Göygöl haqqında esse goy gol haqqinda insa
3
(2)

Bu məqalə Göygöl haqqında esse yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın ona öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşa və ulduzla esseni qiymətləndirə bilərsiz.


GİRİŞ

Göygöl Azərbaycanın ən gözəl göllərindən biridir. Bu cənnət guşəsi Kiçik Qafqazın yamacında, qalın meşələrlə əhatə olunmuş, dəniz səviyyəsindən 1 500 metr yüksəklikdə Kəpəz dağının ətəyində yerləşir.


ƏSAS HİSSƏ

Azərbaycan gözəl güşələri, bənzərsiz təbiət mənzərələri ilə dünyada tanınır ki, bunlardan biri də məşhur Göygöldür. Dağların, təpələrin, güllərin, çiçəklərin arasında yerləşən bu dağ gölü güzgü kimi mənzərəni özündə əks etdirir. Suyu o qədər təmiz və durudur ki, suyunun şəffaflığına görə ona “Göygöl” adı verilmişdir.
1139-cu ildə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsmiş və nəticədə bu möhtəşəm mənzərəli gölün yaranmışdır.  Bu zəlzələ baş verməsəydi, belə bir bənzər təbiət möcüzəsi meydana gəlməzdi. Öz gözəlliyi ilə seçilən və sevilən Göygöl illər boyu Azərbaycan rəssamlarının, musiqiçilərinin, yazıçılarının, o cümlədən XII əsrdə bu yerlərdə yaşamış dahi Nizami Gəncəvinin ilham mənbəyi olmuşdur.

Göygöl şəhərindən 30 km məsafədə, ən böyüyü Göygöl olmaqla, son dərəcə cazibədar və şəffaf sulu yeddi gölün yerləşdiyi Göygöl Milli Parkında yerləşir. Yaxınlıqda yerləşən Maralgöl də öz gözəlliyi ilə göz oxşayır.

Azərbaycanın turizm bölgələrindən biri olan Göygölə hər il minlərlə yerli və xarici turistlər təşrif buyururlar. Əlbəttə bu gözəl təbiət əsərini görə və burda istirahət edə bilər. Ancaq təəssüf ki, çox vaxt insanlar bu gözəlliyi tullantılarla çirkləndirir və ətraf mühitə ziyan vura bilirlər.

Təbiətin bu gözəlliyi qorumaq, təmiz saxlamaq hər bir insanın borcudur. Əgər bir gün yolunuz bu ecazkar diyara düşərsə, onu təmiz saxlamağa, tullantılarla çirkləndirməməyə özən göstərin. Göygöl daxil yurdumunun bütün gözəllikləri bu gün təkcə bizim deyil, həm də gələcək nəsillərindir.



NƏTİCƏ
Göygöl bənzərsiz bir təbiət incisi kimi, Allahın yurdumuza bəxş etdiyi gözəlliklərindən biridir. Dillərə dastan olan, bu təbiət əsəri insanı öz gözəlliyi ilə valeh edir, insan ruhuna hüzur və dinclik gətirir.


Bənzər mövzular:

Axtarış sözləri: göygöl haqqında esse, goy gol haqqinda göygöl haqqında məlumat azerbaycanca,goygol haqqinda melumat,göygöl haqqında inşa,goygol haqqinda qisa melumat

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3 / 5. Səs sayı: 2

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir