[quads id=7]
Dağ simfoniyası haqqında  esse
3.9
(10)

Dağ simfoniyası haqqında  esse yazmaq üçün bu məqalə sizlərə yardım edəcək. Esse fikir vermək məqsədiylə yazılıb. Çalışın ona öz sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq bizə dəstək ola bilərsiz.


GİRİŞ 

Sinfoniya musiqi üçün əsər olub, hərfi mənası ahəngdar, avaz deməkdir. Ana təbiətin də öz ahəngi, avazı vardır. Təbiətin də öz müsiqi dünyası, nəğmələri var. 


ƏSAS HİSSƏ  

Meşələr,dağlar, səhra və dəniz də öz simfoniyasına sahibdir. Bu baxımdan təbiət bir musiqi orkestrinə bənzəyir. Quşların gözəl nəğmələri, çayların hüzur verən səsi, yağış və göy gurultuları, dəniz dalğalarının səsləri və s. bunların hər biri təbiət sinfoniyasının tərkib hissəsidir. Bu musiqi qrupunda hər bir varlığın özünəməxsus yeri və payı vardır.  

Dağ sinfoniyasında çaylar böyük önəmə sahibdir. Sakit vəya gur axan çaylar sanki dilə gəlir, danışır. Dağ çayları öz səsiylə təbiətin musiqi orkestrində xüsusilə seçilir.Xüsusilə bahar çağlarında dağ çayları aşıb-daşır, öz səsiylə bahar gəlişindən xəbər verir. Bundan əlavə dağlıq ərazilər adətən yağıntılı keçir. Yağan gur yağışlar, göy gurultuları dağ sinfoniyasının valehedici səslərindəndir.  

Uca dağlar da sanki canlı kimi hərəkət gəlir, tərpənir. Bu hərəkət nəticəsində daş və qayalar yerini dəyişir, dəyişmə zamanı müxtəlif səslər yaradırlar. Sürüşmələr zamanı sanki daşlar ayaq açıb yeriyir, ürpədici səsləri ilə varlıqlarını bəyan edirlər. 

Dağların belə bir maraqlı xüsusiyyəti də var ki,bu səslərin əks-səda yaradıb geri qaytarmasıdır. Məsələn, qışqıraraq dağa səsləndikdə, həmin səs dağa gedib eyniylə sənə qayıdır.   

Dağların ətrafındak sıx və seyrək meşələrdə yarpaqların xışılıtısı, küləyin səsi dağ sinfoniyasının bir parçasıdır.  

Dağlar həmçinin bir çox vəhşi və yırtıcı heyvan üçün əsas yurd-yuvadır. Ayı nəriltisi, canavar ulaması, çaqqal səslər tükürpədici təsirə malikdir.  

Dağın öz ritmi, öz sinfoniyası olmaqla bərabər, keçmişdə qaya və daşlardan insanlar öz musiqilərini, sinfoniyalarını yaratmışlar. Qədim əcdadlarımız daş parçalarını qayalara vuraraq ilk musiqi nümunələrindən birini yaratmış, nəğmələr bəstələmişdir. 


NƏTİCƏ 

Təbiət öz nəğmələri, bənzərsiz səsləri ilə zəngin bir musiqi dünyasına sahibdir. Dağ sinfoniyası onun bir parçası kimi həm hüzur verən, həm də ürpədici səslərə sahibdir. Bəlkə də təbiət, meşə, dağ və dənizlərin sinfoniyası ilə bütün canlılarla danışır, onlara nəsə izah etməyə çalışır. 


Dağ simfoniyası haqqında  esse

Bənzər mövzular:

Axtarış sözləri: Dağ simfoniyası haqqında  esse, dag sinfoniyasi haqqinda esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.9 / 5. Səs sayı: 10

İlk səs verən sən ol!

2 Comments

  1. Bu esseni oxuyarkən həm çox şey öyrəndim həm də özümü dağda hiss etdim.Bunu bizə görə paylaşdığınız üçün təşəkkürlər 🤍♥️

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir