Bu məqalə “Şər və pislikdən uzaq olmaq“ mövzusunda esse yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
Dünya hər birimiz üçün bir sınaqdır. Bu sınaqdan o adamlar üzüağ çıxır ki, onlar yaxşılığı seçir və pisliklərdən uzaq olurlar. Və pis əməllərdən uzaq olmaq insanın özünə və ətrafına edə biləcəyi ən böyük yaxşııqlardan biridir.
Pislikdən uzaq olmağın ən yaxşı yolu, elə yaxşılığa yaxın olmaqdır. Şər və pisliyi seçərək bu dünyada heç kəs xoşbəxt olmayıb.
Atalar yaxşı deyib:
“Yaxşılıq yaxşılıq gətirər, yamanlıq nəyə gərəkdir? “
Pislik edən də özünə edir, yaxşılıq edən də. Çünki, pislik də, yaxşılıq da, gec-tez insanın özünə qayıdır. Yəni ALLAH, heç nə qarşılıqsız qoymur. Hər əməlin bir bədəli vardır. İstər yaxşı olsun, istər pis. İnsan bunu dərk etməli, kiçik böyük demədən pisliklərdən uzaq olmağı bacarmalıdır. Çünki, bəzən kiçik kimi görünən şər əməl böyük pisliklərə gətirib çıxara bilir.
Sponsor Linklər
Tənbəllik və nadanlıq çox vaxt adamı pisliyə yönəldir. Ancaq zəhmət və kamal insanı bütün pisliklərdən uzaq edir və onu yaxşıya yönəldir.
Bəs şər və pislik dedikdə nələr nəzərdə tutulur?
Şər və pislik yaxşılığın əksidir və geniş anlayışdır. Aldatmaq, incitmək, oğurlamaq, haqsızlıq etmək, şər atmaq, hörmətsizlik etmək və . s buna bənzər pis əməllər bura aiddir. Bu əməllər insana kiçik fayda verə bilər, ancaq sonda peşmançılıq və ziyandan başqa heç nə vermir. Yaxşılıq qədər insanı ucaldan və pislik qədər insanı alçaldan bir şey yoxdur.
Yaxşılığı seçmək və yaxşı bir insan olmaq çətin deyil. Ancaq sənə pis davranan birinə qarşı pis olmamaq, yenə pislikdən uzaq olmağı seçmək böyük insanların seçimidir.
Atalar sözündə deyildiyi kimi:
Yaxşılığa yaxşılıq hər kişinin işidir Yamanlığa yaxşılıq nər kişinin işidir.
Məsələn, bəzən insanın qarşısına onu bilərəkdən incidən, yalan danışan, haqsızlıq edən adamlar çıxır. Əgər Sən də onlara qarşı eyni cür rəftar etsən, onlar kimi pisliyə yaxın olarsan. Bu kimi hallarda səbrli olmaq və o insanın doğru yola gəlməsi üçün dua etmək ən doğrusudur.
Bəzən ən yaxşı insanlar belə, bilmədən və istəmədən pislik edə bilirlər. Əsas məsələ bunu başa düşmək və bir daha təkrar etməməkdir. Allah insana səhv etmək haqqı verib ki, o pis və yaxşını, doğru və yanlışı bir-birində ayıra bilsin. Yəni həyatı öyrənərək yaşasın, özünü inkişaf etdirsin.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Ancaq səhvi bilərək və istəyərək təkrar etmək böyük günahdır. Məsələn, bilərəkdən kiminsə qəlbini qırır, onun haqqını oğurlayır, şər atır və yalan danışır. Sanki, bəziləri pislik edib günah işləməkdən beləcə həzz alırlar. Ancaq bu pisliklər sonda insanın özünə qənim olur.
Həyat seçimlərdə ibarətdir və bizi biz edən seçimlərimizdir. Bəziləri pisliyi seçər, bəziləri yaxşılığı. Bəziləri yanlışı seçər, bəziləri də doğrunu. Uca Yaradan hər birimizə öz müqəddəs kitabında pisliklərdən uzaq olmağı və yaxşı bir insan olmağı buyurur. Piskliklərdən uzaq və yaxşılığı insanın öz ixtiyarındadır. İnsan istəsə doğrunu və yaxşını seçərək ən ucalardan biri olar. Ya da, şər və pisliyi seçib heyvandan da aşağı olar.
Əslində pislik də pis insanlar da bu dünyada olmalıdır. Onlar bizlərə yaxşılığın və yaxşı insanların dəyərini göstərirlər. Məhz bu sayədə şər və pisliyin zərərlərini görür, yaxşıları daha çox sevirik. Hər birinizə xeyirxah və yaxşı bir insan olmağı arzulayıram. Qoy insanlar səni yaxşlıqlarıyla tanısın və sevsin.
Bənzər mövzular:
- Xeyirxah insanlar unudulmur insa
- Elm və sülh cəhalət və müharibəni məğlub edəcək haqqında inşa
- Yaxşılıq və pislik haqqında atalar sözləri
Axtarış sözləri: şər və pislikdən uzaq olmaq fikrini necə başa düşürəm haqqında esse,şər və pislikdən uzaq olmaq haqqında esse,ser ve pislikden uzaq olmaq esse,ser ve pislikden uzaq olmaq fikrini nece basa dusurem,ser ve pislikden uzaq olmaq haqqinda insa,ser ve pislikden uzaq olmaq insa,ser ve pislikten uzaq olmaq movzusunda esse, şər və pislikdən uzaq olmaq inşa,ser ve pislikden uzaq olmaq fikrini nece basa dusurem?


Əladır
Çox sağol
Əladır amma yazı xətaları var
Salam çox sağolun sabaha olan
dərsimi yaza bildim
Esse yazdığım ən yaxşı sayt🙄
Çooooooooooox gözəl halal olsun zəhmətinizə🥰❤
Cox sagolun eeee sehere edebiyyatdan haziram sizin sayenizde@}
Təşəkürlər ♥️
Duzdur qaqa
Çox sağolun sabah 5 alacam
Sağ olun 🤍
coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx gozel eseler burdadirrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr