lazım olanı etməkdir haqqında məlumat,vezife boyuk isler gormek deyil lazim olani etmekdir haqqinda inşa,vezife boyuk isler gormek deyil lazim olani etmekdir insa,vezife boyuk isler gormek deyil lazim olani etmektir movzusunda insa,vezife boyuk isler gormek deyil lazim olani etmekdir haqqinda insa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 68

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir