Bu məqalə “Mən böyüyəndə kim olmaq istəyirəm“ mövzusunda esse yazmağınıza yardım edəcək.Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
Qeyd edək ki, məqalədə 2 esse yer alır:
ESSE 1: Mən böyüyəndə həkim olmaq istəyirəm.
Giriş
Hər kəsin uşaqlıqda bir arzusu və xəyalı olur. Və bizdən soruşanda ki,böyüdükdə kim olmaq istəyirsən, bu arzu və xəyallarımıza görə cavablar veririk. Məncə xoşbəxt o insandır ki, bu suala özü cavab tapır və çalışıb öz arzularını gerçəkləşdirir.
Əsas hissə
Sponsor Linklər
Mən böyüdükdə yaxşı həkim olmaq və insanları sağaltmaq istəyirəm.
Əsl həkimlər mənim gözümdə hər zaman xilaskar mələklər kimi görünüb. Onlar hər gün minlərlə insanın həyatını xilas edir, xəstəliklərini sağaldır və onlara daha sağlam bir həyat bəxş edirlər.
Xəstələndikdə , canımız ağrıyanda və ya yaralandıqda məhz onların yardımı sayəsində daha yaxşı oluruq. Ağ xələtli bu xilaskar insanlara hələ balaca vaxtlarımdan heyran olmuş, onlara həsəd aparmışam.
Bir dəfə çox sevdiyim babam ağır xəstələndi. Hər zaman məni parka aparar, xoş vaxtlar keçirərdik. Ancaq bu dəfə yerindən dura bilmirdi. İstiliyi vardı və yaman tər içində idi. Su istədikdə tez su gətirir, dərmanlarını atmaqda kömək edirdim. Onun qayğısına qalır və hərdən zarafatlar kefini açmağa çalışırdım. Ancaq babam əvvəlki deyildi. Mən onda başa düşdüm ki, xəstələr nələr çəkir.
Yaxşı ki, ağ xələtli həkim tez gəldi və babamın sağaltdı. Bu, həkimliyə olan sevgimin və hörmətimin artmasına səbəb oldu.
İnsanların xəstəlik və problemlərdən əziyyət çəkdiyini kədərli və qəmgin olduğunu görmək mənim bir insan kimi ürəyimi ağrıdır. Onlar üçün nə edə bilərəm deyə xeyli düşündüm və ən sonunda həkim olmağa qərar verdim. Bu mənim həyatımda etdiyim bəlkə də, ən gözəl qərardır.
Hətta ilkin tibb yardım qaydalarını indidən öyrənmişəm. Bu mənim işimə çox yaradı. Belə ki, bir gün pişiyimin ayağı yaralanmışdı. O, mənimlə oyunlar oynaya bilmirdi. Dərhal yarasını təmizləyib band ilə sarıdım. Bunu edərkən, mümkün qədər onu incitməməyə çalışdım. Bir neçə gün sonra pişiyim sağaldə və yenə onunla oyunlar oynadıq. Bu məni çox xoşbəxt etmişdi.
Əminəm ki, xəstəlikləri sağaltmaq, insanlara daha sağlam bir həyat bəxş etmək və onların xoşbəxt yaşamasına töhvə vermək mənim özümü də xoşbəxt edəcək.
Yadımdadır bir dəfə mənim həkimim belə demişdi:
“Xəstəni birinci sevgi sağaldır, sonra isə dərman.
Əgər sən də böyüdükdə həkim olub insanları tez sağaltmaq istəsən, onlara hər şeydən əvvəl sevgi göstər. “
Əlbəttə öz həkimlik peşəsini layiqli yerinə yetirməyən və həkimlik adına xələl gətirənlər də var. Məncə belələri insanların ümidləriylə oynayır, onların pulunu və puldan da dəyərli vaxtlarını oğurlayırlar. Ondansa bu peşəni tərk edib getsələr yaxşıdır. Onların ucbatından insanlar yaxşı həkimlərə də inanmaqda çətinlik çəkir.
Mən də istərdim ki, dünyada heç bir xəstəlik və xəstə olmasın. Ancaq belə olsaydı onda bilməzdik, kim bizi həqiqətən sevir və bizim üçün əsl dostdur.
Xəstəliklərin sayəsində biz həqiqətən ürəyi şəfqətli və yardımsevər insanları tanımışıq oluruq.
Nəticə:
Yaxşı ki, dünyada şəfqəli həkimlər var. Bunu oxuduğum bu anda belə onlar minlərlə insanı sağaltmaqla məşğuldurlar. Onlar bizim qoruyucu mələklərimiz kimidir. Arzum budur ki, mən yaxşı həkim olub, insanlara daha sağlam və gözəl həyat yaşamaları üçün çalışım! Ey Həkimlər! İnsanlıq sizə minnətdardır!
Sağlam bir həyat diləyi ilə !
OXŞAR MÖVZU: Mən böyüyəndə Müəllim olmaq istəyirəm. (kliklə)
ESSE 2: Mən böyüdükdə mühəndis olmaq istəyirəm.
