heyatda oz yerini tapan xosbextdir esse,heyatda oz yerini tapan insan xosbextdir esse,həyatda öz yerini tapan insan xoşbəxtdir haqqında esse,heyatda oz yerini tapan insan xosbextdir haqqında esse,həyatda öz yerini tapan insan xoşbəxtdir mövzusunda esse,həyatda öz yerini tapan insan xoşbəxtdir esse,həyatda öz yerini tapan xoşbəxtdir esse,heyatda öz yerini tapan insan xosbextdir haqqinda esse azerbaycan
4.2
(469)

Bu məqalə “Həyatda öz yerini tapan xoşbəxtdir  mövzusunda esse yazmağınıza yardım edəcək.Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

GİRİŞ

Uğurlu və xoşbəxt olmağı hər kəs istər. Əlbəttə, bu həyatda öz yerini tapan insanlara qismət olur. Bu insanlar həyatda öz yerini tapmış sayılır ki, onlar sevdiyi işi görür və sevdiyi həyatı yaşayır. Onlar işlərində daim öyrənib özlərini inkişaf edirməyi sevir, həyatını məqsədli və mənalı şəkildəcə yaşayırlar.

ƏSAS HİSSƏ


Həyatda öz yerini tapan insanlar bilik və bacarıqları, xarakterləri ilə hər kəsə nümunə ola biləcək insanlardır.Ətafındakı insanlar onlara həmişə hörmət bəsləyirlər.
Onların arasında tanınan və sevilən yazarlar, idmançılar, həkimlər, aktyorlar, iqtisadçılar və digər peşələrin nümayəndələri var. Həyatda öz arzu və xəyallarını tapmış bu insanlar gənc nəsil üçün, gələcək üçün əsl örnəkdirlər. Bu cür insnlar başqalarına da həyatda öz yerini tapması üçün dəstək olur,lazım gəldikdə yardım əllərini uzadırlar.
Həyatda öz yerini tapmaq üçün insan özünü tanımalı və nə istədiyini bilməlidir. Yəni insan bilməlidir ki, nəyi sevir və onu xoşbəxt edən nədir. Bunun üçün uşaqlara seçimlərində azadlıq verilməli və uşağın səhv edərək özünü tanımasına şərait yaradılmalıdır. Bu işdə məktəbin və ailənin böyük payı vardır. Allah hər insana bir istedad və bacarıq bəxş edib. Kimində musiqi istedadı vardır, kimində də rəssamlıq , şairlik vəya bir digər istedad. Lakin insanların bir hissəsi sahib olduğu isteddan xəbərsiz şəkildəcə yaşayır.Nəticədə bu istedadları aşkar edilmədiyi üçün zamanla zəifləyə və yox ola bilir. Bunun əsas səbəbi isə, uşaqlıqdan istedadını kəşf etməsi üçün onlara şərəit və imkan yaradılmamasıdır. Seçim haqqı əlində alınan, sevgiylə deyil qorxuyla böyüdülən, imkanlardan məhrum uşaqlar nə istədiyini bilməkdə çətinlik çəkə bilirlər.
Uşağın özünü kəşf etməsi, istedad və bacarıqlarını tanıması üçün valideynlər qədər müəllimlər də onlara dəstək olmalı, bunun üçün imkan yaratmalıdır. Elə uşaqlar var ki, onlar böyük incənət istedadları ilə doğulurlar. Elələri də var ki, sahib olduqları güclü yaddaş və yaradıcı zəkaları ilə digərlərindən fərqlənirlər. Onların arasında bəlkə də gələcəyin məşhur alimləri, həkimləri, mühəndislər, şair və rəssamları da var. Bu cür anadangəlmə istedada sahib uşaqları kəşf edib onlar üçün şəriat yaradılarsa, gələcək həyatlarında onlar öz yerini taparaq müvəffəq və xoşbəxt bir həyata sahib olarlar.

Həyatda öz yerini tapan xoşbəxtdir esse

NƏTİCƏ
Həyatda öz yerini tapan insanlar xoşbəxtdirlər. Çünki, onlar öz arzu və xəyallarını gerçəkləşdirmiş, mənalı və gözəl həyat yaşamağı bacaran insanlardır. Bu uğur həm onların özlərindən, həm ətraf mühitindən asılıdır.Əzmkar, iradəli və çalışqan insanlar həyatda xoşbəxt olmağa layiqdirlər.

Bənzər mövzular:

Axtarış sözləri: heyatda oz yerini tapan xosbextdir esse,heyatda oz yerini tapan insan xosbextdir esse,həyatda öz yerini tapan insan xoşbəxtdir haqqında esse,heyatda oz yerini tapan insan xosbextdir haqqında esse,həyatda öz yerini tapan insan xoşbəxtdir mövzusunda esse,həyatda öz yerini tapan insan xoşbəxtdir esse,həyatda öz yerini tapan xoşbəxtdir esse,heyatda öz yerini tapan insan xosbextdir haqqinda esse azerbaycan

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 469

İlk səs verən sən ol!

32 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir