Bu məqalə Əlifba nə üçün lazımdır mövzusuunda inşa yazmağınıza yardım edəcək.
Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
Əlifba kitabların anasıdır, əzizdir və doğmadır. Məktəbə ilk addımları atdığımız gündən öncə əlifbanı bizə öyrədirlər. Çünki, biz yazıb-oxumağı Əlifba sayəsində öyrənirik. O bütün kitabların açarıdır.Əlifbamız geniş bir ailə kimidir. Onun, 32 hərfi və 34 səsi var. Hərfləri muncuq kimi sıraya düzür və hərflər birləşərək sözləri, sözlərsə birləşərək cümləni yaradır.
Əlifba nə üçün lazımdır?
Əlifbanın sayəsində biz öz doğma ana dilimizi öyrənirik. Bu dillə Ana, Ata , Vətən sözlərini yaza və oxuya bilirik. Əlifba müəllimin bizə öyrətdiyi ilk və ən önəmli biliklərdən biridir.
Əlifba nədir? sualına bu misralar çox gözəl izahat verir:
Əlifba xəzinədir,
Onda min inci yatır.
Hər şirin kəlməsində,
Uşaq sevinci yatır.
Artıq mən də Əlifbanın bildiyim üçün özümü xoşbəxt hiss edirəm. Onun vasitəsilə ən gözəl sözləri, şeirləri və hekayələri oxuya bilirəm. Onunla öz hisslərimi və düşüncələrimi yazılı şəkildə ifadə etməyi bacarıram.Əlifbamı bildiyim üçün saysız hesabsız sözləri oxuya və yaza bilirəm. Bu sözlər arasında ən çox Ana, Ata və Vətən sözlərini sevirəm.
Əlifba həm də məni kitablarla dost etdi. Kitab dostlarım arasında bədii olan kitablar da var. Anam mənə uşaq ədəbiyyatından kitablar alır və mən onları böyük həyəcanlı və maraqla oxuyuram.
Bizə əlifbanı öyrədən müəllimim! Sizə nə qədər təşəkkür etsək azdır! Sizə bir ömür borcluyuq biz.
Bu kəlam necə də gözəl izah edir:
“Mənə bir hərf öyrədənin 40 il köləsi olaram.”
Əlifbanı öyrənmək bizim üçün elm yolunda atılan ilk addımlardan biridir. Bilik xəzinəçinin qapısını məhz onunla açırıq. Onu bilməsək, digər kitabları oxuya bilmərik. Yeni biliklər öyrənərkən Əlifba bizimən böyük yol yoldaşımız olur. Artıq mən Əlifba adlı bilik açarına sahibəm.O açar ki, minbir elm qapısını aça bilir. İnsan onun köməyi ilə daha bilikli, bacarlıq və güclü ola bilər. Yetər ki, ağlını işlədərək, əzmkar və çalışqan olsun.
Əlifbanı öyrəndikdən sonra, necə də gözəl bir dilə sahib olduğumuzu bir daha anladım. Bu dil şeir dilidir, bu dil musiqi dilidir və bu dil sənət dilidir. Vətənimə qonaq gələn turistlər dilimizi başa düşməsələr belə sevib bəyənirlər. Dilimizin ahənginə, avazına və ruhuna heyran qalırlar. Mən sevinirəm ki, Əlifbam ilə belə bir dili öyrənmişəm. Dünyada 50 milyondan çox insan bu əlifbanı bilir və Azərbaycan türkcəsində danışır. Əlifbam, ana dilim həm də milyonlarla soydaşımızı bir-birinə bağlayır, onları həmrəy və bir edir.
Sponsor Linklər
Bənzər mövzular:
- Əlifba bayramına aid şeirlər, Əlifba şeirləri
- Ana dili şeiri, Ana dili haqqında şeirlər
- Elm Haqqında Atalar Sözləri
Axtarış sözləri əlifba nə üçün lazımdır inşa,əlifba necə yaranıb inşa,elifba nece yaranib insa,elifba nece yaranib insa,əlifba haqqında esse