Giriş
Hər uşağın böyüdükdə olmaq istədiyi bir arzusu olur. Gecələr onun xəyalını qurur, səbrsizlikə böyümək istəyir və o günün yaşanacağına ümid edirlər. Məncə çətinliklər və yoxluqlar, bu xəyallara əngəl deyil. İnsan istəsə və inansa, böyüdükdə olmaq istədiyi birinə çevrilər. Yetər ki, əzmkar və çalışqan olsun.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Əsas hissə
Həmişə məndən də tez-tez soruşurlar: “Böyüyəndə kim olmaq istəyirsən?”
Bu sual qədər məni düşündürən ikinci bir sual yoxdur. Bəzilər deyir “Çox gözəl şəkillər çəkirsən, səndə rəssamlıq istedadı və incəsənət ruhu var.Böyüyəndə rəssam olmalısan.” . Digər insanlar deyir ki, yaddaşım və qavrayışım çox güclüdür. Hər şeyi tez öyrənirəm. Buna görə müəllim olmalıyam.”
Bütün bunlardan sonra çox düşündüm ancaq sonda ürəyimin səsinə qulaq verdim.
Mən böyüyəndə mühəndis olmaq istəyirəm. İçimdəki ən böyük arzum və xəyalım budur. Mühəndislərin yaratdığı ixtiralar, nəhəng və gözoxşayan binalar məndə böyük heyranlıq hiss oyadır. Bütün bunlar mənim xəyal və arzularıma ilham olurlar. Mühəndislər öz xəyalgücü və zəkaları ilə dünyamızı gözəlləşdirir, bizə daha rahat bir həyat bəxş edirlər. Dünyada məşhur mühəndislik möcüzələri var ki, çoxları tərəfindən bilinir və tanınır. Məsələn, Eyfel qülləsi, Misir piramidaları, Azadlıq heykəli, Qızıl Körpü, Bürc Xəlifə və s. Bunların hər biri insanı valeh edir və bir daha sübut edir ki, insanlar nəyə qadirdir.
Mən də öz xəyallarımla və yeni fikirlərimlə Azərbaycanda gözəl işlər görmuş və tanınmış bir mühəndis olmaq istəyirəm. Hələ uşaqlıdan fərqli binalar xəyal edir, sonra xəyalımdakının rəsmini çəkirdim. Hətta özüməxsus kiçik ixtiralarım da var. Doğrudur rəssamlığı və rəsm çəkməyi çox sevirəm. Ancaq bu mənim üçün bir hobbidir. Əslində isə bütün uşaqlar gözəl rəsmlər çəkir. Yəni hər bir insan uşaqlıqda rəssam olur. Mənsə xəyalpərəst bir uşaq kimi mühəndisliyi gələcək peşəm kimi seçmişəm.
Nəticə
Məncə Azərbaycanda yaxşı müəllimlər, həkimlər, musiqiçilər çoxdur ancaq yaxşı mühəndislər çox azdır. Yeni tikilən bəzi binalar, körpülər və digər proyektlər arasında uyğunsuzluq vardır. Bu da şəhərlərimizin gözəlliyinə xələl gətirir. Ölkəmizdəki layihələrin çoxunu baha qiymətə xarici mühəndislər edir. Düşünürəm ki, gəncləri bu sahədə yetişdirsək, onlara doğru təhsil və imkanlar versək,nəinki Azərbaycanda bütün dünyada tanınan, böyük layihələrdə iştirak edən mühəndislər olarlar. Bizə öz tarixini, öz mədəniyyətini bilən və sevən, buna görə bənzərsiz və gözəl layihələr yaradacaq gənc mühəndislər gərəkdir. Onlar Azərbaycanın qədimliyini qoruyaraq müasir mühəndislik möcüzələri yaratmalı, vətənimizin şan-söhrətini daha da ucaltmalıdırlar. Ümid edirəm ki, mənə də belə bir mühəndis olmaq qismət olar və gece-gündüz ölkəmiz daha da gözəlləşməsi üçün böyük layihələrdə çalışacam.
Mən böyüyəndə kim olmaq istəyirəm esse
Bənzər mövzular:
Axtarış sözləri: böyüyəndə kim olmaq istəyirəm haqqında esse,böyüyəndə nə olmaq istəyirəm esse,böyüyəndə kim olmaq istəyirəm esse,mən kim olmaq istəyirəm inşa,boyuyende kim olmaq isteyirem insa,mən böyüyəndə həkim olmaq istəyirəm inşa
çox əla köməy oldunuz💖
Tşk
Slm
sikerim
salam:)
Cox ela allah razi olsun.
Cox gozel məlumatlar var men bunu yalannan kocurmedim hequqetnde boyuyende calisacam ve hekim olacam❣️🤩🤗👩⚕️👩⚕️
Doğrudur
Əla
Pox kimiydi
Senin kimi
Ayə
Çok güzel sözler var
Anan
Ama mən aşbazlıq axtarırdım ama yenədə çox gözəl məlumatlar var tşk
Sağolun çox gözəl kömək etdiniz