Bu məqalə Dürüstlük haqqında esse yazmağınıza yardım edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
Mövzu başlıqları
GİRİŞ
Dürüslük ən önəmli insani keyfiyyətlərdən və mənəvi dəyərlərdən biridir. Yüksək mənəviyyata və şəxsiyyətə sahib olan insanlar doğruluğu, dürüstlüyü özlərinə dost bilirlər.
ƏSAS HİSSƏ
Bütün münasibətlərdə ilk öncə dürüstlüyə önəm verilir. İş həyatından dostluğa, sevgiyə qədər o hər şeyin təməlidir. Dürüstlük insanların bizə güvən duymasına və hörmət etməsinə vəsilə olar. Bu həm də dostluğun əsasıdır. Əsl dostluqlar qarşılıqlı güvən və dürüst əsasında qurulur. Dürüst insanlar daha etibarlı və vəfalı olurlar. Onların sözü də, əməli də bir olur. Doğru insanlar dürüstlüyə hər zaman önəm verərlər.
Yalan danışmaq isə insanı hörmətdən salır, güvənilməz birinə çevirir. Yalan elə bir şeydir ki, nə qədər üstü ört-bast edilsə də, gec-tez həqiqət üzə çıxır. İnsan həm özünə həm də ətrafındakı insanlara dürüst olmalıdır.
Bir insanda əsas 3 şeyi axtarın:
zəka, qəlb və dürüstlük. Əgər axırıncısı yoxdur, digər ikisini boş verin.
– Warren Buffet
Bəzi hallarda doğrunu demək hər nə qədər çətin olsa da, mümkün qədər dürüst olmağı seçməliyik. Dürüstlük o demək deyil ki, doğrunu hər zaman və hər yerdə deyəsən. Doğrunun da öz doğru zamanı və üslubu vardır. Yanlış zamanda və üslubda deyiln doğrular bir sıra problemlərə səbəb ola bilər.
Sponsor Linklər
Bəzən dürüst olmaq da bəst etmir. Dürüstlük qədər, doğru üsluba sahib olmaq da önəmlidir. Bir dahinin dediyi kimi:
Yanlış doğru cəlladıdır.
Əlbəttə ən dürüst insanlar belə bəzən yalan danışa bilir. Ancaq bu ağ yalan olur, yaxşı niyyətlə deyilmiş yalanlardır. Çünki, hər zaman və hər yerdə doğrunu demək, həmişə yaxşı nəticə vermir. İnsan doğrunu deyərək də pislik edə bilər. Bəzən dost dostunu satmamaq, müdafiə etmək məqsədilə ağ yalan deyə bilər. Belə durumlarda yaxşı niyyət naminə kiçik doğruları qurban vermək olar.
Özünə qarşı dürüst olmaq da asan deyildir. İnsanın özüylə bağlı doğruları dilə gətirməsi, qəbul etməsi bəzən müəyyən vaxt tələb edir.
İnsan dilini yalana öyrətməməlidir. Çünki, deyilmiş kiçik yalanlar zamanla vərdişə çevilir ki, sonradan bunu tərgitmək də çətin olur. Təəssüf ki, bəzən cəmiyyətdə doğruluq və dürüstlük zəiflik, hiyləgərlik isə böyük hünər sayılır. Məncə əksinə, doğrunu deyib dürüst olmaq böyük hünər və cəsarət tələb edir. Hiylə və yalansa qorxaq və acizlərin işidir.
NƏTİCƏ
Kim ki, doğruluğu, dürüstlüyü baş tacı edir, onun başı da hər zaman uca alır. Yalansa nə qədər inandırıcı və böyük olsa da, gec-tez ortaya çıxır və insana yalnız utanc və peşmançılıq hissi verir. Şərəfli və vicdanlı insanlar həmişə dürüstlükdən yana olurlar.
Bənzər mövzular:
Dürüstlük haqqında esse
Axtarış sözləri: dürüstlük haqqında inşa,dürüstlük ən yaxşı siyasətdir,durustluk haqqinda insa,doğruluq haqqinda esse
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!

