Bu məqalə “Mən prezident olsaydım nə edərdim“ mövzusunda inşa yazmağınıza yardım edəcək. İnşa sənə fikir vermək məqsədiylə yazılıb. Çalış ki, inşaya öz fikir və sözlərini də əlavə edəsən..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaş.
Şübhəsiz, dövləti idarət etmək dünyanın ən çətin və məsuliyyətli işlərindən biridir. Bir vətəndaş olaraq ölkə rəhbərimizə inanır və dəstək oluruq.
Prezident olsaydım İlham Əliyevin uğurlu siyasətini davam etdirməklə bərabər, bir sıra yeni qərarlar və qanunlar qəbul edərdim. Məsələn, öncə uşaq pulunu və pensiyaları qaldırardım. Uşaqların daha yaxşı yaşaması, maddi-mənəvi ehtiyaclarının ödənməsi və şəxsi inkişafları üçün bu gərəkdir. Belə olsa bizə daha parlaq bir gələcəyə ümid edə bilərik.
Mən prezident olsaydım rayonlarda çoxlu iş yerlərinin yaradılması üçün sahibkarlara daha çox dəstək olardı. Dövlət dəstəyi nəticəsində digər rayonlarımızda fabrik və zavodlar tikildikcə, insanlar Bakıya axın etmək məcburiyyətində qalmaz. Böyük şirkətlərin, zavodların çoxunun Bakıda olması əhali sıxlığı yaradır ki, bu da bir sıra problemlərə və çətinliklərə gətirib çıxarır. Rayonlarımızda yeni iş yerləri artdıqca, işsizlik azalmaqla bərabər, ölkə iqtisadiyatı da daha çox inkişaf edərdi.
Ölkə rəhbəri olsaydım, Prezidentimizin yaratmış olduğu Asan xidmət mərkəzlərini digər rayon və şəhərlərimizdə daha da çoxaldardım. Bu mərkəzlər ilə insanlar bir yerə gedərək asan və rahat şəkildə bir çox problemlərini həll edə bilirlər.
Sponsor Linklər
Azərbaycanın prezidenti olsaydım, metroları, marşrutları əlilər, Qarabağ qaziləri və qocalar üçün pulsuz edərdim. Bununla bərabər əlil və qazilərimizin pensiyasını artırmaqla bərabər, onların yeni peşə və sənət öyrənmələri üçün şərait yaradardım. Məsələn, rəssamlıq, dizaynerlik,mühasibatlıq və s.
İlham Əliyev kimi prezident olsaydım, müəllimlərin və həkimlərin maaşlarını, ən az polis və hərbçilərimizin maaşı qədər yüksək olması üçün çalışardım. Müəllimlər gələcəyimiz olan gənclərimizi yetişdirir, təlim-tərbiyə verir. Həkimlərimizə isə sağlamlığımızı əmanət edirik. Məncə həkim və müəllimlərin maaşı qalxsa, təhsil və səhiyyəmizin səviyyəsi də bir qədər qalxardı.
Ölkə prezidenti olsaydım, həmçinin neft-qazdan gələn vəsait hesabına elm və texnologiyaya milyonlar yatırardım. Çünki, bunlar bizdə digər ölkələrlə müqayisədə zəif inkişaf edib. Elmimiz və texnologiyamız inkişaf etdikcə biz də zamanla telefonlar, komputerlər, maşınlar istehsal edərdik. Bununla bərabər daha çox xarici şirkətləri ölkəyə dəvət edər, onlara güzəştlər edib ölkəmizdə öz fabrik və zavodlarını açmamaları üçün şərait yaradardım. Vergi güzəştləri edər, xarici şirkətlərə bir sıra imtiyazlar(imtiyaz- üstünlük, güzəşt) verərdim. Bu həm işsizliyi aradan qaldırar, həm də iqtisadi gücümüzü daha da artırardı.
Bütün bunlarla bərabər SOCAR kimi dünyada tanınan, başqa böyük şirkətlərin yaradılması üçün dəstək olardım. Çünki, bizim dünyada tanınan böyük markalarımız, şirkətlərimiz çox azdır.
Prezident ola bilsəydim, Bakıda keçirilən beynəlxaq konfransların, tədbirlərin və idman yarışlarının bir çoxunu Qarabağda təşkil edərdim. Beləcə Qarabağımız həm dünyada daha tanınar həm də turizmi,ticarəti və nəqliyyətı daha da inkişaf edərdi.
Mən prezident olsaydım rüşvətlə daha yaxşı mübarizə aparmaq üçün işlər görərdim. Çünki, rüşvət dövlətin inkişafı və güclənməsi yolunda ən böyük əngəldir. Rüşvətin sayəsində ən ağıllı və bacarıqlı insanlar deyil, ən pullu insanlar qabağa çəkilir. Düzgür, prezidentimiz tərəfindən bu məqsədlə müəyyən işlər görülür. Məsələn, rüşvət alan nazirlər, məmurlar artıq bir-bir cəzalandırılır. Mən olsam, rüşvətin kökünü kəsmək üçün hər şeyi edərdim. Özbaşınalıq edən, qanunları pozan vəzifəli şəxsləri daha sərt cəzalandırardım ki, digərlərinə da dərs olsun.
Prezident olsaydım güclünü haqlı etməkdənsə, haqlını güclü edərdim. Çünki, dövlət hakimiyyətinin əsas dayağı haqq və ədalətdir. Dövlət gücünü ədalətdən alsa daha güclü olar. Vəzifəsindən asılı olmayaraq qanunlara əməl etməyən, haqsızlıq və cinayətkarlıq törədənləri sərt şəkildə cəzalandırar, qanunların daha yaxşı işləməsi üçün tədbirlər görərdim.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Bütün bu sadaladığım arzu və istəkləri ölkə rəhbərimiz zatən bir-bir həyata keçirir. Biz prezidentimizə güvənir və onunla birgə daha yaxşı bir Azərbaycana ümid edirik. Ümid edib inanmaqla bərabər hər birimiz, Azərbaycanın daha da yüksəlişi, inkişafı üçün əlimizdən gələni etməliyik.
Mən prezident olsaydım nə edərdim inşa
Bənzər mövzular:
- Mən deputat olsaydım esse
- Bir günlük ölkə başçısı olsanız nə edərdiniz
- Hər şey vətəndaş üçün haqqında esse
- Torpaq bizim sərvətimizdir inşa
Axtarış sözləri: bir gun prezident olsam,mən prezident olsaydım inşa,mən prezident olsaydım nə edərdim inşa,men prezident olsaydim ne ederdim,eger prezident olsaydim insa,men prezident olsaydim ne ederdim insa,men prezident olsaydim xalqim ucun ne ederdim insa bir günlük ölkə başçısı olsanız nə edərdiniz inşa,