Novruz mənim ən sevdiyim bayramımdır. Ən gözəl anlarımı mən məhz Novruzda yaşamışam. . Sevimli fəslim olan baharı Novruzla bərabər keçirmək ayrıca gözəldir.
Novruz bayramı çox rəngarəng və əyləncəli dir. Bu bayramda böyükdən-kiçiyə hər birimiz deyir, gülür, əylənir, birgə xoş anlar keçiririk. Keçəl və kosanın tamaşaları Novruza ayrı bir gözəllik qatır. Onlar öz gülməli söz-söhbətləri, əyləncəli oyunları ilə hər kəsə sevinc bəxş edir, bayramı unudulmaz edirlər.
Novruzda ən sevdiyim adətlərdən biri də papaq atmaqdır. Maraq və həyəcanla papaq atıb gözləmək, daha sonra novruz sovqatını dostlarla bölüşmək olduqca gözəldir.Papaqda paxlava olduqda sevincimin həddi-hüdudu olmur. Paxlavanı çox sevdiyimi bilən dostlarım çox vaxt öz paylarını mənlə bölüşürlər.
Novruzun ən çox sevilən digər adəti tonqal qalamaq və üstündən tullanmaqdır. Qohum-qonşuların bir odun ətrafında toplanması, əylənməsi, bir-birinin sevincinə şərik olması həqiqətən gözəldir.
Novruzda ürəklər də tonqallar kimi sevincdən alışıb-yanır, gözlər odun işıqları kimi qaranlıqda parlayır.
Mən ən çox da yumurtaları boyamağı və yumurta döyüşdürməyi sevirəm. Bu oyunda mən olduqca mahirəm və çoxlarını öz rəngli yumurtlarımla məğlub edirəm. Həmçinin Anamla bərəbər səməni cücərtməyi və xonça bəzəməyi də çox sevirəm.
Sponsor Linklər
Novruz bayramı gəlişi ilə yurdumuza öz gözəlliklərini, öz bərəkətini gətirsin. Mən həm də istərdim ki, bu il Novruzu Şuşamızda qeyd edək. Məncə Bahar bayramımız Şuşamıza çox gözəl yaraşır.
Hər il bu bayram bizə sevdiklərimizi daha yaxın edir, dostlarla, qohum-qonşularla xoş anlar keçirməyimiz üçün gözəl fürsət yaradır.Nə yaxşı ki belə gözəl bayramımız var.
Novruz bayramımız mübarək olsun!
Açar sözlər: novruz bayramina aid insa,novruz bayramı haqqında inşa novruza aid inşa, novruz haqqında inşa, novruz bayramına aid inşa, novruz bayramı haqqında esse novruz bayrami haqqinda insa novruza aid insa