Heyvanlar haqqında esse

heyvanlar haqqında esse,heyvanları qoruyaq esse,heyvan haqqinda esse,heyvanların öldürülməsi təbiətə ziyan vurur haqqında esse,heyvanlar haqda inşa,heyvanlar haqqinda inşa,heyvanlari qoruyaq haqqinda insa
2.2
(6)

Bu məqalə Heyvanlar haqqında esse yazmağınıza kömək edəcək. Essesizə fikir vermək məqsədiylə yazılıb. Çalışın ki, esseyə öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.


GİRİŞ

Heyvanlar canlılar aləminin ayrılmaz bir parçasıdır. Yer üzərində 2 milyondan çox heyvan növü mövcuddur.  Hər bir heyvan növü ölçüsünə, formasına, rənginə və yaşam tərzinə görə fərqlənir. Onlarsız təbətimizi təsəvvür etmək mümkün deyil.


ƏSAS HİSSƏ

Heyvanlar Yer kürəsinin hər yerində – havada, quruda, sularda, torpaqda yayılmışlar.   Bütün heyvanlar yaşadıqları coğrafi mühit şəraitinə uyğunlaşmışdır.Onlar ərazinin iqliminə və relyefinə görə təkamül etmiş, buna əsasən yaşam tərzləri və görünüşləri formalaşmışdır. Zamanla yaşadıqları əraziyə uyğunlaşır və adaptasiya olurlar.

Heyvanlar Ana təbiətimizin əvəzolunmaz tərkib hissəsidirlər. Bu canlıar təbiətimizə ayrı bir rəng və gözəllik qatırar. Onların sayəsində təbiətimiz daha canlı, maraqlı dolu və əyləncəlidir. Həmçinin heyvanlar olmasaydı dünyanın ekosistemi də pozulardı.  Təbiətin mövcudluğu, onun  tarazlığı və balansı həm də heyvanlar sayəsində mümkündür. Onların  hər biri digər canlı növləri ilə qarşılıqlı əlaqədə və təsirdə yaşayırlar.   

Heyvanlar da digər canlılar kimi dünyaya gəlir, qidalanır, böyüyür, nəslini artırır və ömürlərini tamamlayırlar. Ana təbiət onları da öz qoynunda bəsləyir və böyüdür, onlara yurd-yuva olur. Heyvanlar da təbiətdə yaşamaq uğrunda mübarizə aparır və ən güclüləri, bəzən də ən şanslıları həyatda qalır. Zəif vəya şansız olanlar isə digərlərinə yem olur.  Onlar insandan fərqli olaraq sadəcə fiziki gücün və cəldliyin hesabına həyatda sağ qala bilirlər.

Bir sıra heyvan növləri təbii fəlakətlər və aclıq ucbatında nəsli tükənmişdir.  Heyvan nəslinin tükənməsi sadəcə təbii fəlakətlərlə olmamışdır. Təəssüf ki, adəm övladı, bir çox heyvan nəslini dünya üzərindən silmişdir. Onlar Qırmızı kitaba salınmış və adları tarix olmuşdur. Nəsli kəsilmiş heyvanlar arasında Tüklü mamont, Xəzər pələngi, Nəhəng maral, Asiya fili, Dront, Tasmaniya canavarı, Dəniz inəyi,Dodo kimi bənzərsiz  heyvanlar vardır ki, artıq bunlardan dünyada bir dənə də olsun yoxdur.  Bu prosses indi də davam etməkdədir. Bəzi heyvanlar isə tam tükənməsə də nəsli kəsilməkdədir. Yəni onların tükənməsi böyük bir risk altındadır. Onlar arasında Vaşaq, Bəbir, Çita, Magellan pinqivini, Dağ qorillası, Qütb ayıları kimi məşhur heyvanlar da var. Heyvan hüquqları üzrə təşkilatlar və qurumlar etiraz etsə də, heyvanların  maddi qazanc naminə məhv edilməsi davam edir. Bu səbəbdən adları Qırmızı kitaba düşən heyvan növləri artmaqdadır.

Heyvansevərlərə bu heyvanlara qarşı edilmiş soyqırımdır və qəbulolunmazdır.  Hətta ümumiyyətlə heyvan ətini yeməyən insanlar da var ki, onlara vegeteryan deyilir. Onlar ətsiz də yaşamanın mümkün olduğunu və ət naminə heyvanların öldürülməsini qeyri-insani davranış hesab erdirlər.

Bu günə qədər heyvan haqları müdafiəçiləri və təşkilatları, bu canlıların qorunması üçün müəyyən layihələr hazırlamış, dünyanın bir çox ölkəsində aksiyalar və maarifləndirmə tədbirləri keçirmişdir.Bunların nəticəsidir ki, bir çox ölkədə günahsız heyvanları öldürmək, yaralamaq, onlara şiddət göstərmək qanunla qadağandır. Qanunu pozanlar isə cinayətə cəlb olunur və külli miqdarda cərimə edilir. Unutmayaq ki, heyvanların canları puldan daha dəyərlidir və əzizdir.


NƏTİCƏ

Heyvanlar da canlıdır və yaşamaq haqqına sahibdirlər. Onları da Allah yaradıb. Dilləri olmasa da, insan kimi hissləri, duyğuları var. Heyvanlar təkcə yeməyə və suya deyil, həm də  insan kimi sevgiyə və qayğıya möhtacdırlar. Yaradanı sevən onun yaratdıqlarını da sevər. Onlara şiddət göstərməməli, göstərənlərə isə öz narazılığımız bildirməliyik. Kimsəsiz heyvanları qoruyaq, sevək və bəsləyək.

Heyvanlar haqqında esse

Bənzər mövzular:

Axtarış sözləri: heyvanlar haqqında esse,heyvanları qoruyaq esse,heyvan haqqinda esse,heyvanların öldürülməsi təbiətə ziyan vurur haqqında esse,heyvanlar haqda inşa,heyvanlar haqqinda inşa,heyvanlari qoruyaq haqqinda insa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 2.2 / 5. Səs sayı: 6

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir