Burdakı məqalə İnsan daim yeniliyə can atmalıdır haqqında inşa yazmağına yardım edəcək. İnşa sənə fikir vermək məqsədiylə yazılıb. Çalış ki, inşaya öz fikir və sözlərini də əlavə edəsən. Sonda şərh yazaraq öz düşüncələrini bizimlə paylaş.
Həyat hər daim yenilikləri sevir. Onlar həm də həyatımıza yeni sevinclər, həyəcən və təcrübələr qazandırır. Yeniliklərə can atdıqda, insan yeni şeylər öyrənmiş və kəşf etmiş olur. Şəxsi inkişaf və irəliləyiş məhz bu sayədə mümkündür. Hər nə qədər yeniliklər insanı qorxutsa da, onda böyük fürsət, böyük sevinclər gizli olur. Və sadəcə cəsarəti olanlar yeniliklərə can atıb ondakı böyük həyəcanı, sevinci və xoşbəxtliyi kəşf etmiş olurlar. İnsan məhz bu zaman həqiqətən yaşadığını hiss edir.
Bizim həyatımızda təkrar olmalıdır ancaq eynilik olmamalıdır. Yeniliklərin özünəməxsus cazibəsi vardır ki, daim insanı özünə cəzb edər. Ürəyimiz daima yenilikləri sevir və ona doğru getməyi arzulayır. Ağıl isə riskləri və ehimalları düşünür, bu da onda qorxu hissinin yaranmasına səbəb ola bilir. Bu səbəbdən ürəkli olmaq və yeniliklərə can atmaq gərəkdir.
Əgər bir insan həyatından məmnun deyilsə, deməli o yeni şeylərə can atmalıdır. Yeni vərdişlər, yeni dostlar və yeni məkanlar..Yeni yerlərə səyahət etmək insanın dünya görüşünü artırır. Yeni məqsədlər müəyyənləşdirmək və bunu həyata keçirmək insana daha mənalı və uğurlu bir həyat bəxş edir. Bütün bunlar üçün ilk öncə konfort zonadan çıxılmalıdır.Komfort zona həyatın təkrarlanan, heç bir yeniliyin və riskin olmadığı, dinc yaşam bölgəsidir. Bu monoton həyat tərzi rahat olsa da, burda inkişaf və irəliləyiş yoxdur. Rahatlığına həddən artıq düşkün insanlar həyatda bir uğur qazana bilməzlər. Həyatda böyük uğurlar qazanmış insanların həyat hekayələrini oxuduqda bunu görə bilərik. Yenilikdən məhrum monoton yaşam tərzinin sonu isə yalnız peşmançılıqdır.
Sponsor Linklər
İnsan o zaman inkişaf edir ki, o həyatında yeni arzular və hədəflər müəyyənləşdirir, inamla və böyük zəhmətlə bu arzuları gerçəkləşdirmək üçün çalışır. Əlbəttə bu yolda müəyyən çətinliklər, uğursuzluqlar yaşana bilir. Ancaq bunların hər biri insanın özünü və həyatı daha yaxşı tanımasına, yeni təcrübələr qazanmasına imkan yaradır. Yeniliklər həmçinin insanın həyatına xoş anlar və xatirələr qatır.
Dünyanı dəyişənlər, insanlığı irəli aparanlar hər zaman yeniliklərə can atan insanlar olmuşdur. Onlar yeni ixtiraları və kəşfləri ilə dünyamız bu günkü inkişafına çatmışdır. Yeniliklər insanda həyəcan və qorxu yarada bilir, çünki içində bilinməzlik vardır. Ancaq ən böyük fürsətlər və şanslar da məhz yeniliklərdə gizlidir. Və yalnız cəsarəti olanlar ona doğru addımlayıb, bu fürsətlərdən istifadə edərək, həyatda uğur qazanır. İnsan həyatdan şikayət etməkdənsə, özü bütün cəsarətini toplayıb inamla yeniliklərə can atmalı, həyatı yenidən kəşf etməlidir. Çünki, həyat hər zaman yeniliklərlə doludur.
İnsan daim yeniliyə can atmalıdır inşa
Bənzər mövzular:
- Hər bir insan öz uğurunun memarıdır haqqında esse
- Yeni il haqqında inşa
- Uğur haqqında aforizmlər və mənalı sözlər
Axtarış sözləri: insan daima yeniliyə can atmalidir inşa,insan daima yeniliyə can atmalıdır inşa,insan daima yeniliye can atir,insan daima yeniliklere can atmalidir,insan daima yeniliye can atmalidir haqqinda insa