Uşaq hüquqları haqqında esse

uşaq hüquqları haqqında esse,uşaq hüquqları haqqında inşa, usaq huquqlari haqqinda insa,usaq huquqlari hansilardir,usaq huquqlari haqqinda melumat,uşaq hüquqları haqqında məlumat
3.7
(6)

Bu məqalə Uşaq hüquqları haqqında esse yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

uşaq hüquqları haqqında esse

GİRİŞ

Uşaqlar bizim gələcəyimizdir və onlar da yaşamaq üçün insani hüquqlara sahibdirlər. İrqi, dili, milləti nə olurla olsun hər bir uşağın haqqı var ki, öz hüquqlarından istifadə etsin. Bu onun fərdi inkişafı və xoşbəxt gələcəyi üçün labüddür.

ƏSAS HİSSƏ

Gələcəyimizin necə olması bu gün uşaqların haqq və hüquqlarını necə təmin etməyimizdən asılıdır. Mən də sizin kimi bir uşağam.  Yaşamaq, inkişaf etmək və öz gələcəyimi qurmaq  üçün öz huquqlarım var.  Dövlətimiz və onun qanunları da bu baxımdan uşaqların hüquqlarnı qoruyur, onun təmin edilməsi üçün tədbirlər görür.

Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Bu onun təbii ehtiyacıdır və insan kimi formalaşması üçün vacibdir.

Həmçinin hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlətimiz uşaqların həyatının təhlükəsizliyini  və sağlam inkişafını tə min edir, onları risklərdən qoruyur, sağlamlığın qorunması məqsədilə tədbirlər görür. Bu baxımdan  öz vəzifəsini layiqincə yerinə yetirən əsgər, polis və həkimlərimizə minnətdarıq.

Bütün uşaqların dəyərlərimizə uyğun, əxlaqi normalar əsasında tərbiyə almaq hüququ vardır. Bu hüquq doğrunu bilmək və yalnışlardan uzaq olmaq.özünə və ətrafında hörmət etməyi öyrənməyə imkan verir.  Tərbiyə hüququmuz  ailə və məktəb tərəfindən həyata keçirilir.  

Həmçinin biz uşaqların ailədə valideynlərimiz  ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququmuz vardır. Hər bir uşaq ailəsindən sevgi və qayğı görmək istər. Bu hər birimizin mənəvi ehtiyacıdır və şəxsi inkişafımız üçün çox vacibdir.

Uşaq hüquqları haqqında esse

uşaq hüquqları haqqında esse,uşaq hüquqları haqqında inşa, usaq huquqlari haqqinda insa,usaq huquqlari hansilardir,usaq huquqlari haqqinda melumat,
Uşaq hüquqları haqqında esse

  Uşaqlar azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.   Uşaqlarla qəddar rəftar olunması, hüquq və azadlıqlarının əlindən alınması, onlara qarşı psixi və fiziki zor tətbiq edilməsi uşaq hüquqlarını pozulması deməkdir. 

 Dövlətimiz sayəsində biz uşaqlar  ad və vətəndaşlıq almaq , ailədə yaşamaq, şərəf və ləyaqətinin müdafiə etmək, istirahət etmək və bunun kimi digər hüquqlara da sahibik.

Məncə hər uşaq öz hüquqlarını yaxşı bilməli və onu tələb etməyi bacarmalıdır.

Məncə bir uşağa edilə biləcək ən böyük pislik onun haqq və hüquqlarını əlindən almaqdır. Bunun özü bir cinayətdir və cəzası vardır.

Təəssüf ki, dünyada öz hüquqlarında məhrum qalan, öz huquqlarını bilməyən milyonlarla uşaq var. Onlar maddi və psixoloji problemlərdən əziyyət çəkir və öz uşaqlıqlarını olduğu kimi yaşaya bilmirlər. Bu da onların şəxsi inkişafına və xoşbəxtliyinə çətinliklər yaradır. Xüsusi Afrika, Cənubi Amerika və Asiyanın kasıb ölkələrində uşaqların böyük əksəriyyəti bu şəkildə yaşayır.

NƏTİCƏ

Biz hər birimiz öz hüquqlarımız bilməli və onu tələb etməliyik.Buna hər kəsin haqqı vardır.

Uşaqları hüquqlarından məhrum etməməli və buna imkan verməməliyik. Çünki bir uşağın hüquqlarını əlindən almaq həm də onun gələcəyini oğurlamaq deməkdir.  Gəlin onların hüquqlarını qoruyaq və təmin edək. Axı onlar bizim gələcəyimizdir.

Bənzər mövzular:

Axtarış sözləri: uşaq hüquqları haqqında esse,uşaq hüquqları haqqında inşa, usaq huquqlari haqqinda insa,usaq huquqlari hansilardir,usaq huquqlari haqqinda melumat,uşaq hüquqları haqqında məlumat,uşaq hüquqları hansılardır,uşaqların hüquqları haqqında,uşaqların hüquqlarının qorunması

YAZIYA QİYMƏT VER!😉

sponsor 3

Ortalama 3.7 / 5. Səs sayı: 6

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir