Bu məqalə “Sülh mənim xoşbəxt yaşamağımdır“ mövzusunda inşa yazmağınıza yardım edəcək.Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın
Hər kəs bu dünyada xoşbəxt yaşamaq istər. Bu hər bir insanın öz haqqıdır. Xoşbəxliksə yalnız sülh və sevginin olduğu yerdə böyüyüb çiçək açır.
Bəs sülh nədir?
Sülh əmin-amanlıq və dinc bir şəkildə yaşama tərzidir. Həyatı və insanları sevən sülhü də sevər. Sülh həm də qarşılıqlı anlayış və hörmət deməkdir. Bir-biriini başa düşən və hörmət edən insanlar hər zaman xoşbəxt yaşayırlar. Bağışlamağı və barışmağı bacaranlar sülhsevər insanlardır. Onlar nifrət, kin, paxıllıq kimi mənfi hislərdən uzaq olurlar. Çünki, yaxşı bilirlər ki, mənfi hislər insanın həm özünə həm də ətrafına zərər verir. Mənfi hislər bəsləyərək xoşbəxt olmaq və sülh içində yaşamaq mümkün deyildir. Əgər bir insan xoşbəxt deyilsə deməli o sülh içində yaşamır. Özüylə sülh içində deyil, dünyayla sülh içində deyil.
Mən sülhsevər insanam və hər kəsə hörmət etməyi, anlayış görtərməyi sevirəm. Bu həm başqalarını həm də məni məmnun edir. Məncə insan sevmək və sevilmək istəyirsə sülhsevər insan olmağı bacarmalıdır. Əsl xoşbəxliyin nə olduğunu pis insanlar deyil, yaxşı insanlar bilər.
Ancaq elə adamlar var ki, onlar dava və mübahisələr meyllidirlər. Qarsındakına hörmət etmək və onu anlaamaq istəmirlər. Bu cür adamlar öz xoşbəxtliklərinə əngəl olur, bu azmış kimi, ətrafındakı digər insanların da xoşbəxt yaşamasına da mane olurlar.
Sülh sadəcə dövlətlər arasında olmur. Sülh hər yer üçün keçərlidir. Ailə, məktəb, iş yeri və s.. Sülh İlk öncə Ailədən başlayır. Ailə üzvləri arasında mehribançılıq, nəzakət və hörmət varsa deməli onlar sülh içində xoşbəxt yaşayırlar. Belə mühitdə, uşaqlar sağlam və xoşbəxt böyüyür, gələcəkdə daha uğurlu bir həyat doğru inamla addımlayırlar.
Bənzər Mövzu: Sülh Haqqında Aforizmlər və Sözlər
Sponsor Linklər
Məktəbdə müəllim və şagirlər arasında xoş rəftar, anlayış və hörmət varsa demək onlar sülh içində birgə olmağı bacarırar. Belə mühitdə dərslər daha maraqlı və xoş keçir ki, bu da təhsilin keyfiyyətini artırır. Nəticədə şagirdlər dərslərində daha müvəffəq olur və yaxşı nəticələr qazanırlar.
Göründüyü kimi, sülh olan hər yerdə səadət, inkişaf və tərəqqi var. Dava,müharibə və münaqişələrin olduğu yerdə isə hər zaman böhran və tənəzzül yaşanır. İnsanlıq artıq daha yaxşı dərk etməli və hər kəs sülh içində yaşamağı öyrənməlidir.
Millətimiz dünyanın ən sülhsevər millətlərindən biridir. Burda əsrlər boyu bir çox millətin nümayəndəsi sülh içində rahat və dinc bir şəraitdə yaşayıb və yaşamaqdadır. Vətənim dünyaının az sayda olan multikultural, yəni çoxmədəniyyətli ölkələrindən biridir. Burda dilindən, dinindən, irqindən asılı olmayarq hər kəs sülh şəraəitində xoşbəxt yaşaya bilər. Ayrıseçicilik və irqçilik bizim məmləkətdə yoxdur. Bütün dünya bilir ki, mənim xalqım sülhsevər xalqdır Mən fəxr edirəm ki, belə bir millətin nümayəndəsiyəm.
Çox şükür Allaha ki, Qarabağ münaqişəsi bizim xeyrimizə sülhə həll olundu. Hansı ki, bu münaqişə bizim sülh və əminamanlığımıza, xoşbəxt yaşamağımıza bir təhdid idi. Şanlı müzəffər ordumuz işğal altında olan torpalarımızda sülhü bərpa etdi. Artıq yurdundan didərgin düşən milyonlarla qaçqın və məcburi köçkünlərimiz xoşbəxtdirlər. Və keçmiş günlərdəki kimi yenə Qarabağda sülh içində xoşbəxtcəsinə yaşayacaqlar
Ancaq sülh içində xoşbəxt yaşamaq hər kəsə nəsib olmayıb. Təəssüf ki, bu gün dünyada sülhə həsrət qalan milyonlarla insan var. Hansı ki, müharibədən və terrordan əziyyət çəkirlər, öz evlərini və yaxınlarını itiriblər. Onlar üçün xoşbəxtlik sadəcə adi kəlmədir. Ürək ağrıdan odur ki, onların arasında əksəriyyət günahsız uşaqlar, qadınlar və qocalardır. Sülh içində yaşamaq onların da haqqıdır. Ancaq bu haqq onların əlində oğurlanıb, torpaqları talan olunub və viran edilib.
Allahdan istərdim ki, Qarabağ münaqişəsi kimi dünyanın bütün münaqişələri və müharibələri həll olunsun. Müharibələr dayansız, günahsız insanlar artıq ölməsin və bütün dünyaya sülh yayılsın. Daha gözəl bir dünya ümidi ilə sağ olun.
Bənzər mövzular:
Axtarış sözləri: sulh haqqinda insa,sulh haqqinda esse,sulh haqqinda melumat,biz sulh isteyirik insa,elm ve sulh insa,sülh haqqında,mən sülh istəyirəm inşa,sulh menim xosbext yasamagimdir,mən sülhə səs verirəm inşa,sülhə aid inşa
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!

