Harada axar su varsa, orada yaşıllıq var mövzusunda esse yazmağınıza yardım etmək üçün bu məqaləni hazırladıq. Olduğu kimi köçürməyin və çalışın esseyə öz fikirlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşa bilərsiz.
Giriş
Su həyat mənbəyidir. Həyatı susuz təsəvvür etmək mümkünsüzdür. O, yüz minlərlə bitkiyə və heyvana həyat verir.
Əsas hissə
Axar sular yaşıllıqlar üçün qan damarıdır. Onlar məhz su vasitəsilə torpaqdan qidalanır, böyüyüb, inkişaf edirlər. Axar sular bitkilər üçün əsl həyat çeşməsidir.
Harada axar su varsa, orada yaşıllıq vardır. Çaylar, şəlalər, bulaqlar olan yerdə hər zaman sıx bitki örtüyü formalaşır. Heyvanlar aləminin ən sıx olduğu yerlər yaşıllıqlardır. Burada iri-xırdalı minlərlə növ heyvan məskuslaşır. Suyun hər damlası təbiət üçün əvəzolunmazdır.
Yaşıllıqlar da bizim üçün su qədər həyati önəmə sahibdir. Yaşıl yarpaqlı bitkilər fotosintez prossesi nəticəsində karbon qazını udur və oksigen qazını təbiətə buraxır. İnsanlar və bütün heyvanlar məhz bu sayədə nəfəs alır, yaşayırlar. Bizim yaşamağımız yaşıl bitkilərə bağlıdır. Bİtkilərin yaşaması isə axar sulara.
Sponsor Linklər
Axar suların bəslədiyi butün bu yaşıllıqlar həm də gözəllik və hüzur mənbəyidir. Yaşıl bitkilər həmçinin bizlər üçün sağlamlıq mənbəyidir. Burda bir çox şəfalı bitkilər bitir, inkişaf edir, Hansı ki, onlardan bir çox dərmanların hazırlanmasında istifadə olunur.
Bəzən axar sular insanlar tərəfindən çirkləndirilir, Bu da bitkilərin xəstələnməsinə,quruyub məhv olmasna səbəb olur. ,Bəzən də bu suların önü kəsilir və ya qurudulur. Xüsusilə də zavod və fabriklərdən gələn zərərli tullantılar axar sulara axıdılır. Bunu edənlər təbiətə necə bir zərər vurduqlarının fəqində deyillər. Onlar təkcə axar sulara deyil, həm də .minlərlə bitkiyə və heyvana zərər vururlar.
Yaşıllıqlar sadəcə bizim dünyamız üçün sadəcə oksigen mənbəyi deyil, həm də minlərlə canlı üçün yurd-yuvadır, sığınacaqdır.Bitkilər də, heyvanlar da canlıdır. Dİlləri olmasa da, canları var.
Biz onlarla eyni təbiəti bölüşüb paylaşırıq. Onların sağlam və təmiz yaşamağa haqqları var.
Təmiz suların, yaşıllıqların və heyvanların qorunması məqsədilə ölkəmidə bir çox qoruq, mill park qurulub. Və onlara zərər vuranlar cərimələnir və ya cəza tətbiq olunur.
Nəticə
Axar sular təbiətin şah damarıdır, yaşıllıqlar isə təbiətin “ağ ciyərləri”. Onları təmiz saxlamalı, qoruyub mühafizə etməliyik. Axar sular və onlarla bəslənən yaşıllıqlar dünyamızın gələcəyi üçün həyati önəm kəsb edir. Gələcək nəsillərin daha gözəl bir dünyada yaşaya bilməsi üçün onları göz bəbəyimiz kimi qorumalıyıq.
Bənzər mövzular:
Axtarış sözləri: harada axar su varsa orada yasilliq var haqqinda esse,harada axar su varsa orada yaşıllıq var haqqında inşa,harada axar su varsa orada yasilliq var insa,harada axar su varsa insa
Superrr
Məncede
👍🏻